Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?

05.11.21

Bizim yazarlarımız uğurlu marketinq işini bacarmırlar. Əlbəttə, yazıçının işi oturub əsərini yazmaqdır, çap qayğısı, yayım, marketinq işləriylə onun ədəbi agenti və yaxud əsərini nəşr etdiyi nəşriyyatlar məşğul olmalıdır. Azərbaycanda kitab sənayesi hələ tam formalaşmadığı üçün bu işlərlə də yazıçı özü məşğul olmaq zorundadır. Kitabın üzərindən ƏDV-nin götürülməsiylə bağlı dəfələrlə yazılar yazmış, təkliflərimizi səsləndirmişdik. Nəhayət, dövlət bu məsələyə reaksiya verdi və kitabla bağlı bu əngəl də aradan qaldırılır. Bu, çox böyük hadisədir. Kitab sənayesinin inkişafına təkan verəcək, kitablar oxucuya əlçatan olacaq. Olduqca vacib əsərlərin, elmi-fəlsəfi ədəbiyyatın dilimizə tərcüməsi sürətlənəcək. Sözümün canı nədir? Yazıçı yazdığı əsərin oxucuya çatması üçün də çalışmalıdır. İnanın ki, qısa bir zamanda bunun nəticəsini görəcək. Sumqayıt Kitab Sərgisində anşlaq yaşandı, minlərlə insan Sərgiyə üz tutdu. İnsanlar kitaba qayıdır.  Cəmiyyətdə bir kitab aclığı var. Artıq hər kəs anlamağa başlayır ki, kitabsız insan natamam qalır, kitabsız toplum içindəki qaranlıqdan, mənəvi yoxsulluqdan heç zaman xilas ola bilməyəcək. Kitab oxumadan bu dövlətə, bu xalqa heç bir fayda verə bilməyəcək. Milləti millət edən onun məfkurəsidir. Kitab məfkurə qaynağıdır. Məhz kitab vasitəsilə insan özünü yenidən yarada bilər. Başqa cür mümkün deyil. Özümdən nümunə götürürəm. Məni kitablar xilas edib. Dəfələrlə bu barədə yazılarımda yazmışam. Evimizdəki kitabxana olmasaydı, mən bəlkə də indi həyatda olmazdım. Məni həyatın girdabından kitablar dartıb çıxartdı. Kitabın gücünə, sehrinə inanan adamam. Əks halda bir cümlə də yaza bilməzdim.

Sumqayıt Kitab Sərgisində 2 saatın içində 200-dən çox kitabım satıldı. Təbliğat və piar düzgün qurulanda yazıçıya uğur gətirir.

Gününüzün müəyyən bir hissəsini mütləq kitaba ayırın. İnanın ki, bunun faydasını mütləq görəcəksiniz. Həyatınız daha da rəngadəng olacaq, mənəvi dünyanız zənginləşəcək, düşüncələriniz dəyişəcək, söz bazanız artacaq,  fikrinizi daha rahat ifadə edə biləcəksiniz. Daha güclü və yenilməz olacaqsınız, xarakteriniz formalaşacaq.

Mütaliənin zövqünü yaşamaq fövqəladə bir hisdir.

Avanqard.net

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.