Simran Qədim - “Neuralink” və ya beynimizin çiplənməsi
14.01.21

Esse

 

Elmi-texniki yeniliklər həmişə inqilab yaradıb, sanki insanlar heç gözlənilmədən, nə baş verdiyinin fərqinə varmadan bir aləmdən çıxıb tamam başqa, paralel dünyalara keçid ediblər.

Avtomobilin, qatarın, təyyarənin kəşfi nəqliyyat sistemində köklü dəyişikliklər edərək, Yer kürəsinin sərhədlərini təsvirəgəlməz ölçüdə daraldıb. Sənayedə istifadə olunan cürbəcür texnologiyalar, kompüterləşmə insan əməyini qatbaqat yüngülləşdirib, istehsalın həcmi artıb, maliyyəti azalıb. Mobil telefonlar, “rəngarəng” qadcetlər, internet, sosial şəbəkələr həyatımızı təzədən şəkilləndirib, informasiya əlçatan olub. İşıq sürətli bir tor – şəbəkə mexanizmiylə dünya evimizdəcə cəmlənib. Son 30-40 ildə texnologiyalar həyatımıza elə dərindən nüfuz edib ki, bizi sıxışdırıb yerimizə keçəcək deyə düşünməyə bilmirsən.

Bu gün daha bir sıra yeniliklərin yaşandığı, belə demək mümkünsə, zamandan irəli atıldığımız tarixi proseslərin içindəyik. “Forbes” jurnalına görə, 185 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin adamı olan eksentrik sahibkar, investor İlon Mask hamını təəccübləndirməyə davam edir. Kosmosu su yoluna döndərib, Marsda koloniyalar qurmağı hədəfləyən “SpaceX”, ekoloji zərərli avtomobilləri avtonom idarə edilə bilən elektromobillərlə əvəzləyən “Tesla”, havayı havaya sovrulan Günəş enerjisini elektrik enerjisinə çevirən “SolarCity”, təyyarədən sürətli, qatardan ucuz yeni nəqliyyat sistemiylə uzaq məsafələri yaxın etməyi planlaşdıran “Hyperloop” şirkətləri... və Neuralink!..

“Neuralink” layihəsinin məqsədləri

Keçən aylarda səs-küylü hadisəyə – “Neuralink” layihəsinin canlı varlıq üzərində sınaqdan keçirildiyi təqdimat mərasiminə şahidlik etdik. Dünyanın bir çox nüfuzlu kanalları, yutuberləri tədbiri birbaşa yayımladılar. Donuz üzərində uğurla nümayiş olunan, tezliklə insanlarda da testdən keçirilməsi planlaşdırılan layihənin bir çox məqsədləri var:

1.      Tibbin inkişafı: onurğa beyni xəsarətlərinin, iflicin, altsheymer, parkinson, depressiya, yuxusuzluq kimi xəstəliklərin, görmə, eşitmə, yaddaş itkisinin müalicəsi.

2.      Texnologiyanın inkişafı: beynimizi kompüter sisteminə birləşdirəcək simbioz bir mexanizmin – beyin-kompüter interfeysinin yaradılması.

Mütəxəssislər bildirirlər ki, saç telindən dəfələrlə incə 1024 elektrod lifi xüsusi qurğuyla beyinə yerləşdirilib – “əkilib”, iyirmiqəpiklik boyda çipə birləşdiriləcək. Beləliklə, beynimizlə, düşüncələrimizlə hər növ cihazları, hətta avtomobilimizi də idarə edə biləcəyik. Qısası, bütün texnologiyalara inteqrasiya olunan insan-maşın konstruksiyaları yaradılacaq.

Layihənin davamı olaraq bir çox futuristik ideyalar səsləndirilir:

1.      İlon Mask dəfələrlə vurğulayıb ki, süni zəka bir gün bəşəriyyətə zərər verməyə başlaya bilər. Məhz bunun qarşısını almaqdan, necə deyərlər, robotların əsarəti altına düşməməkdən ötrü beyin imkanlarımızı genişləndirəcək vasitələr yaratmalıyıq. Bizi daha ağıllı, güclü, bacarıqlı bir varlığa çevirəcək “Neuralink”in də digər məqsədi budur.

2.      İnsan öləndə beyni də içindəkilərlə birgə məhv olur. Halbuki doğulan gündən valideynlərimizin, ata-babalarımızın beyinləri içindəki “material”larla – bilgi və bacarıqlarla bizə ötürülsə, necə də möhtəşəm olardı. Ömrümüzün uzun bir hissəsini artıq bilinən şeyləri mənimsəməyə çalışmaq əvəzinə, hazır bilgilərin üstünə nəsə qoyar, yeni-yeni şeylər kəşf edərdik. Bu zaman sivilizasiyamızın inkişaf sürəti birə-min artıb kosmik sürət alardı.

3.      Beynimizin, yaddaşımızın – xatirələr, xəyallar, emosiyalarla - köçürülməsi mövzusunu bir azca da təkmilləşdirək. Məsələn, kompüterin sərt diskinə kopyalanan insan beyni avatar-robot bədənlərə birləşdirilə bilər. Nəticədə, büsbütün rəqəmsallaşaraq ölümsüzlüyə qovuşarıq. Nyutonun, Eynşteynin, Dekartın, Kantın beyinlərinin başqa bədənlərə köçürülüb, ömürlərinin uzadıldığını düşünün. Nə qədər inanılmaz kəşflər edilmiş, əsərlər yazılmışdı indiyə kimi.

4.      İnsanlarla şimpanzelər arasındakı 2 %-lik DNT fərqi mədəniyyətlər qurmağımıza, kosmosa çıxıb, robotlar düzəltməyimizə yetərli oldu. Bəs “Neuralink” kimi çiplərlə, biotexnologiyalarla, eyni zamanda, gen mühəndisliyi ilə daha 2 %-lik inkişafa nail olsaq, nələr edə bilərik? Bəlkə də, qalaktikaları, kainatı fəth edər, yaşamın bütün sirlərini açarıq.

Digər yandan bu mövzuları araşdıran alimlər, yazıçılar, filosoflar həyəcan təbili çalır:

1.      İnsan beyni min illər boyu instinktlərdən ibarət - limbik və rasional mərkəzlərin birgə fəaliyyətiylə mövcud olub. Beyinə rəqəmsal mərkəzin qoşulması onun normal işləməsinə mane ola bilər, heç kəsin nəzərə almadığı bir çox fəsadlar, yan təsirlər baş qaldırar.

2.      Az qala bədənimizin bir üzvünə çevrilən, gecə-gündüz əlimizdən yerə qoymadığımız smartfonlardan fərqli olaraq, “Neuralink” çipləri, sözün həqiqi mənasında, bədən üzvümüzə, beynimizin bir parçasına çevriləcək. Onsuz da həyatımızı reallıqdan uzaq keçiririk: ya yuxuda, ya da cürbəcür ekranlara - televizora, kompüterə, telefona baxaraq. Bəs reallıqdan daha da qopub, tamam virtuallaşmağımız insanlığın sonu demək deyil ki?

3.      “Neuralink” çipləri qısa zamanda dünyadakı bütün insanlara implant ediləcək. Toplu şəkildə ən kiçik düşüncələrimizə, hisslərimizə, arzu-xəyallarımıza qədər nəzarət altına alına, haker hücumlarına məruz qalıb zombiləşə, başqaları tərəfindən idarə oluna bilərik.

4.      Elmin bu inkişafı apokaliptik, qorxu-dəhşət saçan fantastik filmlərdəki kimi, insanlığın öz-özünü məhvinə gətirib çıxaracaq. Atom bombaları, nüvə texnologiyları bunun başlanğıcıdır. Eynşteyn deyirdi: “Üçüncü Dünya müharibəsində hansı silahdan istifadə ediləcəyini bilmirəm, amma dördüncüsü daş-dəyənəklə olacaq”.

Bəs müsbət cəhətlərinə görə elmi-texniki inkişafı davam etdirməli, yoxsa mənfiliklərindən qorxub dayandırmalıyıq?

İnsanlar ta mağara dövrlərindən bu yana yeniliklərdən qorxub, bilmədikləri, tanımadıqları, mahiyyətini anlamadıqları şeylərdən ehtiyatlanıblar. Tarixdə atılan müəyyən addımlar faciələrə yol açsa da, inkişafın qabağını almaq mümkün olmayıb. Əgər bu günəcən elmin qarşısını kəsib yerimizdə saysaydıq, indi nə orta yaş həddini artıran müasir tibb yaranardı, nə həyatımızı asanlaşdıran texnologiyalar, nə də fizika, biologiya, astronomiya kimi elm sahələri.

“Yeni texnologiyalar yaratmaqla yanaşı, ondan ağılla, ehtiyatla, yalnız xeyir əməllər üçün istifadə etməyi öyrənməliyik”.

Dördüncü Sənaye inqilabı

Son üç əsrdə dünyanı dəyişən əsas faktorlardan biri, bəlkə də, birincisi sənaye inqilabları olub:

XVlll əsrin ikinci yarısından etibarən toxuculuğun inkişafı, buxar maşınlarının kəşf edilib istehsalın mexanikləşdirilməsi, manufakturaların fabriklərə keçidiylə Birinci, XlX əsrin sonları, XX əsrin əvvəllərində polad istehsalının təkmilləşdirilməsi, dəmir yollarının yayılması, konveyer üsulunun tətbiqi, maşınqayırmanın aktivləşməsi, elektrikləşmə, teleqrafın, radionun icadıyla İkinci, XX əsrin sonlarında kompüterlərin, rəqəmsallaşmanın, internetin, robototexnikanın yaranmasıyla Üçüncü Sənaye inqilabı baş verdi.

Bu gün isə süni zəka, 3D printerlər, əşyaların interneti, “Big data”, kvant fizikası, nanotexnologiyalar və gen mühəndisliyi kimi yeniliklərlə Dördüncü Sənaye inqilabını yaşamaqdayıq. İndiki şəraitdə geriyə yol yoxdur, dünya innovasiyalarla, startaplarla günbəgün dəyişir. Nəyəsə nail olmaq üçünsə ancaq zəkaya, elm və biliyə arxalanmalıyıq. Gərək keçmişin nostalgiyasından qurtulub, gələcəyin işığına tərəf yönələk.

Kaliforniyada, “Silikon Vadisi” adlanan bölgə var. Orada toplaşan “Amazon”, “Apple”, “Google”, “Facebook”, “Twitter”, “Tesla”, “SolarCity” kimi texnologiya nəhəngləri bu gün dünyada söz sahibidirlər. Amma “Silikon Vadisi” tək konkret coğrafiyada yox, hər birimizin beynində, şüurumuzun dərinliklərində yaranmalıdır. Dövrümüzdə elmi savadlılığın artırılıb prioritetə çevrilməsi, özünütənqidlə özünüinkişaf yoluna qədəm qoyulması hər kəs üçün hədsiz böyük önəm daşıyır.

Tez-tez gündəmə gətirilən elmi-texniki yeniliklərdən böyük gözləntilər olsa da, üç-beş ilin içindəcə göydə maşınların uçacağını, insanların kiborqlara çevrilib, “Qalaktika imperiya”ları quracağını düşünə bilmərik. Yəqin ki, bunlar gələcəkdə, ola bilsin, minilliklər, əsrlər uzaqlığında olmayan yaxın gələcəkdə hansısa formada reallaşacaq. Amma tələsməyə ehtiyac yoxdur, inamlı, dəqiq addımların atılmasına həmişə zaman lazım olur.

Bizi digər canlılardan fərqləndirən əsas şeyi - beynimizi nəyləsə əvəzləmək, ona müdaxilə etmək, onu anlamaq, bəlkə də, insanlığın ən son, ən ali mərhələsidir. Bizi “biz” olmaqdan çıxaracaq, paralel dünyalara salıb, heç təsəvvürümüzə belə gətirmədiyimiz bir varlığa, superinsana çevirəcək bu proses isə artıq başlayıb.

Yenililklər
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
11.02.21
Sənədli kinoya aid unikal materiallar əldə olunub
10.02.21
Sabir Rüstəmxanlının "Qarabağa dönüş"ü niyə önəmlidir?
10.02.21
Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə geniş yayılan cadugərliyin ifşası
09.02.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Dağılan tifaq” faciəsində dövrün inikası
06.02.21
S.S.Axundovun “Laçın yuvası” pyesinin mövzusu və ideya məzmunu
03.02.21
“Bəxtsiz cavan” faciəsində köhnəliklə yeniliyin qarşılaşdırılması
02.02.21
Türkiyənin önəmli jurnalı xüsusi buraxılışını II Qarabağa müharibəsinə həsr edib
02.02.21
“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
29.01.21
Aşıq Ələsgərin lirik şeirlərindən ibarət yeni kitab nəşr olunub
29.01.21
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" şeir müsabiqəsi keçirilir
28.01.21
Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
28.01.21
Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq
28.01.21
Ceyms Bond haqqında yeni filmin premyerası telefona görə yenidən təxirə salınıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.