Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
17.01.21

Misirin zəngin kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi ilə bağlı yeni əlyazmaların tədqiqi davam edəcəkdir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevinin Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli”nə töhfə olacaq.

Bu sözləri Qahirə Universitetinin professoru, tədqiqatçı-alim Seymur Nəsirov söyləyib. O qeyd edib ki, 2015-ci ildə dünyanın ən zəngin kitabxanalarından biri olan “Misir Kitablar Evi”ndə (Dəru əl-Kutub əl-Misriyyə) Nizami Gəncəvinin altı əlyazmadan ibarət “Xəmsə”si tapılmışdı. Şərq intibahının parlaq nümayəndəsi, dahi şair və mütəfəkkirin ərəb mənbələrində izi ilə bağlı tədqiqatlar davam edəcək.

Tədqiqatçı-alim bildirib ki, Nizami Gəncəvi, onun doğulduğu Gəncə şəhəri haqqında bir çox ərəb alimlərinin əsərlərində bəhs olunub. Böyük alim əs-Səməani Əl-Ənsab “(Nəsəblər) kitabında yazırdı: “əl-Cənzi Azərbaycanın məşhur şəhərlərindən biri Cənzəyə (Gəncəyə) mənsubdur”. O, Gəncəyə mənsub olan alimlərdən bir neçəsinin adını qeyd edərək onlar haqqında fikirlərini qələmə alıb. Bunlardan İbrahim ibn Məhəmməd əl-Cənzi, Abu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini misal göstərmək olar. Alimin “Taudihu əl-Muştəbəh” (Şübhələrin aydınlaşdırılması) kitabında qeyd olunub: “əl-Cənzi, Cənzəyə mənsubdur, o, elə Gəncədir”. Eyni kitabın başqa bir səhifəsində “əl-Cənzəvi Cənzəyə (Gəncə) mənsubdur” deyilir.

Bundan başqa, XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Əsar ül-biləd və əxbər ül-ibəd” əsərində Azərbaycanın Gəncə şəhərindən söhbət açarkən yazır ki, Cənzə (Gəncə) gürcülərə yaxın, müsəlmanların yaşadıqları yenilməz, qədim, aran şəhərlərindən biridir, bolluq şəhəridir, xalqı dindar və xeyirxahdır. Xalqın əksəriyyəti silahdan istifadə edə bilir və s. O, Nizami Gəncəvidən də söhbət açaraq deyir: “Dahi və müdrik şair Əbu Məhəmməd Nizami bu şəhərdəndir”. Qəzvini Əbu Məhəmməd Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” kimi əsərlərinin olduğunu, “Xosrov və Şirin” əsərində dini nəsihətlərdən, hikmətli kəlamlardan, atalar sözləri və gözəl hekayələrdən çox istifadə edildiyini yazır. O, bu əsərin səlcuqilər şahı Toğrul Ruslan oğlu üçün yazıldığı və Sultanın da şeir və şairlərə diqqət yetirdiyi üçün Nizamiyə böyük hörmət qazandırdığını, insanlar arasında nüsxələri yayılaraq onu məşhurlaşdırdığını bildirir. “Leyli və Məcnun” əsərinin isə Şirvan şahının istəyi ilə onun üçün yazıldığını və bu əsərin analoqu olmadığını vurğulayır.

XVII əsrdə yaşamış böyük alim Hacı Xəlifə öz “Kəşf əz-Zunun” (Şübhələri üzə çıxarmaq) əsərində “Xəmsə” (beşlik) adı ilə məşhur olanların adlarını çəkərkən deyir: “Onlardan biri də Şeyx Cəmaluddin İlyas ibn Yusuf bin Muəyyid Nizami əl-Kəncəvidir”. (Ərəb dilində “G” hərfi olmadığından, onu ya c ilə, ya da k ilə ifadə edirlər). Həmçinin XX əsrin ortalarında yaşamış alim Əbdunnəim Həsəneyn “Nizami Gəncəvi” adlı əsərində Azərbaycanın Gəncə şəhərində yaşamış Nizami Gəncəvinin sonradan şahlara və hakimlərə mədhiyyələr yazdıqdan sonra dövrünün haqsızlığı və ədalətsizliyi ilə əlaqədar onlardan uzaqda, daha çox tənhalığa üstünlük verdiyini qeyd edir. O, şairin əsərlərinin ana xəttinin hər zaman yaxşı, xeyirxah əməllərə, gözəl əxlaqa, ədalətə çağırış olduğunu, həmçinin zülmdən şikayət edildiyini qeyd edir. Müəllif böyük ehtimalla şairin hicri tarixi ilə 539-cu (1143) ildə doğulub və 608-ci (1210) ildə vəfat etdiyini yazır.

S.Nəsirov qeyd edib ki, araşdırmalar zamanı bir neçə mənbədə ərəb şairlərinin də Nizamidən ilham aldıqları görünür. Onun sözlərinə görə, fars dilində yazıb-yaradan Nizaminin Azərbaycan şairi olması barədə ərəb dünyasında daha çox təbliğata ehtiyac duyulur. “Hər hansı şairin əsərlərinin yazıldığı dil onun milli mənsubiyyətinin göstəricisi ola bilməz. Mən ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında araşdırma əsnasında yüzlərlə azərbaycanlı alimin adına rast gəldim ki, onlar bütün əsərlərini yalnız ərəb dilində yazıblar. Ərəb alimləri onların azərbaycanlı olduğunu birmənalı şəkildə qəbul edirlər. Bu mövzu ilə ətraflı tanış olmaq istəyənlər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində çap edilmiş “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılığı” adlı kitaba müraciət edə bilərlər. Bu kitabda altı ildən artıq davam edən elmi araşdırmaların nəticəsi olaraq, beş yüzə yaxın müxtəlif ərəb mənbələrindən toplanmış yüz azərbaycanlı alim və ədib haqqında materiallar təqdim edilib. /Azərtac/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.