Nizami Cəfərov -  Psixoanalizin dil təfərrüatları
20.12.20

Müxtəlif elmlərin dilə marağını, dil barədəki təəssüratlarını əks etdirən kifayət qədər dəyərli mülahizələr nəinki dilçiliyin (linqvistikanın), əslində, həmin elmlərin özlərinin də "periferiya"larında qalmaqla, əgər belə demək mümkünsə, əvvəl-əvvəl təfərrüat səciyyəsi daşıyır. Ancaq bu təfərrüatların tədricən özünəməxsus metodoloji dayaqlar qazanaraq az-çox müstəqil bir intellektual idrak sferasına çevrilib- çevrilməyəcəyini irəlicədən söyləmək o qədər də asan deyil.

XIX əsrin sonlarından geniş vüsət alan psixoanalitik araşdırmaların dilə maraq göstərəcəyi təsadüfi deyildi, hər şeydən əvvəl ona görə ki, həmin araşdırmalar insanın bioloji təbiəti ilə psixi təbiəti arasındakı əlaqənin ən dərin qatlarına nüfuz etmək iddiasına düşmüşdü. Xüsusilə dilin mənşəyi problemi yalnız o halda qənaətləndirici həllini tapa bilərdi ki, bioloji olanla psixi olanın "dialoq" imkanları genişlənsin. Lakin semiotikanın - simvollar, yaxud işarələr haqqındakı nəzəriyyənin get-gedə artan nüfuzu olmasaydı, yəqin ki, bu qədər zəruri olan "dialoq" da ümumi bir məxrəcə gələ bilməzdi.

Araşdırmalarını nitq yanılmalarının öyrənilməsindən başlayıb yuxugörmə simvollarının izahı ilə davam etdirən Ziqmund Freydin psixi xəstələr üzərində apardığı müşahidələr onu belə bir qənaətə gətirdi ki, həmin xəstəliklərin tarixi bəşəriyyətin ən qədim dövrlərinə gedib çıxır. İnsanlar arasındakı ünsiyyəti təmin edən simvolların formalaşma prosesi, görünür, milyon illərlə davam etməklə yanaşı, insan ruhunda öz izlərini ən azı təhtəlşüur səviyyədə indiyəcən qoruyub saxlamaqdadır.

Ziqmund Freyd "Psixoanalizə giriş"dən mühazirələrində deyirdi ki, "biz belə bir fakt qarşısında qalırıq ki, yuxunun sərəncamında elə simvolik ifadə üsulları mövcuddur ki, oyandıqdan sonra həmin ifadələri insan nə anlayır, nə də ayırd edir... Bu, onun təhtəlşüur ruhi həyatına mənsubdur". Beləliklə, şüursuzluqdan şüurluluğa, nəticə etibarilə, dilin yaranmasına keçidin, bəlkə də, yeganə faktı olan yuxu simvolları "təhtəlşüur bilik", "məntiqi münasibətlər"dir ki, bu və ya digər dilə tərcüməsi asan başa gəlmir.

Ziqmund Freyd əmindir ki, bu cür yuxu simvolikası "mif və nağıllarda, xalq deyimləri və mahnılarında, ümumi qəbul edilmiş ifadə və poetik fantaziyalarda istifadə olunur. Simvolikanın sahəsi fövqəladə dərəcədə genişdir, yuxu simvolikası  o qədər kiçik bir hissəni təşkil edir ki, yalnız ona əsaslanmaqla bütün bu problemlərə müdaxilə eləmək düzgün deyil".

Göründüyü kimi, psixoanalitizmdə lap əvvəldən dil də daxil olmaqla insanın bütün yaradıcılıq imkanlarını üzvi vəhdətdə alıb araşdırmaq meyli aparıcı olmuşdur. Odur ki, dahi psixoanalitik öz mühazirələrində göstərirdi ki, "bizim qarşımızda hansısa qədim, lakin ifadəsini itirdiyinə görə müxtəlif sahələrdə müxtəlif cür - biri yalnız burada, digəri yalnız orada, üçüncüsü formasını yüngülcə dəyişərək bir neçə sahədə saxlanmış üsul dayanır. Mən burada maraqlı bir ruhi xəstənin fantaziyasını xatırlamaq istəyirəm ki, həmin xəstənin öz təxəyyülündə canlandırdığı hansısa "əsas dil" də sanki bütün bu simvolik münasibətlərdən qalıqlar vardı".

Simvol və ya işarələrin sistemindən ibarət olduğu heç bir şübhə doğurmayan dilin mənşəyi probleminin izahı, yəqin ki, həmin işarə və ya simvolların genetik mexanizmlərinin müəyyənləşdirilməsi təşəbbüslərinə əsaslanır ki, psixoanalizin (və Ziqmund Freydin) bu istiqamətdəki prinsipləri məlum nəzəri-konseptual mövqedən irəli gələrək strateji səciyyə daşıyır. Lakin dahi psixoanalitik həmin mövqeyi müxtəlif elm sahələri üzrə mütəxəssislərlə bölüşdürməyin tərəfdarı kimi çıxış edir ki, bu, onun populyar olduğu qədər də haqlı-haqsız etirazlar doğuran nəzəriyyəsinə hər hansı halda nüfuz gətirməyə bilməz:

"Psixoanalizdən asılı olmayaraq çalışan filoloq H.Şperber (Upsala) belə bir müddəa irəli sürmüşdür (1912) ki, seksual tələbatlar dilin yaranmasında və sonrakı inkişafında bilavasitə iştirak etmişdir. Nitqin ilkin səsləri müəyyən məlumat daşıyıcısı olmaqla seksual tərəfdaşın çağrılmasına xidmət göstərmiş, söz köklərinin sonrakı inkişafını ibtidai insanın əmək əməliyyatları müşayiət eləmişdir... Beləliklə, ümumi iş zamanı tələffüz olunan söz həm cinsi aktı, həm də onunla bərabərləşdirilən əmək fəaliyyətini ifadə etməklə iki məna daşımışdır. Və zaman keçdikcə söz seksual mənasını itirib yalnız iş üzərində qərar tutmuşdur...
Əgər şərh olunan bu nöqteyi-nəzər doğrudursa, bizim qarşımızda hər halda yuxu simvolikasını anlamağın yeni imkanları açılır. Biz anlaya bilərik ki, həmin ən qədim münasibətlərdən nə isə qoruyub saxlamış yuxularda nəyə görə seksuallığın bu qədər çoxlu simvolları əks olunur..."

Sözün (dil simvolunun) əvvəl seksual münasibətləri, sonra isə iş-əmək münasibətlərini işarələməsindən meydana çıxan diaxron paralelliyin yuxulardakı sinxron əksini psixoanalizin bilavasitə mövzusu sayan Ziqmund Freyd əmindir ki, sözügedən mövzu onun elminə xüsusi status qazandırır. Odur ki, deyir:
"Ayrıca bir insan mövcudluğunun ruhi həyatı psixoanalitik araşdırmada elə məlumatlar verir ki, onların köməyi ilə biz insan kütlələrinin həyatındakı bəzi sözləri izah edə və ya heç olmasa, düzgün işıqlandıra bilərik".

Mülahizələrində bir daha "əsas dil" məsələsinə qayıdaraq əlavə edir ki, onun nədən ibarət olduğunu daha dərindən araşdırmaq üçün ən münbit sahə nevrotika, yəni insanda nevroz simptomları, yaxud təzahürləridir.

Yuxuların özünəməxsus senzuraya məruz qaldığını xatırladan Ziqmund Freyd qeyd edir ki, həmin senzura olmasaydı belə, "yuxunu anlamaq bizə asan başa gəlməzdi, çünki hər halda önümüzdə simvolların dilini bizim oyaq vəziyyətindəki təfəkkürümüzün dilinə tərcümə etmək məsələsi dayanacaqdı. Beləliklə, simvolika yuxunu senzura ilə yanaşı, ondan asılı olmayaraq təhrif edən ikinci amildir. Ehtimal etmək olar ki, senzura üçün simvolikadan istifadə etmək ona görə rahatdır ki, o da həmin məqsədə - yuxunu sirli və anlaşılmaz eləməyə can atır".

Nitq yanılmalarından yuxuların simvolikasına, oradan da nevroza, başqa sözlə, psixiatriyadan psixoanalizə qədər yayılan, daha doğrusu, insan ruhunun dərinliklərinə varan Ziqmund Freyd (və onun təlimi) dili izah etmək istiqamətində kifayət qədər perspektivli metodoloji üfiqlər müəyyənləşdirdi. Lakin təəssüf ki, psixoanalizə qarşı elə təşəkkül tapdığı ilk illərdən özünü göstərən "şübhəli" münasibət həmin üfüqlərin genişlənməsinə mane olduğu kimi psixoanalizin dil barədəki araşdırmalarını, demək olar ki, dayandırdı. Halbuki həmin istiqamətdəki araşdırmaların yenidən canlandırılmasına olan ehtiyac göz qabağındadır: hər şeydən əvvəl ona görə ki, dil simvollarının (işarələrinin) ən azından mənşəyinin aydınlaşdırılması üçün çox mühüm olan bir problem - "diləqədərki" simvolların təhtəlşüur əlaqə məsələsi elmi maraq dairəsindən kənarda qalmaqdadır. Və əvvəldən güman edildiyi kimi, psixiatriya həmin problemə nüfuz eləyə bilmir. /525.az/

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.