Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21

ÖN SÖZ

Muni Vitçer – (Moony Witcher – Ay Sehrbazı, – ing.) tanınmış italyan yazıçısı və kriminal-jurnalisti Roberta Ritsonun (Roberta Rizzo) ədəbi təxəllüsüdür. Bu təxəllüs, Robertanın və onun naşirlərinin birgə məsləhəti ilə uşaqlar üçün sehrli nağıllar uyduran bir yazıçını cinayət hadisələrini işıqlandıran jurnalistdən fərqləndirmək üçün düşünülüb...

Muni Vitçer 1957-ci il, oktyabrın 26-da Venetsiyada doğulub, Venetsiyadakı Ka`Foskari Universitetinin fəlsəfə fakültəsini bitirdikdən sonra bir müddət Moskva Dövlət Universitetində təhsil alıb, məşhur sovet psixoloqu L.S.Vıqotskinin elmi tədqiqatlarına dair dissertasiya müdafiə edib. Pedaqogika və psixologiya sahəsində apardığı elmi araşdırmalar gələcək yazıçıya uşaq macəra qəhrəmanlarının obrazlarını yaratmaqda yaxından köməklik göstərib.

1985-ci ildən “L`Espresso” jurnalında kriminal sahə üzrə müxbir kimi çalışan Ritso, 2002-ci ildə Muni Vitçer təxəllüsü ilə on yaşlı qızcığaz Ninanın sərgüzəştlərindən bəhs edən, qəribə həyat reallığı ilə nağılvari trillerin vəhdəti üzərində qurulmuş ilk bədii əsərini, “Altıncı Ayın qızı Nina”nı çap etdirir.

Muni Vitçer öz sevimli qəhrəmanı Ninaya və onun dostlarına 9 kitab həsr edib, sonralar Ceno adlı oğlanın, Morqa adlı qızın sərgüzəştlərindən, Pişik Fantazionun macəralarından bəhs edən digər əsərlərini də qələmə alıb.

Muni Vitçerin gənc nəsli humanist, ədalətli və cəsur olmağa səsləyən kitabları dünyanın bir çox ölkələrində, o cümlədən, Türkiyə, Rusiya, Fransa, İspaniya, Braziliya, Rumıniya, Polşa, Xorvatiya, Çin və Koreyada çap olunub, istər uşaq, istərsə də yaşlı oxucular arasında böyük rəğbətlə qarşılanıb.

2004-cü ildən uşaq və yeniyetmələr üçün müxtəlif humanitar tədbirlər təşkil edən “Sesta Luna” (“Altıncı Ay” – ital.) şirkətinin təsisçisi və rəhbəridir.

2014-cü ildə Roberta Ritsonun yaşlı oxucular üçün nəzərdə tutulan “Qeyb olmuş eşq kimi qırmızı” romanı yazıçının əsl soyadı altında çap olunub.


ALTINCI AYIN QIZI NİNA

Rus adı daşıyan italiyalı qızcığaz Nina haqqında kitabların meydana gəlməsi təsadüfi deyildi. Ötən əsrin 60-cı illərində ilk qadın kosmonavt Valentina Tereşkova İtaliya Kommunist partiyasının dəvəti ilə Venetsiyada olarkən, Robertanın atası yerli kommunistlərin lideri idi. Elə həmin səfər zamanı da o, qızını V.Tereşkova ilə tanış etmişdi. Məhz bu görüşdən sonra cəsur kosmonavtı özünün həyat idealına çevirən Robertada kosmosa, kainatın sirlərinə, namə-
lum planetlərə maraq oyanmış, fədakar kosmonavt qadının şəxsiyyətindəki xüsusiyyətləri gələcək ədəbi qəhrəmanı Ninanın obrazına köçürmüşdü.

On yaşlı Nina de Nobilinin sərgüzəştlərindən bəhs edən 9 kitab arasında “Altıncı Ayın qızı Nina” əsəri gənc qəhrəmanla ilkin tanışlıq baxımından xüsusi yer tutur. Ninanın valideynləri, italyan atası Cakomo və rus-ispan əsilli anası Vera Moskvada, qapalı elmi institutda işləyirlər. Elə həmin səbəbdən də o, bir yaşından Madriddə, böyük xalaları Andora və Karmenin yanında qalır. Qızcığazın bütün arzu və istəyi qəlbən sevdiyi rus babası, məşhur sehrbaz və kimyaçı Mixail Mezinski və ispan nənəsi, qrafinya Espasiya ilə bağlıdır. Ninanın ovcunda, eynən babasınınkı kimi, anadangəlmə xal, qırmızı ulduz var. Bu onun da babası kimi qeyri-adi istedada malik olacağına işarədir. Ancaq indi bu ulduz qara rəng alaraq böyük təhlükələrdən xəbər verir. Ninanın babası müəmmalı şəkildə dünyasını dəyişir.

Nina Venetsiyaya, rus dayəsi Lyubanın yanına yollanır, babasının yazdığı məktubları oxuduqdan sonra, onun davamçısı və varisi, eyni zamanda nənəsinin adını daşıyan möhtəşəm “Espasiya” villasının sahibi olur. Ancaq babası ona nəinki Sehrli kitabı və kimyanın ecazkar sirlərini, həm də Altıncı Ayı, – Ksoraks planetini qatı düşməndən, Qraf Karkon Ka d`Orodan xilas etməyi vəsiyyət edib. İndi o, kimyanın sehrli əlifbası vasitəsi ilə babasının qeydlərinin şifrəsini açmalı, onun vəsiyyətinə əməl edərək Altıncı Ayı Qraf Karkonun və onun əlaltılarının təhdidindən azad etməlidir. Bu işdə ona babasının məsləhət gördüyü yeni dostları, Çesko, Roksi, Fyore, Dodo və istəkli robotu, android Maks 10-P1 dəstək olmalıdır. Ancaq irəlidə ağır sınaqlar və qeyri-bərabər mübarizə var: Nina bədheybət bir cırtdana çevrilməli, əjdaha dişindən iksir hazırlamalı, yad bir planetə uçmalı, Paskua adasında olmalıdır...

Qarşıda Ninanı və dostlarını inanılmaz sərgüzəştlər və qeyri-adi macəralar gözləyir...



Kövrək görünüşlü,
iti zəkalı qızcığaz
coşğu ilə tutur
Xeyirlə Şər arasındakı
əbədi meydan çağırışını:
onun həyata olan
böyük məhəbbəti
və sərhədsiz marağı
Qaranlıq Dünyanı anlayıb,
onu məğlub etmək üçün
bir silahdır, –
İşıq Dünyasına
yer vermək üçün.

Orada ki, başqa heç nə, yalnız fantaziya və
sehr, yarada
bilərdi tam həqiqəti...



Birinci Fəsil
Qara ulduz

Gecədən xeyli keçmişdi, bədirlənmiş ay göy qübbəsindən asılı qalmış kimi görünür, saysız-hesabsız ulduzlar mavi və çəhrayı elektrik lampaları kimi sayrışırdı. Səmanın işığı dinməzcə Ninanın balaca otağına süzülərək, onun iri, mavi gözlərində əks olunurdu. O, elə indicə oyanmışdı, yatağında oturub, açıq pəncərədən bu sehrkar mənzərəyə tamaşa edir, hərzamankı düşüncələrinin içərisində itib, qeyb olurdu. O, göylərdə uçmağın xəyalına dalmağı, kosmosa səyahətə çıxaraq, balaca ulduzları ovcuna almağı, bir zamanlar qalaktikalarda və insan ayağı dəyməmiş sirli dünyalarda nələrin baş verdiyini kəşf etməyi xoşlayırdı. Yerin canlı varlıqlar yaşayan çox sayda planet lərdən yalnız biri olması ideyası Nina üçün danılmaz həqiqət idi. O, əmin idi: kainatda həyat var, özü də, necə! Artıq iki ay idi, yatağına başlıq kimi vurulmuş faner lövhəcikdə mavi flomasterlə bu sətirlər yazılmışdı:

Biz balaca varlıqlarıq, bozdur beyinlərimiz,
Çox şeylər var bu dünyada, daim öyrənməliyik,
Çox qısadır həyatımız, yoxdur bir məqsədimiz,
Baxıb-baxıb biz göylərə, yalnız düşünməliyik.

Nina bu həyəcanlı sözləri müəmmalı şəkildə vəfat etmiş rus fantast yazıçısı Birian Birovun (1) son kitabı olan “İtirilmişlərin” axırıncı fəslini oxuduqdan sonra yazmaq istəmişdi. Təxminən, 1600-cü illərdə yaşamış məşhur italyan kimyaçısı Tadino De Corcis (2)1 qədər sevdiyi bir müəllifin kitabını...
Qısası, bu sözləri tez-tez oxuyardı, çünki bu onu bir kəndirbaz kimi reallıqla xəyal arasında saxlayırdı. Bu faner parçasını yatağının başından vurmaq istədiyinə görə xalası Andora ilə bir qədər qalmaqala da çıxmışdı. Xalası nə bu sözlərlə, nə də bu “qorxunc” faner parçasını divardan asmaq ideyası ilə heç cür razılaşmaq istəmirdi, axırda bu dəfə Ninaya cəza kimi adətən yollandığı parkda gəzintiyə çıxmağa belə icazə vermədilər.
– Bu nə deməkdir axı? Bu nədir belə, yazmısan? Sən eynən mənim bacım Espasiyanın evini yıxan o dəli babanın tayısan! Eynilə başıboş, – ancaq başıboş bir qız uşağı, – deyə xalası bağırırdı. Nəhayət, Nina cavabında öz balaca otağının qapısını elə zərblə çırpdı ki, dəhlizdə asılmış rəsm çərçivələri titrədi.
O vaxtdan iki ay keçməsinə baxmayaraq, Nina həmin günü yaxşı xatırlayırdı: altı saat sükut içində tək oturmuşdu.
Bütün günah bir yazıda, bir cümlədə idi, vəssalam. Yalnız bir qədər sonra bütün bunların onu gözləyən gələcəkdən bir işarə olduğunu başa düşəcəkdi.
O vaxtdan iki ay keçməsinə baxmayaraq, Nina həmin günü yaxşı xatırlayırdı: altı saat sükut içində tək oturmuşdu. Bütün günah bir yazıda, bir cümlədə idi, vəssalam. Yalnız bir qədər sonra bütün bunların onu gözləyən gələcəkdən bir işarə olduğunu başa düşəcəkdi.

Onun bildiyi yeganə dəqiq bir şey göylərə qalxmaq istəyi idi. Uçmağı öyrənmək idi.

Ninanın sağ ovcunun ortasında beşguşəli ulduz formasında balaca, anadangəlmə xal onun qarşıdakı taleyinə açıq-aydın işarə idi. Babası Mişanın da ovcunda eyni cür ulduz var idi. Mişa Ninanın ana babası, özü də rus idi, ancaq indi dünyanın ən sehrli və valehedici şəhərində, Venetsiyada yaşayırdı. 
Babasının əsl adı Mixail Mezinski idi, – gələcək barədə biliklər əldə etmiş qoca kimyaçı və filosof: o, bu balaca nəvəsinin möhtəşəm və sehrli səyahətinin başlanmasına cəmi bir neçə gün qaldığını bilirdi.
Buna görə də, bir neçə il əvvəl Mişa Ninaya kimyanın bəzi sirlərini öyrətmiş, ulduz formalı xalın mənasını ona başa salmışdı.
Həmin o may gecəsi, ay Ninanın mavi gözlərində üzərkən, anadangəlmə xal dəyişməyə, ulduzun şüaları sanki qaralmağa başladı. Ovcunun içi get-gedə daha da tutqun rəng alır, qaçılmaz faciəvi hadisədən xəbər verirdi.
Bu qəribə metamorfoza artıq iki gün idi davam edirdi, qızcığaz nəsə xoşagəlməz bir şeyin baş verdiyini hiss edir, ancaq bunun nə olduğunu anlaya bilmirdi. O, aya baxa-baxa uzun, şabalıdı saçlarını darayır, vaxtaşırı yanında uzanmış sadiq dostu, 85 kiloluq qara Alman doqu Adoneni (2) tumarlayırdı.
– Bilirsən, Adone, mən bir gün ora, göylərə uçacağıma, hər şeyi biləcəyimə əminəm. Burada yer üzündə məlum olmayan hər şeyi, – bir saat qabaq otağındakı səliqəsizliyə görə ona növbəti “qulaqburması” vermiş, zəhləsi getdiyi xalası Andoranı oyatmamaq üçün astadan söyləyirdi.
Dəftərlər, kitab və qələmlər, oyuncaqlar və müxtəlif rəngli mayelər olan şüşələr balaca otaqda döşəmə boyu səpələnmişdi. Ninanın səliqəsizlikdən xoşu gəlirdi, çünki yalnız xaos ona fikirlərini cəmləməyə imkan verirdi. Hər şeydən əlavə, o, Madriddəki bu evdə, Mişanın sevimli arvadı, Venetsiyada Ninanın anası Veranı dünyaya gətirərkən vəfat etmiş nənəsinin, knyaginya Mariya Luiza Espasiya de Rigeyranın ailəsinin yaşadığı bu iki mərtəbəli köhnə villada özünü yaxşı hiss edirdi.


1 Birian Birov (1) vəTadino De Corcis (2) müəllif tərəfindən düşünülmüş uydurma personajlardır.
2 Adone – gözəlçə, itin adıdır, qədim Yunan mifologiyasında gözəllik simvolu olan gənc
Adonisin italyanca adından.

Əsəri bütöv halda oxuma istəyən oxucular "Qanun" nəşriyyatı tərəfindən nəşr edilən Muni Vitçerin “Altıncı Ayın qızı Nina” kitabını əldə edə bilər.

Ardı var...


  İtalyan dilindən
  tərcümə edən:
  Cəmşid Cəmşidov

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.