“Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab işıq üzü görüb
08.09.21

Çoxəsrlik aşıq sənəti ənənələrinə yeni məzmun qazandıran, xalq ruhuyla səsləşən əsərlər yaradaraq həm də Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Aşıq Ələsgərin zəngin poetik irsinə həmişə böyük diqqət göstərilib, əsərləri nəşr olunub, sözləri aşıqlarımızın repertuarında daim mühüm yer tutmaqla yanaşı, bəstəkarların da diqqətini çəkib, mahnılar bəstələnib. Milli-mənəvi dəyərlərimizə həmişə böyük qayğı göstərən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu böyük saz və söz ustadının 150 illik yubileyi respublikamızla yanaşı, Moskvada da təntənəli şəkildə qeyd olunub. Bu il ölkəmizdə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi qeyd olunur. Bununla bağlı 2021-ci il fevralın 18-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində ölkəmizdə indiyədək bir sıra işlər görülüb. Azərbaycan Aşıqlar Birliyi də yubileylə bağlı hələ ilin əvvəlindən geniş tədbirlər planı hazırlayıb. İlk dəfə olaraq hər şeirin hansı aşıq havaları üstə oxunması və yabançı sözlərin izahı verilməklə Aşıq Ələsgərin lirik şeirlərindən ibarət ayrıca kitab hazırlanıb. Klassik və müasir aşıqların ifasında Aşıq Ələsgərin sözlərindən və ustadla bağlı dastan-rəvayətlərdən ibarət video və audiodisk buraxılıb.

Bu yaxınlarda Azərbaycan Aşıqlar Birliyinin yeni bir yubiley töhfəsi işıq üzü görüb – “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab sənətsevərlərin, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilib.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, kitabda ustad sənətkar Aşıq Ələsgərin ömür və sənət yolunun maraqlı, unudulmaz məqamlarından söz açılan 30-a yaxın dastan-rəvayət yer alıb. Bu dastan-rəvayətlərin bəziləri hələ aşığın sağlığında, daha böyük hissəsi isə sonrakı dönəmlərdə aşıqlar tərəfindən düzülüb-qoşulmuşdur. Burada xronoloji-bioqrafik əhvalatlar, eləcə də, xalq təxəyyülündən doğan epik mətnlər, aşıqların, o cümlədən də el-camaatın arzu-istəklərindən irəli gələn xoşməramlı səfərlər və qarşılaşmalar yer alıb.

Kitabda dastan-rəvayətlərdə işlənmiş ərəb və fars mənşəli sözlərin, eləcə də arxaizm və məhəlli sözlərin izahı, “Qeydlər və izahlar” bölümündə isə kitabda yer almış dastan və rəvayətlərin yaranma tarixi, hansı aşıqların dilindən yazıya alınması və indiyədək nəşr olunduğu mənbələr haqqında məlumat verilir ki, bu da folklorşünas alimlər, eləcə də aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər üçün əhəmiyyətlidir.

Kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, elmi məsləhətçi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir. /Azərtac/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.