Yohannes Keskinen: “O dönəmdə Moskva yönətimi "parçala və hökm sür" siyasətini fəal bir şəkildə həyata keçirirdi”
14.11.20

28 il öncə Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsindən sonra Avropa Təhlükəsizilik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu 1992-ci ildə Finlandiyanın Helsinki şəhərində yaradıldı. Finlandiyanın hazırda bu münaqişədə mövqeyini öyrənmək üçün Finlandiya Parlamentinin Sosial Demokrat Partiyasından 1991-2015-ci illər ve 2019-cu il tarixindən etibarən hazırkı dövrə qədər millət vəkili olan, 1999-2003-cü illər ərzində Finlandiya Ədliyyə naziri olaraq fəaliyyət göstərən, ATƏT-nin Minsk qrupunun nümayəndə heyətinin üzvü, hüquqşünas Yohannes Keskinen ilə apardığımız müsahibəni oxucularımıza təqdim edirik.

-Sizin və Finlandiya cəmiyyətinin bu münagişə və ümumiyyətlə Qarabağın geosiyasi və demografik vəziyyəti ilə əlaqədar nə qədər məlumatınız var?

- Dağlıq Qarabağ münaqişəsi keçən əsrin 90-cı illərində çox aktual olan bir mövzu idi.  Finlandiya o dönəmdə ATƏT-in bu münaqişəni dinc yolla həll etmək üçün həyata keçirdiyi fəaliyyətlərdə yaxından iştirak etməyə çalışırdı. Ancaq təəssüf ki, bu münaqişənin həlli istiqamətində hər hansı həlledici bir irəliləyiş əldə olunmadı və Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" münaqişəyə çevrildi. Hazırda münaqişə yenidən alovlanmışdır və bu mərhələdə BMT və ATƏT-in yaxından müdaxiləsi ilə problemin həll edilməsinə çalışmaq lazımdır.

- Bu münaqişənin kökü Sovet hakimiyyəti dönəminə uzanır. 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra Zaqafqaziyada Azərbaycan, Gürcüstan və Ermənistan 2 il müddətinə müstəqil dövlət kimi fəaliyyət göstərdilər. Zaqafqaziyada ilk Ermənistan dövləti 1918-ci ildə Azərbaycanın İrəvan xanlığı ərazisində quruldu. Azərbaycan o dönəmin mürəkkəb siyasi şəraitinin təzyiqi altında İrəvan xanlığını ermənilərə vermək məcburiyyətində qalmışdı. Azerbaycanın müstəqil olduğu o dönəmdə indi Ermənistan ərazisində olan Zəngəzur, Göyçə, Mehri kimi bölgələr Azərbaycan ərazisi idi. 1920-ci ildə hər adları qeyd edilən hər üç dövlət Sovet İttifaqına birləşdirildi. Bir müddət sonra isə Azərbaycanın Qarabağ bölgəsinə 1828-ci ildə Rusiya ilə İran arasındakı muharibənin nəticəsində imzalanan Türkmənçay müqaviləsinə əsasən İrandan köçürülən ermənilər diqqətə alınaraq, Dağlıq Qarabağ Muxtar vilayəti yaradıdı. Ermənistanın başqa bir dövlətlə sərhədə ehtiyacı olduğuna görə 1924-cü ildə Azərbaycanın Zəngəzur bölgəsi  Ermənistana birləşdirildi.  SSRİ yönətiminin dəstəyi ilə Ermənistan mütəmadi olaraq Azərbaycan torpaqlarını ələ keçirərək ərazisini genişləndirdi. Sizin fikrinizcə SSRİ rəhbərliyinin bu siyasəti yeritməkdə məqsədi nə idi?

-Bu suala bir mənali şəkildə cavab vermək çətindir. Onu deyə bilərəm ki, o dönəmdə Moskva yönətimi Qafqazda yaşayan xalqları bir birinə qarşı qaldıraraq əslində  "parçala və hökm sür" siyasətini fəal bir şəkildə həyata keçirirdi.

-1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Sovet Qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etmişdir. 1988-ci ildən etibarən Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı əsassız torpaq iddiaları alovlanan müharibədə yüzlərlə azərbaycanlı qətlə yetirilmişdi. Təəssüf ki, dünya ictimaiyyəti, o cümlədən BMT, beynəlxalq təşkilatlar, Aİ-na üzv olan dövlətlər Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar hərəkətlərinə lazımi münasibət göstərmədilər, O dönəmdə Finlandiya cəmiyyətininç əsasən də siyasi hakimiyyətin reaksiyası necə olmuşdu?

- Mən o dönəmdə parlamentdə işləmirdim, dəqiq məlumata sahib deyiləm. Hər bir münaqişənin mütləq dərin kökləri olur. O qədər təfərrüatı ilə münaqişəni analiz etmək asan deyil. Finlandiya mətbuatı o dönəmdə bu hadisələri işıqlandırırdı. Ancaq münaqişənin köklü səbəbləri haqqında kifayət qədər məlumat sahibi olduğumuzu deyə bilmərəm. Münaqişənin əsas səbəblərinin Finlandiya mətbuatında hərtərəfli  işıqlandırılmamasının səbəbi də budur.

- Avropa Təhlükəsizlik və Əməkdaşlıq təşkilatı (ATƏT)-in Minsk qrupu 24 mart 1992-ci ildə Helsinkidə yaradıldı. Finlandiya ilk sədr ölkə oldu. 2010-cu ilə qədər heç bir görüş təşkil edilmədi. O müddət ərzində BMT Təhlükəsizlik Şurası verdiyi 4 qərarında Azərbaycanın ərazi bütövlüyünül tanıdı və Ermənistan silahlı birləşmələrinin dərhal işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb etdi. ATƏT-in Minsk qrupu Ermənistana qarşı hər hansı təzyiq mexanizmi formalaşdırmadı. Əksinə, Minsk qrupunun həmsədri olan 3 dövlət Ermənistanı dəstəklədilər. Sizcə, eyni ölkələrin 1-ci Dünya müharibəsi dönəmində, yəni 1914-1918-ci illərdə erməniləri dəstəkləməsi bir təsadüf ola bilərmi? Rusiya imperatorluğu o zamanlar erməniləri Zaqafqaziyada müstəmləkəçilik siyasətini gücləndirmək üçün yerli müttəfiq olaraq seçmişdi. Böyük Britaniya, Fransa və ABŞ Şimali və Cənubi Azərbaycanın ərazisində “Böyuk Ermənistan” dövlətini qurmaq istəyirdilər. Bu məqsədlə on minlərlə azərbaycanlı qətlə yetirildi. Bu soyqırımın qarşısıını almaq üçün Azərbaycan Osmanlı dövlətindən yardım istədi. Osmanlı Ordusunun Azərbaycana yardıma gəlməsi soyqırımın qarşısını aldı. Sizcə 1-ci dünya muharibəsi zamanı “Böyük Ermənistan” dövlətini yaratmaq istəyən eyni dövlətlər ATƏT-in Minsk qrupunu yaratmaqla köhnə geosiyasi oyunu davam etdirmirlərmi? Minsk qrupu 28 il boyunca Azərbaycana oynanan böyük bir oyun deyildimi? Əgər deyildisə Qarabaq münaqişəsinin həllində Minsk qrupunun fəal iştirakını niyə görmürük? 

- Münaqişənin dondurulmasından 28 il keçir. Əlbəttə bu həddindən artıq uzun zamandır və bu zaman içində münaqişə hər iki tərəfə uyğun şərtlərlə həll edilməli idi. Xususilə hərbi əməliyyatların olmadığı dönəmlərdə bu məsələ həll edilməli idi. Ancaq münaqişənin həll edilməsi Minsk qrupunun daxilində konsensusun olmasını tələb edirdi. Belə bir konsensus isə mövcud deyildi. Çünki Minsk qrupunun həmsədrləri olan ABŞ və Rusiya ikisi də böyük dövlətlərdir və bu münaqişədə hər ikisi də öz mövqeyini irəli sürürdü. Hər iki dövlət münaqişə mövzusunu öz tərəfinə çəkməyə çalışırdı və nəticə etibarilə bu da çəkişməyə səbəb olurdu. ABŞ daha çox Azərbaycanın, Rusiya isə Ermənistanın maraqlarını müdafiə edirdi. Bu iki böyük dövlət arasında qismən tarazlıq yaratmaq üçün Fransa Minsk qrupuna həmsədr ölkə olaraq daxil edilmişdi. Ancaq ABŞ və Rusiyanın münaqişə mövzusunu öz  tərəflərinə çəkmələri bu günə qədər Dağlıq Qarabağ problemi ilə bağlı cixiş yolunun tapılmamasının səbəblərindəm biridir.

- "Armenian copper program ” (sahibi Lixtenşteyn şirkəti ” VALLEX FM Establishment ”və isveçrəli şirkət “Elecom”), “First Dynasty Mines” Kanada GPM Gold, əsas sərmayəsi Rusiyaya aid olan beynəlxalq şirkətdir. Bu şirkətlər qanunsuz olaraq Dağlıq Qarabağa aid olmayan Kəlbəcər, Qubadlı və digər işğal olunmuş ərazilərdən qızıl, mis və digər faydalı qazıntılar əldə edirlər. ATƏT-in Minsk qrupu bu beynəlxalq qaçaqmalçılığa göz yumur. Sizin fikrinizcə Minsk qrupu bu qanunsuz fəaliyyətə niyə müdaxilə etmir?

- Bu haqda heç bir məlumatım yoxdur. Minsk qrupunun işğal olunmuş bölgədə hər hansı belə bir məsələyə qarışmaq səlahiyyəti yoxdur. Minsk qrupu ancaq Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi mövzusunda hər iki tərəfi danışıqlar əsasında ortaq bir çıxış yolu tapmağa sövq edə bilər. Ancaq işğal olunmuş ərazidə belə fəaliyyətlər həyata keçirtmək təbii ki, münaqişənin həllini daha da çətinləşdirir.

- Bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycan ərazisində yerləşir. Dağlıq Qarabağa gələn jurnalistlər Azərbaycandan deyil, Ermənistanın dövlət orqanlarından icazə alırlar. Misal üçün, bundan bir müddət öncə, Finlandiyanin YLE 1 televiziya kanalının jurnalisti Dağlıq Qarabağın paytaxtı Xankəndindən süjet hazırlamışdı və erməni tərəfinin mövqeyini göstərmişdi. Sizcə bu Azərbaycan qanunlarını pozmaq demək deyildirmi? BMT-nin üzvü olan ölkələr niyə özlərinin tanıdıqları Azərbaycanın ərazi toxunulmazlığına hörmət etmirlər? 

- Əslində beynəlxalq hüquq mövqeyindən yanaşsaq bu beynəlxalq hüquq normalarına ziddir. Eyni vəziyyəti Kosova, Krım kimi mübahisəli bölgələrdə də müşahidə etmişik. Çox zaman mətbuat orqanlarının nümayəndələri adətən hansı yolla icazə almaq asandırsa o yola üstünlük verirlər.       

                          
-1918- ci ildə Azərbaycan Şərqdə ilk demokratik dünyəvi bir dövlət qurmuşdur. Son 130 il müddətində ermənilər bütün dünyada türklərə qarşı ASALA terrorçu təşkilatının əli ilə terror aktları törədirlər. ABŞ uzun illər ərzində ASALA-nı dünyanın terror təşkilatlariının siyahısında göstərmişdir. Qarabağda son 30 il ərzində törədilən cinayətlər bu terrorçu fəliyyətin davamıdır. Ancaq bu, dövlət səviyyəsində terrordur. Son 30 il ərzində Livandan və Suriyadan minlərlə erməni Qarabağa gətirilərək yerləşdirilmişdir. Minsk qrupu Ermənistanın dövlət səviyyəsində terrorçu bir dövlət qurduqlarını görmürmü?  Bu fəaliyyət bütün Cənubi Qafqazın təhlükəsizliyini təhlükə altına almırmi?

- Finlandiya birmənali şəkildə terrorizmə qarşıdır. Fikrimcə bu münaqişədə həm Avropa İttifaqı, həm də Minsk qrupu mümkün olduğu qədər tərəfsiz qalmalıdır. Azərbaycan neft və qaz kimi zəngin təbii ehtiyatlara sahib olan bir ölkə kimi son illərdə iqtisadi olaraq çox güclənmişdir. Zaqafqaziyanın digər ölkəsi olan Gürcüstanın Avropa Ittifaqı ilə əlaqələri yaxşıdır. Ermənistan uzun illər ərzində daha çox Rusiyaya yaxın olan bir mövqe tutmuşdur . Avropa İttifaqı bu ölkələrin potensialını nəzərə alaraq, öz nüfuzundan istifadə etməklə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə çalışmalıdır.

- Azərbaycan, Ermənistanın işğal etdiyi ərazilərini geri qaytarmaq üçün 28 il ərzində beynəlxalq hüquq prinsipləri çərcivəsində mücadilə etmişdir. Bu illər ərzində müxtəlif dövrlərdə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Ən son 27 sentyabrda Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozaraq bütün sərhəd boyunca Azərbaycan ərazilərinə hücum etdiyi zaman Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini müdafiə etmək hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan rəhbərliyinin bu haqlı mövqeyi nədənsə bəzi dövlətlərin narazılığına səbəb olmuşdur. Sizcə bunun səbəbi nədir?

- Hərbi yolla münaqişənin həll edilməsi arzu edilən bir yol deyil. Doğrudur. Minsk qrupu uzun illər ərzində problemin həllini tapmaqda kifayət qədər səmərəli fəaliyyət göstərə bilməmişdir. Fikrimcə, Dağlıq Qarabağın müstəqil bir dövlət kimi ayrılması məsələsi müzakirə mövzusu ola bilməz. Bu mənada Dağlıq Qarabağ ermənilərinın öz müqəddəratlarını həll etmək haqqlarından istifadə edərək müstəqil dövlət qurmaq fikirləri məntiqli deyil. 

-Azərbaycanın Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatlarla bağlı mövqeyinizi bildirmək üçün müsahibə verməyi qəbul etdiniz. Buna görə sizə təşəkkür edirəm.

Müsahibəni apardı: Ərsan Ərel




Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.