Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə “Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (Erməni icmasının timsalında)” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.

Kitabda ilkin mənbələr əsasında Nadir şah Əfşarın dövründə Azərbaycanda xristian əhalinin vəziyyəti araşdırılıb və əsas diqqət tarixşünaslıqda az öyrənilmiş bir problemə - xristian əhalinin imtiyazları və onlara göstərilən himayədarlıq məsələsinə yönəldilib. Nadir şahın xristian kilsə və monastırlarının nümayəndələrinə xeyirxah münasibəti onun hökm və fərmanlarında əksini tapıb. Şahın öz xristian təbəələrinə qarşı yeritdiyi dözümlü siyasət nəticəsində Üçkilsə yeparxiyasının mülkiyyəti vergilərdən azad edilmişdi. Xristianlara kilsələrini nəinki bərpa etməyə, həm də yenilərini tikməyə icazə verilirdi.

Kitabın elmi redaktoru, akademik Ramiz Mehdiyev nəşrə yazdığı “Nadir şah və imperiyanın erməni icması: tarixi sənədlər uydurmalara və təhriflərə qarşı” sərlövhəli “Ön söz”də qeyd edir ki, Nadir şahın fəaliyyəti Azərbaycan üçün istər dövlətçilik və hərb tarixi, istərsə də ideoloji dəyişikliklər nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir: “Nadir şahın tarixi irsi sadalanan amillərlə yanaşı, mayası düşmənçilik və nifrətlə yoğrulmuş, bir qayda olaraq saxtakarlıq üzərində bina edilmiş millətçi erməni təbliğatının ifşası baxımından da böyük dəyər kəsb edir”.

Erməni tarixşünaslığının Nadir şahı xristianlığın düşməni olan İslam fanatiki obrazında qələmə vermək cəhdlərini ənənəvi erməni təbliğatının növbəti təzahürü kimi dəyərləndirən alimin fikrincə, Azərbaycan tarixçilərinin vəzifəsi qarşı tərəfə emosiyalardan uzaq, sənədlərə və təhlilə söykənən tutarlı elmi cavab verməkdən ibarətdir. Sənədlər toplusu məhz sözügedən məqsədə xidmət edir. Nəşrdə əksini tapmış sənədlər Nadir şah dövründə ermənilərin Azərbaycan və İran ərazisində hansı statusda yaşadıqlarını birmənalı şəkildə göz önünə gətirir.

Kitaba 28 sənəd daxildir. Məktub və fərmanlardan ibarət həmin sənədlərin böyük əksəriyyəti Nadir şahla erməni icmasının münasibətlərindən bəhs edir. 28-ci sənəd isə Nadir şahın imperiyanın bütün xristian təbəələrinə etiqad azadlığının verilməsini ehtiva edən fərmandır. “Ön söz”də qeyd olunur ki, həmin fərmana əsasən Nadir şahı müsəlman hökmdarlarının xristianlara münasibətdə çoxəsrlik tolerantlıq siyasətinin davamçısı da adlandırmaq olar.

Hər fərmanın sonuna onun verilməsini zəruri edən müraciət və şikayətin mətni əlavə edilirdi ki, bu da yerlərdəki məmura hökmdarın baş verənlərdən xəbərdar olduğunu izah edən xüsusi bir işarə kimi qiymətləndirilməlidir.

Topludakı sənədlər arasında, həmçinin Nadir şahın oğlu, vəliəhd Rzaqulu Mirzənin ermənilərlə bağlı verdiyi 3 fərman mövcuddur. Həmin sənədlər də məzmunca Nadir şahın erməni icmasına münasibətdə yeritdiyi xəttin ruhuna uyğundur.

Oxuculara Azərbaycan dilində təqdim edilən bütün bu sənədlərin əhəmiyyəti onların erməni tarixşünaslığı tərəfindən də dəqiq qaynaq olaraq qəbul edilməsilə bağlıdır. Bu isə tədqiqatçıları mənbələrin ciddiliyi ilə bağlı ortaya atıla biləcək şübhə və mübahisələrdən azad edəcək.

Kitabdakı sənədləri fars dilindən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, mənbəşünas alim Əkrəm Bağırov tərcümə edib. Sənədlərin başa düşülməsini asanlaşdıran terminoloji lüğət və izahlar da tərcüməçi tərəfindən hazırlanıb. Toplunun tərtibçisi, kitabda yer alan “Nadir şah Əfşar hakimiyyəti dövründə Azərbaycanda xristian əhalinin vəziyyəti” tarixi araşdırmanın müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovadır. Layihənin rəhbəri isə AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovdur.

İlk dəfə elmi dövriyyəyə buraxılan bu sənədlər tarixşünaslığımız üçün faydalı mənbədir. Kitabda, həmçinin sənədlərin farsca mətni, fotofaksimilesi verilib. /Azərtac/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.