Küyülü Nəccari Səid - Ah, Pikasso!

02.12.20

Oğlan, əlindəki tablonu qoca kişiyə verdi.
"Yəni bu tablonu özün çəkibsən?!" deyib, qaşlarını çataraq oğlana baxdı qoca kişi.
Oğlan, "bəli, ustad. Necədir?!" deyib qocanın üzünə gülümsədi.
"Gözəl bir əsərdir. Ancaq bir şey var!"
"Nədir, ustad?!"
"Necə deyim...bu...bu mənim əsərlərimə bənzəyir!"
"Necə yəni?!"
"Bax, bu yamaq-yamaq çəkdiyin qızı mən öz rəsimlərimdə yaratmışam."
"Axı, mən heç sizin əsərlərinizi indiyəcən görməmişdim ki! Elə bu gün işliyinizdə gördüm."
"Bəyəm olar ki, görməyəsən?!"
"Mən heç rəssamlıq kursuna getməmişəm ki. Rəsim çəkməyi elə o yan bu yandan öyrənmişəm."
"Yalan deyirsən!"
"Yox, inanın, yalanım yox. Bu bənzəmə təsadüf üzündəndir."
"Nə təsadüfü?! Bu qədər də təsadüf ola bilər?!"
"Öz canım üçün! Düz deyirəm."
"Boş yerə and içmə!"
"Boş yerə deyil, ürəkdən and içirəm."
"İnanmıram. Hələ bunu de görək, mənim işliyimdə sənin nə işin var?!"
"Bilirsiniz, bu tablo mənim ilk ciddi işimdir."
"Yaxşı..."
"Yoldaşlarımdan biri bunu gördü, bəyəndi. Sonra məni tablo satan qardaşı ilə tanış edti."
"Uhum..."
"Qardaşı mənə dedi ki, tablonu bir ustad rəssama göstər. Sizin ünvanınızı verdi mənə."
"Onda allah vurub başından, öz ayağınla gəlib tora düşübsən!"
"N...nə toru?!"
"Oğru qayıdıb oğurluq yerinə! Hah...hah...hah!"
"Nə oğrusu?!"
"Tablo oğrusu! Düşüncə oğrusu! Sənət oğrusu!"
"Böhtan atmayın mənə, günahımı yumayın, Ustad Pikasso!"
"Nə böhtanı, nə günahı?!"
"M...mən..."
"Ömür boyu zəhmət çəkmişəm, özümə bir tərz çıxartmışam, sonra sənin kimi oğrular gəlib mənim fikrimi çalırlar!"
"Yox, heç də elə deyil! Bu mənim öz əməyimin nəticəsidir."
"Hələ, o çəkdiyin qız mənim sevgililərimdən birinə bənzəyir. Hətta sevgilimi də oğurlamaq istəyibsən!"
"Nə qara günə qaldıq e...! Nə sevgilisi?! Bu rəsimdəki qızı öz sevgilimə bənzətmək istəmişəm."
"Onda mənim sevgilimdə də gözün varmış!"
"Bu nə sözdür, ustad?! O qızı mən sevirdim, ancaq ona çata bilmədim, neçə il bundan qabaq ayrı bir oğlanla evləndi. Öz şəhərimizdən idi."
"Yalan danışma! Mən səndən şikayət edəcəyəm, səni məhkəməyə çəkəcəyəm!”
"Əcəb işə qaldıq a! Bilirsiniz nədir?! Mən kökündən rəssamlıqdan, bu tablodan vaz keçirəm! Qoyun çıxım gedim!"
"Hara gedirsən, zəng vuracağam polisə, gəlib hər nəyi qeydə alsın, sonra gedə bilərsən."
"Yox, qoyun gedim..."
Oğlan birdən yerindən atıldı. Gözlərini bir az ovuşdurdu. O yan bu yana baxdı. Ustad Pikasso'dan xəbər yox idi.
"Yaxşı ki, yuxuydu!” deyib, dərindən nəfəs aldı.
Duvardakı tabloya baxdı, yuxuda gördüyü tabloydu. Yataqdan qalxıb tabloya yaxınlaşdı. Rəsimdəki qız gülümsəyirdi. O da gülümsədi.

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.