Tanınmış vokal sənətçisi Eldar Əliyev Bakıda dəfn olunacaq
17.08.20

Avqustun 4-də İtaliyanın Milan şəhərində vəfat etmiş tanınmış opera müğənnisi Eldar Əliyev Bakıda dəfn ediləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasimi, Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin və sənətsevərlərin iştirakı ilə xüsusi karantin rejimi qaydalarına müvafiq olaraq Azərbaycan Hökuməti tərəfindən təşkil olunacaq.

E.Əliyevin qısa, lakin parlaq həyat və yaradıcılıq yolu iki ölkə - Azərbaycan və İtaliya arasında özünəməxsus bir körpü olmuşdur. Bakı şəhərində doğulub boya-başa çatmış, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olduğu dövrdə ən istedadlı tələbələr arasından seçilərək İtaliyanın tanınmış Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, bütün ömrü boyu azərbaycanlı olduğu ilə fəxr etmiş, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışmışdır.

Eldar Əliyev yüksək ifaçılıq qabiliyyəti, orijinal aktyorluq məharəti və rəngarəng çıxışları ilə "La Scala" (Milan), “Staatsoper” (Berlin), “Opéra National de Paris” (Paris), “Teatro dell’Opera di Roma” (Roma), “Teatro La Fenice di Venezia” (Venesiya), “Teatro Real” (Madrid), “Covent Garden” (London), “Nationaltheater München” (Münhen) və s. dünyanın ən möhtəşəm teatrlarının səhnələrində Azərbaycan vokal ifaçılıq məktəbini layiqincə təmsil etmişdir.

Dünya mədəniyyətinin beşiyi sayılan, bəşəriyyətə görkəmli sənətkarlar bəxş etmiş İtaliyanın vokalçıları sırasında öz sözünü demək, dünyanın ən məşhur sənət məbədlərindən hesab edilən "La Scala" teatrında Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni ilə eyni səhnəni paylaşmaq hər ifaçıya müyəssər olmur. "La Scala"nın solistləri cərgəsinə qoşulmuş böyük Azərbaycan müğənnisi Eldar Əliyevə bu sənət xoşbəxtliyi nəsib olmuşdu. Şöhrətin zirvəsində olduğu zaman uşaqlıq dövrünün acılarının, keçirdiyi sarsıntıların nəticəsi olaraq, səhhətində yaranmış problemlərlə bağlı hədsiz sevdiyi opera səhnəsindən ayrılmasına baxmayaraq, o, İtaliya ictimaiyyəti, sənətsevərləri tərəfindən bugünədək unudulmamışdır. Eldar Əliyevin vəfatı ilə əlaqədar "La Scala" teatrının nəşr etdiyi nekroloqda İtaliyada ən möhtəşəm illərini yaşamış, dünya opera ulduzları ilə bir səhnədə çıxış etmiş məşhur azərbaycanlı vokalçının xatirəsi dərin hüznlə anılır. Bu günlər İtaliyanın kütləvi informasiya vasitələrində öz sənəti ilə milyonların məhəbbətini qazanmış dünya şöhrətli vokalçı Eldar Əliyevə həsr edilmiş çoxsaylı məqalələr dərc olunmuşdur.

Böyük vokalçı təkrarolunmaz sənəti ilə nüfuzlu beynəlxalq müsabiqələrdə əldə etdiyi qələbələr sırasında 2000-ci ildə Bakı şəhərində keçirilmiş və Qran-Pri mükafatçısı olduğu Bülbül adına Vokalçıların II Beynəlxalq Müsabiqəsinə xüsusi önəm verirdi. Ürəyi həmişə Azərbaycanla döyünən Eldar Əliyev bu nüfuzlu müsabiqədə qələbə qazandığına və Vətənin etimadını doğrultduğuna görə özünü xoşbəxt sayırdı.

Dünya opera sənətinin ulduzu maestro Franko Korellinin, məşhur dirijor, uzun illər “La Scala” teatrının bədii rəhbəri olmuş maestro Rikkardo Mutinin və bir çox İtaliya sənətçilərinin "dahi müğənni" adlandırdıqları Eldar Əliyev Azərbaycanı dünyaya tanıtmaqla bərabər, İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini vermişdir. “İtaliyada Azərbaycan ili” elan edilmiş 2020-ci ildə Eldar Əliyev sənət zirvəsinə ucaldığı, alqışlandığı və bu gün də xatırlandığı İtaliyada həyatla vidalaşaraq həsrətində olduğu Vətənə dönsə də, onun ölməz sənəti İtaliyada yaşamaqda davam edəcək.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.