Professor Şamil Salmanovun seçilmiş əsərləri nəşr olunub
17.11.20
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən Şamil Salmanovun “Böyük yaradıcılıq yolu” kitabı nəşr olunub.
İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru və “Ənənə və novatorluq: anlayışının dinamikası” adlı “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru, professor Tahirə Məmməd, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Məhəmmədəli Mustafayev və Pərvanə İsayevadır. Nəşri çapa hazırlayan və tərtib edən isə filologiya üzrə fəlsəfə doktoru, dosent Simuzər İsmayılovadır. O, həmçinin “Şamil Salmanovun ömür yolu və elmi fəaliyyətinin əsas istiqamətləri” tanıtım yazısının da müəllifidir.
Nəşrdə filologiya elmləri doktoru, professor Şamil Salmanovun (1933-2006) seçilmiş məqalə və müsahibələri toplanıb.
|