Fariz Əhmədov: Bu il kinostudiyada istehsalı bərpa etməyə müvəffəq olduq
02.08.21

Avanqard.net C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədovla müsahibəni təqdim edir.

-Bu gün Azərbaycan kinosu yaranmasının 123-cü ildönümünü qeyd edir. İlk növbədə, bu münasibətlə Sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edirəm. Zəngin və böyük inkişaf yolu keçmiş Azərbaycan kinosunun hazırkı durumunu necə qiymətləndirirsiniz?

-Minnətdaram! Bir ildən artıqdır ki, dünyanı öz ağuşuna almış COVID-19 pandemiyasının həyatın bütün sahələrinə gətirdiyi əngəllər kino sənətindən də yan keçmədi. Amma bu il kinostudiyada istehsalı bərpa etməyə müvəffəq olduq. Qeyd etmək istəyirəm ki, rejissor Elçin Musaoğlunun “Məryəm” tammetrajlı bədii filminin çəkilişlərini tamamlamışıq və film hazırda istehsal sonrası (“post-production”) mərhələsindədir. Rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən gözəldir” (Fəryad II) tammetrajlı bədii filmi istehsaldadır. Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” adlı tammetrajlı bədii filminin hazırlıq işləri davam edir. Bundan əlavə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və şanlı zəfərini əhatə edən “Görünməyən qəhrəmanlar” adlı 5 sənədli-salnamə janrında filmlər çəkilir. Bakı Media Mərkəzi ilə birgə istehsal etdiyimiz “Biz” sənədli filminin 26 İyun - Silahlı Qüvvələr Günündə ordumuza həsr edilmiş ilkin premyerası Heydər Əliyev Sarayında baş tutdu.

-Son vaxtlar eyni vaxtda iki bədii və iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqlarla təmin edilməyiniz barədə məlumatlıyıq. Şübhəsiz ki, bu, C.Cabbarlı adına “Azərbaycanfilm Kinostudiyası” üçün yeni texniki imkanlar deməkdir. Bilmək istərdik ki, bu, işinizdə hansı yeniliklərə səbəb olacaq?

-Azərbaycan milli kinosunun məbədi, kinostudiyamızın 40 ilə yaxın bir müddətdən sonra yeni avadanlıqlarla təmin edilməsi çox mühüm məsələ idi. Müasir beynəlxalq kino sənayesi sürətlə inkişaf edir, bu proqresi filmlərin bütün istehsal vasitələrində, kino-kameraların, müxtəlif kamera və işıq qurğularının fonunda aydın görə bilirik. Müasir kinonun istehsal standartlarına çatmaq üçün istənilən studiyada bu avadanlıqların təminatı mütləqdir. Təbii ki, kinostudiyanın istehsal həcmini və böyüklüyünü nəzərə alanda texniki bazamızda hələ də müəyyən çatışmazlıqlar var. “Məryəm” filmini bu yeni avadanlıqların iştirakı ilə istehsal etdik, hazırda istehsalda olan və qarşıda duran layihələrimizi də həmçinin bu texnikalarla həyata keçirəcəyik.

-Kino sahəsində beynəlxalq əməkdaşlıqla bağlı hansı işlər görülür, ümumiyyətlə, bu istiqamətdə iş aparılırmı?

-Bəli, qeyd etdiyiniz istiqamətdə də bu il təşəbbüskar addımlar atıldı və müəyyən nəticələr var. Rejissor Tahir Əliyevin “Fulya” sənədli filmini Türkiyənin “Dada Yapım” şirkəti ilə birgə istehsal etdik. Rejissor Elçin Musaoğlunun “Məryəm” tammetrajlı bədii filmi Türkiyənin ən mühüm film layihələrinin inkişafı və istehsalı platformalarından biri olan “12 Punto” - 2021, TRT Beynəlxalq Birgə İstehsal Mükafatlarının qalibləri arasında yer aldı. Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi isə Fransanın nüfuzlu film istehsalı şirkəti “Arizona Productions”ın birgə istehsala qoşulması ilə həyata keçiriləcək. Eyni zamanda, rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən gözəldir” (Fəryad II) tammetrajlı bədii filminin büdcə planına əsasən ölkənin ən nüfuzlu banklarından biri ilə danışıqlarımız davam edir.

-Televiziyalarla layihələrinizi davam etdirirsinizmi?

- İctimai TV ilə yaradıcı və məhsuldar əməkdaşlığımız davam edir. “Bizim Kino” adlı 24 hissəli kinojurnal layihəmiz artıq yekunlaşır. Kinojurnalın yayımlanmış buraxılışlarını izləyicilərimiz “Azərbaycanfilm” Kinostudiyasının sosial media kanallarında izləyə bilər. Bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı istehsala buraxılan “Xosrov və Şirin” 12 seriyalı bədii televiziya layihəsini İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə həyata keçiririk. Mirsadıq Ağazadənin “Eviniz abad” bədii televiziya filminin çəkiliş materialları əsasında hazırlanmış, “Köşk” adlı 5 hissəli televiziya layihəsinin montaj işləri tamamlanıb.

-Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində seçilmiş 11 layihə barədə nə deyə bilərsiniz?

-Müsabiqədə seçilmiş, “Fulya” sənədli filminin çəkilişləri tamamlanıb və hazırda montaj mərhələsindədir. “Müharibə uşaqları” sənədli filmi isə istehsal öncəsi hazırlıq mərhələsindədir.

- Son illər çəkilən Azərbaycan filmləri dəfələrlə beynəlxalq festivallarda uğur qazanıb. Tamaşaçılar bu ekran əsərlərini böyük səbirsizliklə izləmək marağındadır. Bu istiqamətdə hansı işlər aparılır?

-Kino böyük bir istehsalat prosesidir. Əyləncə növü olmaqla yanaşı, kino həm də böyük bir sənaye sahəsidir. Bu qədər geniş spektrli sahədə inkişaf üçün nəticəni qısa müddətdə gözləmək sadəlövhlük olar. Birincisi, kino yaradıcı bir prosesdir. Yaradıcı insanların sənət əsəri ortaya çıxarması üçün sənətkarların - ssenarist, rejissor, operator, rəssam, aktyor və digər müəlliflərin iş mühitinin, atmosferinin yüksək şəkildə təşkil olunması lazımdır. Bu isə sistemin yenidən qurulması deməkdir. Hər hansı bir sahədə sistemin qurulması, iş mühiti və atmosfer yaratmaq böyük və qlobal bir prosesdir.

Kino həm də böyük bir sənayedir. Filmin istehsalı ilə proses yekunlaşmır. Növbəti mərhələlər filmin marketinqi, PR işləri, distribusiyası, satışı, festival həyatı və sonda müxtəlif təbəqədən olan tamaşaçılara çatdırılması problemi ortaya çıxır. Bizim də böyük bir kino industriyası yaratmaq üçün apardığımız fəaliyyət əgər nəticəsini verərsə, tamaşaçı bu filmləri, sənətkarlarımızın istehsal etdikləri film nümunələrini görə biləcəklər. Bunun üçün Kino konsepsiyasında nəzərdə tutulan bütün məsələlər həll olunmalıdır. Burada bizdən asılı olan və olmayan səbəblər var. Hüquqi bazanın da qısa müddətdə həll olunması lazımdır. Kinematoqrafiya haqqında qanunda müasir dünyanın tələblərinə uyğun dəyişikliklər baş verdikdən sonra, digər proseslər də corab söküyü kimi arxasından gələcək. Çünki, hüquqi baza möhkəm olmalıdır. Bu hüquqi bazanın yaradılmasında kino sahəsində vergi və digər iqtisadi məsələlərin çözülməsi məsələləri də həllini tapmalıdır.

Hazırda bir neçə istiqamətdə bu proseslər davam edir. Kino sənətkarları, rejissorlar, ssenaristlər oturmayıblar, var qüvvələri ilə yüksəkkeyfiyyətli filmlərin istehsalını davam etdirirlər. Digər tərəfdən, bu filmlərin müxtəlif bazarlara çıxış yolları üzərində hərtərəfli iş gedir. Nəticədə, həm öz tamaşaçımızın zövqünü oxşayacaq filmlərin çəkilməsi, həm də filmlərimizin dünya arenasında uğurları ilə bütün vətəndaşlarımızın sevinəcəyi, qürurlanacağı bir Azərbaycan kinosunun müjdəsi çox yaxındadır. /Azərtac/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.