İstanbulda “Təmrin” jurnalının xüsusi nömrəsi Müşfiqə həsr edilib
06.01.21

İstanbulda nəşr olunan “Təmrin” jurnalının xüsusi nömrəsi XX əsr yeni Azərbaycan poeziyasının həmişəcavan öndərlərindən olan şəhid şairimiz Mikayıl Müşfiqə həsr edilib.

Xüsusi nömrə ümummilli lider Heydər Əliyevin fikirləriilə açılır: “Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və o dövrdə yaşamış başqa sənətkarlar öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar...”.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müşfiq haqqında fikirlərinə yer verilib: “Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi  ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir  xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti  incilərinin başlıca keyfiyyətləridir...”.
   
Xüsusi nömrədə  Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Azərbaycan ədəbi sözünün hər zaman gənc zirvəsi” yazısı, Mikayıl Müşfiq irsinin əvəzsiz araşdırıcısı, mərhum Xalq şairi Gülhüseyn Hüseynoğlunun “Müşfiq ənənələri yaşayır” məqaləsi, şairin xanımı Dilbər Axundzadnin xatirələrindən seçmələr, professor Cavanşir Yusfilinin “Yuxuda yazılan şeirlər”, professor Səfurə Quliyevanın“ Müşfiqin tarixə mesajları”, şairin həyat və yaradıcılığının tanınmış müasir tədqiqatçılarından olan dok. Firudin Qurbansoyun “Göylərin lacivərd ətərklərində”, şair Səlim Babullaoğlunun “Səni kim unudar?”, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin “Mikayıl Müşfiq 3G texnologiyasının kəşfini necə yazmışdı”, professor Rüstəm Kamalın “Matadorun və şairin ölümü” məqalələri yer alıb.

Habelə şairin məktubları, həyat və yaradıcılığının Səlim Babullaoğlu tərəfindən hazırlanan müfəssəl bioqrafiyası, “Yenə o bağ olaydı”, “Gecə düşüncəsi”, “Küləklər”, “Həyat sevgisi”, “Telefon”, “Duyğu yarpaqları” kimi şeirləri və peotik silsilələri , geniş fotomaterial və əlyazmalarının faksimilesi yer alıb.
   
Xüsusi nömrənin bir bölümündə Müşfiq haqqında  Hüseyn Cavid, Abdulla Şaiq, Rəsul Rza, Mirmehdi Seyidzadə, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Sabit Rəhman, Cabir Novruz, Əkrəm Cəfər, Məmməd Arif, Anar, Bəkir Nəbiyev kimi zaman-zaman fikir söyləmiş XX əsrin görkəmli ədib və elm xadimlərinin  qısa-qısa fikirləri də dərc edilib.
  
Təqdim olunan materialları Türkiyə türkçəsinə son illər Azərbaycan ədəbiyyatının Türkiyədəki ən fəal tərcüməçi və təqdimatçılarından olan, yeni Türkiyə nəsrinin istedadlı nümayəndəsi Ömər Küçükmehmetoğlu çevirib.
     
Millət vəkili Cavanşir Feyziyevin dəstəyi ilə ərsəyə gələn, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin  bazasında hazırlanan nəşrin koordinatoru jurnalist Bəxtiyar Səlimov, naşiri isə Şərəf Özsoydur.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.