“Balıqçının qızı” filmi Moskva Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramında iştirak edəcək
01.09.20

“Cinex” (Azərbaycan) və “Non-stop prodakşn” (Rusiya) kinoşirkətlərinin birgə çəkdiyi “Balıqçının qızı” bədii filmi oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kinofestivalının (MMKF) əsas müsabiqəsinin proqramında iştirak edəcək.

Rejissor İsmayıl Səfərəlinin quruluş verdiyi “Balıqçının qızı” filmi Abşeron yarımadasında yerləşən kiçik bir kənddə yaşayan balıqçının həyatından bəhs edir: “Günlərin birində balıq ovuna gedən balıqçı itkin düşür və balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Saranın ailəsi və kənd sakinləri formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdırlar. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara üsyan edir və ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur və hadisələr bundan sonra cərəyan etməyə başlayır”.

Filmin ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli, Rüstəm Məmmədov, rejissoru İsmayıl Səfərəli, operatoru Şandor Berkeşi, quruluşçu rəssamı Sergey Zaykovdur. Rollarda Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Rasim Cəfər, Fərid Aslanov, Elnur Nəcəfov, Qurban İsmayılov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.

İsmayıl Səfərəli 2003-cü ildə “Duke Universiteti”ni (Dyurham, NC) bitirərək iqtisadiyyat üzrə magistr dərəcəsi və 2015-ci ildə Moskva Yeni Kino Məktəbində kinorejissorluq üzrə magistr dərəcəsi alıb. 2014-cü ildən etibarən iki filmdə icraçı prodüser vəzifəsində çalışıb, 3 qısametrajlı filmin prodüseri və rejissorudur, “Gecə qabarması” tammetrajlı bədii filminin həmmüəllifidir. Həmin ekran əsəri 2017-ci ilin iyulunda Karlovı Varı Film Festivalının intensiv proqramına qatılmaq üçün digər 6 layihələrlə seçilib. Bundan başqa, onun filmoqrafiyasına “Təkbətək” (2014), “Yuki üçün layla (2015) və “Əmin-amanlıq dənizi” (2017) qısametrajlı filmlər daxildir. /Azərtac/

Yenililklər
24.09.21
Elman Mustafa Cıvıroğlu - Panslavizm`in Özlemi
24.09.21
“Ölümü ömür seçənlər" kitabının təqdimat mərasimi keçirilib
23.09.21
Yazıçılar Birliyinin Şuşadakı qurultayı gələn ilə qalıb
23.09.21
"Leyli və Məcnun" operası nümayiş edilib
22.09.21
Fərid Hüseynin “Nizami söhbətləri” kitabı işıq üzü görüb
21.09.21
Pablo Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
21.09.21
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib
21.09.21
Tarixi abidələrin pasportları hazırlanıb
20.09.21
“Kopelhaus”da Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq
20.09.21
“Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı çap olunub
20.09.21
Olesya Dmitriyeva - Gəl mənə ilham ver, ey qoca rəssam
20.09.21
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib
17.09.21
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
17.09.21
Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı təkliflərə münasibət bildirib
17.09.21

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub

16.09.21
Azərbaycan və Özbəkistan birgə filmlər çəkəcək
16.09.21
Anar Kərimov Özbəkistanda Beynəlxalq Mədəniyyət Forumuna qatılıb
16.09.21
“Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” kitabı çap olunub
16.09.21
Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
15.09.21
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.21
Vidadi Babanlı: “Mirzə İbrahimov məni partiyadan çıxartdırmaq istəyirdi” - Müsahibə
15.09.21
Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin təqdimatı keçirilib
15.09.21
Beynəlxalq Müsəlman Filmləri Festivalına yekun vurulub
14.09.21
Əməkdar artist Yaqub Zurufçu vəfat edib
13.09.21
Həyat yoldaşı: “Yaqub Zurufçunun vəziyyətində heç bir dəyişiklik yoxdur”
13.09.21
Nüşabə Araslının “Nizami  Gəncəvi və türk ədəbiyyatı” kitabı nəşr olunub
13.09.21
Bakıda “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq
13.09.21
“Metafizika” jurnalının 2021/3-cü sayı işıq üzü görüb
13.09.21
Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
10.09.21
“Suğra və oğulları” filmi dünya premyerasına hazırlaşır
10.09.21
Serbiyada keçirilən iki ədəbiyyat festivalında ölkəmiz də təmsil olunur
09.09.21
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
09.09.21
Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib
09.09.21
Növbəti “Qızıl şir” mükafatı Ceymi Li Kertisə verilib
08.09.21
Bakı növbəti dəfə Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək
08.09.21
Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbuluna başlanılıb
08.09.21
“Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab işıq üzü görüb
07.09.21
Gənc Tamaşaçılar Teatrı: "Biz bütün tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq"
07.09.21
Alen Delon: “Mən tamamilə ruh düşkünlüyü içindəyəm”
07.09.21
Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.