Tural Turan - Çiyinlərdə gedən Vətən
16.07.20
O gedən mənim ömrümdü, aparırlar yaz çiynində. Kölgəmi ayrı basdırın, Sevəcəyim qız çiynində...
Yuxuların şah damarı, əlimdən tutub aparır. Yarama da Vətən sarır, röyalarım duz çiynində...
Məktub yazıb itən Vətən... Günəş olub batan Vətən! Çiyinlərdə gedən Vətən, bu gün gedir öz çiynində...
Quş ağzında dən kimiyəm, lap öldüyüm gün kimiyəm. Bir qarış Vətən kimiyəm, layla deyin saz çiynində...
|