“Maşa və ayı” multserialı növbəti seriyasını Azərbaycana həsr edib
13.08.21
Rusiyada məşhur olan “Maşa və ayı” multserialı növbəti seriyasını Azərbaycana həsr edib.
Animakkord” studiyasının istehsalı olan cizgi filminin növbəti seriyasında Maşa oyuncaqlarına Azərbaycan nağıllarının qəhrəmanı Cırtdanın sərgüzəştlərindən söhbət açır. Cizgi filmində hadisələr Qobustanda baş verir. Maşa filmdə həm də oyuncaqlarına Azərbaycan şirniyyatı – paxlava və şəkərbura “yedirdir”.
“Maşa və ayı” cizgi filmi uşaqlar arasında çox sevilir. Hazırda serial “Parrot Analytics” uşaq şouları dünya reytinqində birinci yerdədir. /Azərtac/
Cizgi filminə serialın yutub kanalında aşağıdakı linkə daxil olaraq baxmaq mümkündü: https://www.youtube.com/channel/UCRv76wLBC73jiP7LX4C3l8Q
|