Açıq havada kinosevərlər gecəsi keçirilib
03.08.21

“YARAT” Müasir İncəsənət Məkanının qarşısında, açıq havada Mədəniyyət Nazirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə Azərbaycan Kinosu Gününə həsr olunmuş kinosevərlər gecəsi keçirilib.

Proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarət olub. Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunub.

Mədəniyyət naziri Anar Kərimov tamaşaçıları Milli Kino Günü münasibətilə təbrik edib. Bildirib ki, tədbirə bu qədər insanın toplaşması milli kinoya marağın göstəricisidir. Bu il Azərbaycan kinosunun 123-cü ilinin tamam olduğunu deyən nazir qeyd edib ki, kino ilk dəfə Fransada yarandıqdan cəmi 2 il sonra Azərbaycana gəlib. “Bu, böyük bir nailiyyətdir. Buna görə Azərbaycan kinosu ilə fəxr etməliyik”, - deyə nazir bildirib.

Qeyd edib ki, Azərbaycan kinosu zəngin ənənələrə malikdir: “Mədəniyyət Nazirliyi olaraq məqsədimiz kino sənətini irəli aparmaq, inkişaf etdirmək və bu ənənəni yaşatmaqdır”.

Rejissor Əlisəttar Quliyev çəkdiyi “Olimpiya” filmi barədə məlumat verib. Qeyd edib ki, filmin çəkilişlərinə ötən il başlanılıb. İlk olaraq filmin qısametrajlı bir formatda çəkilməsi nəzərdə tutulsa da, sonradan xronometrajı artırmaq qərara alınıb. Filmin “sountrack”ı isə tam olaraq müəllif musiqisidir.

Sonra filmlərin nümayişinə başlanılıb. İlk nümayiş olunan film Əlisəttar Quliyevin rejissorluğu ilə çəkilən “Olimpiya” melodraması olub. 2021-ci ildə Azərbaycan tərəfindən istehsal olunan “Olimpiya” ekran əsəri bir idmançının həyatından bəhs edir. Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...

Qısa fasilədən sonra “Daxildəki ada” dramının nümayişinə başlanılıb. Azərbaycan-Fransa istehsalı olan və 100 dəqiqə davam edən filmin rejissoru Rüfət Həsənovdur. Filmin süjeti Seymur Tahirbəyov adlı qrossmeyster üzərində qurulub. O, karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.

Sonra Teymur Hacıyevin “Axşama doğru” qısa dramı göstərilib. Xronometrajı 12 dəqiqə olan film Azərbaycan istehsalıdır. Film ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxan cütlükdən bəhs edir. Məişət məsələləri onları dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.

Gecənin son 21 dəqiqəsi “Quxuroba” filminə ayrılıb. Dram janrında çəkilən “Quxuroba” 2020-ci ildə Azərbaycanda istehsal olunub. Filmin süjet xəttinə görə taksi sürücüsü Rasim müdirindən çox vacib bir tapşırıq alır - o, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır.

4 saat davam edən kinoseans zamanı tamaşaçılar filmləri maraqla izləyib. Tədbirdə pandemiya qaydalarına tam riayət olunub.

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.