Çağdaş dövrümüzdə biri-birini təkrarlayan şairlər
28.07.20

Qısa qeydlərim və ya bir dəqiqəlik söz...

Klassik ədəbiyyatımızdan üzü bəri özü də bilmədən müəlliflər tərəfindən sənətə və ya kütləyə hesablanan şeirlər yaranıb və bu gün də yaranmaqdadır. Təbii ki, o hesablama anlayışı müəllifin məqsədindən yox, mətn üzərində müəllifdəki dünyagörüşün, baxış tərzinin qənaətindən irəli gəlir. Öncə burada ayaq saxlayıb onu deyim ki, gəlin görək, kütlə təfəkkürlü şeirlər dərin mətni ehtiva edirmi? Qətiyyətlə deyərdim ki, yox! (Təbii ki, mənə görə)

Yola davam edim...Mən şeirin ənənəviliyindən danışmıram. Sən ənənəvi üslubda şeir yaza bilərsən ki, içində böyük novatorluq ola bilər. Bununla bağlı az sonra söz açacağam.

Mən əsas mövzuya kütlə baxışıyla, təfəkkürüylə yanaşan, çağdaş dövrümüzdə biri-birini təkrarlayan yaradıcılıqları vurğulamaq istəyərdim.
Məsələn, bu gün Sabir Rüstəmxanlının, İbrahim İlyaslının, İlham Qəhrəmanın, Ayaz Arabaçının, Elşən Əzimin, Kəmaləddin Qədimin və.s...yazdıqlarının ən dolğun variantını bir zamanlar Xəlil Rza Ulutürk, Akif Səməd, Məmməd İlqar, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Ağamalı Sadiq Əfəndi yazdı, bitirdi. Artıq ədəbiyyat o mərhələni çoxdan adlayıb. Zamanında o səpkili şeirlər müəyiyən qədər də olsa sənəti əks etdirirdisə bu gün tamamilə əks etdirə bilmir. Əslində modern düşüncə qarşısnda gücü çatmır əks etdirməyə. Sadəcə təkrarçılıq, yoruculuq... Deyə bilərsiniz ki, folklordan gəlir. Folklordan gəlsə də artıq necə deyərlər ədəbiyyat da yarada bilmir.

Şeirdə bir müəllif kimi sən hamı oldunsa orada istedad yoxdu, sadəcə yazmaq vərdişi var. Az öncə dediyim kimi burada söhbət ənənəvi üslubdan getmir. Məsələn, Ramiz Rövşən, Salam Sarvan, Əlizadə Nuri, Narıngül Nadir, Səhər Əhməd, Mətləb Ağa və.s...də ənənəvi üslubda yazdı. Amma onlar bu ənənəviliyin içində qismən də olsa öz yenilikçiliyini edə bildi. Sonrakı nəsillərdən daha bunların da yazdığını yazmaq tələb olunmur. Çünki artıq bu mərhələ də ömrünü başa vurmaqdadır.

Bu məqamda yeri gəlmişkən bir nüansı da qeyd edim ki, ənənəvi üslubda novatorluq edən adlarını çəkdiyim (eləcə də çəkmədiyim bir sıralarının) bu müəlliflərin ən böyük bəlası isə müxtəlif zamanlarda biri-birindən yaranmağı oldu. Məsələn, Ramiz Rövşənin çox hissəsində Mirzə Ələkbər Sabir, Salam Sarvanın çox hissəsində Ramiz Rövşən, Mətləb Ağanın, Səhər Əhmədin, Aqşin Yeniseyin, Narıngül Nadirin və.s...çox hissəsində Salam Sarvan göründü. Buna təsirlənmək də deyə bilərik. Əslində ədəbiyyatda bu və ya bu kimi amillər kifayət qədərdir.

Adlarını çəkdiyim və ya çəkmədiyim bütün müəlliflərin yaradıcılığına sayğı duyuram. Sadəcə mən bir qələm adamı kimi (tənqidçi kimi yox) öz müşahidələrimin bir hissəsini yazdım. Təbii ki, barışmayan da ola bilər. Bütün hallarda fikirlərə hörmətlə yanaşmağı unutmayaq!..

Sayğılarla,
Emil Rasimoğlu

Yenililklər
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21
Ləman L.R. - Susaq, sükutumuz danışsın
08.12.21
"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
08.12.21
Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
08.12.21
Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.