Turnerin rəsm əsəri təxminən 200 il sonra ilk dəfə sərgilənəcək
25.08.21
Rəssam Turnerin “Malmesbury Abbey” əsəri Birləşmiş Krallığın Milli Piyanqo İrsi Fondunun qrantı hesabına alınıb.
Əsər, insanların kiçik muzeylərə marağını artırmaq üçün İngiltərənin şəhərlərinin birində sərgilənəcək. İngiltərədə sərgilənən digər əşyalar arasında digər qədim tablolar da var.
Romantizmin ən önəmli simalarından sayılan Joseph Mallord Villiam Turner 1775-ci il aprel 23-də Londonda anadan olub. Kiçik yaşlarından sənətə maraq göstərən Turner on dörd yaşında rəssam olmağa qərar verib. Bu məqsədlə İncəsənət Akademiyasına daxil olub. O, 76 yaşında 1851-ci ildə İngiltərədə vəfat edib. /Azərtac/
|