Üfüqdə hansı cərəyan görünür? - SORĞU
16.12.21

Əsrin ikinci yarısı nə göstərəcək, dəqiq demək çətindir, bircə şey aydındır ki, əsas mövzu texnologiya və insan münasibətləri olacaq, bu mənada trans-humanizm, post-humanizm söhbətləri get-gedə daha çox olacaq
 
Ədəbi cərəyanlar, onların yaranması, bu gün yarananın sabah artıq maraqdan düşməsi, yenisinin yaranması, yeni yaranan cərəyanda birləşən xüsusiyyətlər, yazıçıların yeni cərəyan ardınca qaçması, bir cərəyandan digərinə keçid mərhələləri daim ədəbi tənqidçilərin maraq dairəsində olub. İndiyə qədər bir çox cərəyanlar bir-birini əvəz edib.
 
Yüksək "amperli” ədəbi cərəyanlar

Son dövrlərə gəldikdə isə modernizm ədəbi cərəyanından sonra postmodernizm bütün dünya ədəbiyyatını öz təsiri altına saldı. Modernizm, yəni müasir cərəyan, XIX yüzilliyin sonu, XX yüzilliyin birinci yarısında incəsənətdə, ədəbiyyatda və fəlsəfədə keçmiş tarixi ənənələrdən ayrılma ilə müşayiət edilən fərqli bir cərəyandır. Və onun əhatəsi daha geniş idi. Modernizm  varlıqlar, nəsnələr, hadisələr və vəziyyətlərin, əslində göründükləri kimi olmadıqları düşüncəsini irəli sürür. Onun ardınca gələn postmodernizm cərəyanı isə XX əsrin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən bir cərəyan oldu.  Bu cərəyan həm dil, həm süjet, həm obrazlar baxımından daha sərbəst, daha azaddır. Bu cərəyanlar da öz xələfləri kimi tənqidlərə tuş gəlmiş, buna baxmayaraq, dünyada daha sürətlə yayılaraq maraqla qarşılanıb. Bu iki ədəbi cərəyanı yüksək "amperli” ədəbi cərəyan adlandırardım.  Bəs postmodernizmdən sonra ədəbiyyatın üfüqündə hansı cərəyan görünür? O üfüqün mayakı nədir, haradır, hansı xüsusiyyətlərdi?..
 

 
Cərəyanın yaranması asan və sadə deyil

Yazıçı Səxavət Sahil deyir ki, hər bir ədəbi cərəyanın yaranması ictimai-siyasi və sosial proseslərin və ya dünyanın böyük hissəsini əhatə edən müharibələrin, hansısa bir yeni dəyişim hərəkatının nəticəsində baş verir: "Ədəbi cərəyanı bir şəxs, bir ədəbi ortam yarada bilməz. Ən yaxşı halda, onun konsepsiyasını, qaydalarını hazırlaya bilər. Bu baxımdan, yeni ədəbi cərəyanın yaranması o qədər də asan və sadə deyil. Bunun üçün zəmin yaranmalıdr. Düşünmürəm ki, pandemiya mane olar, əksinə, yeni ədəbi istiqamətin yaranmasına səbəb ola bilər. Hazırkı durumda dünyanın müxtəlif yerlərində ədəbi cərəyan və ya ədəbi yön olaraq müxtəlif konsepsiyalar, manifestlər, düşüncələr irəli sürülür. Lakin bu məhəlli səviyyəsindən uzağa getmir, uzunömürlü olmur.
 
Cərəyanların axırına çıxan cərəyan

Ədəbi cərəyan bəşəriyyətin yeni mərhələlər keçməsindən sonra meydana gələn prosesdir. İndi dünyanın hər yerində modernizm tam başa çatmayıb. Xüsusən də, bizim kimi ölkələrdə modernizmin və ya postmodernizmin olduğunu, başa çatdığını demək çətindir. Postmodernizm modernizmdən sonra gələn, bütün cərəyanların "axırına çıxan” və həm də əvvəlki cərəyanları özündə xaotik şəkildə birləşdirən bir cərəyandır. Yəni burada hər şey "dağılıb”, hər yer "xarabalıqıdr”. Əslində postmodernizm cərəyandan çox, ona əks olan bir prosesdir.”
 
Xaotik və nizamsız ədəbi mühit

Hesab edirəm ki, dünyada bütöv halda yeni bir ədəbi cərəyanın yaranması, inkişaf etməsi absurd görünür. Çünki postmodernizm bunu bir daha göstərdi. Postmodernizm ədəbi cərəyanlar dövrünün başa çatdığını, xaotik və nizamsız ədəbi mühitin real olduğunu ortaya qoydu. İndi dünyanın hər yerində yeni ədəbi istiqamətlərin, məhəlli ədəbi düşüncələrin yarandığı dövrdür.
 

 
Həyata nüfuz edə bilməyən manifestlər
 
Şair Qismət deyir ki, əsrin ikinci yarısında nələrin olacağı ilə bağlı proqnoz vermək çətindir: "Bizim əsrin əvvəllərində, yəni təxminən 20 il qabaq ədəbiyyatşünaslar deyirdilər ki, artıq cərəyan və manifestlər erası bitib. Doğrudur, XX əsrin birinci yarısındakı kimi təkcə sənət mühitində yox, ictimai-siyasi mühitdə də ardıcıl şəkildə yeni manifestlər ortaya çıxdığı dövr artıq keçmişdə qalıb. Artıq elan edilən manifestlər jurnal səhifələrindəcə ömrünü başa vurur, genişlənib həyata nüfuz edə bilmir. Ancaq son illərdə holland müəlliflər Timoti Vermyulen və Robin van den Akkerin ortaya atdıqları "Metamodernizm" termini və onun izahını verdikləri manifestlər geniş yayıldı, müzakirələrə səbəb oldu.
 
Yarımçıq qalan modernizm proyekti

Sadələşdirsək, bu termin altında adıçəkilən müəlliflər postmodernizmin hər şeyi ironiyaya çevirməsini, hər şeyi şərtiləşdirməsini, hər şeyin altını oymasını tənqid edirlər və deyirlər ki, modernizm proyekti yarımçıq qalıb, ona görə, yenidən mərkəzə modernizmi qoymaqla, yeni çağın çağırışlarına adekvat vermək lazımdır. Bundan başqa digi-modernizm, elektro-modernizm terminləri ortaya atılsa da, tutmadı. Əsrin ikinci yarısı nə göstərəcək, dəqiq demək çətindir, bircə şey aydındır ki, əsas mövzu texnologiya və insan münasibətləri olacaq, bu mənada trans-humanizm, post-humanizm söhbətləri get-gedə daha çox olacaq.
 
Xanım Aydın, Kaspi.az

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.