Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Avanqard.net Səxavət Sahilin Xocalı faciəsinə həsr olunan "İsa kimi Xocalı" şeirini təqdim edir.
İsa kimi Xocalı
İsa kimi çarmıxa çəkilmişdi Xocalı, Məryəm kimi çarəsiz idi Azərbaycan.
Qolundakı ikibaşlı qartala baxıb, özünü Romalı sayırdı rus əsgərləri.
Məsihin edamın görmədiyi kimi, 26 fevralda da yumulmuşdu tanrının gözləri.
Buz bağlamışdı tökülən qan – ulduzlar yerdə parlayırdı. Göydə kimsə yoxuydu...
Susmuşdu yer kürəsi dünya boşalmışdı – adamlar dənələnmiş nar kimi torpağa dağılmışdı.
|