Ömər Eldarov: "Müslüm Moqamoyevin heykəli hazırdır"
23.08.21

Görkəmli sənətkar, Xalq artisti Müslüm Maqomayevin heykəli hazırdır.

Bu barədə heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov məlumat verib.

O, heykəlin hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olduğunu deyib: “Heykəl çoxdan hazırdır, ancaq heykəlin qoyulacağı yer hazır deyil. Yer hazır olan kimi ucaldılacaq”.

Xalq rəssamı heykəlin yerinin nə vaxt hazır olmasına dair isə heç bir məlumatının olmadığını bildirib.

Qeyd edək ki, Müslüm Moqamayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq. /APA/

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.