Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
27.12.21













Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl.

(İncil)

 Mariya Maqdalena. Haqqında əfsanələr dolaşan qadın. Dəqiq kimliyi bilinməyən incə varlıq. İsanın bağışladığı, yoxsa sevdiyi qadın?! Müqəddəs, əfsanəvi, mistik mətnlərdə həmişə bir ümid işığı olur. Mariya həmin işıqdır. Fahişə olubsa belə İsa onu bağışlayıb. Bu o deməkdir ki, fahişə də olsan bağışlanmaq şansın vardır. Başqa bir versiyaya görə o dövrdə bir çox ailələr kimi vergi yüksək olduğundan Mariyanın atası da qızını vergi qarşılığında satıb. Ona görə Mariya bu yola düşüb. Yazılanlara inansaq Mariya İsanın çarmıxa çəkildikdən sonra səmaya qalxdığını görən yeganə insandır.

 Məhəbbət. Kənddə böyümüş, vaxtından tez dalı-döşü qabaran qız. Kişilərin görəndə işıldayan gözlərinə məhəl qoymayan gözəl xanım. Savadsızlığın və mentalitetin əsirinə çevrilmiş zərif məxluq. Pul qarşılığında heç kimi yaxına buraxmayan, əksinə ürəyinə yatanın altına uzanmaqdan zövq alan Məhəbbət.

 Səxavət Sahil yerli Mariya Maqdalena obrazını uğurlu yaradıb. Bütün çatışmazlığı fonunda, düşdüyü çətinliklərə ramən, yenə də mübarizə aparan qadın obrazı oxucuda maraq oyatmaya bilməz. Qadın həbsxanası, fahişəlik, məcburi ərə getmə prosesi, toy gecəsi, cinayət, zorlanma hadisəsi, tənhalıq baş obrazda dərin mənəvi zədə buraxmaya bilməzdi. Məsih belə onu xilas etmək üçün gəlmişdi. Məhəbbətsə gecikdi. Ona ruh üfürəcək ağaca çatmadı. Qurudu ağac...

 Corctaun Universitetinin professoru Apostolos Kappadona  Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” əsərində İsa və həvariləri arasında əyləşmiş qadının Mariya Maqdalena olmasını qəribə iddia hesab edərək deyir: “Bu tamamilə feminist teologiya, yaxud teologiyanın postfeminist dövrünə uyğundur. Amma həqiqət ola bilməz. “Sonuncu şam yeməyi” əsərində bəzən İsa masanın başında, bəzən ortasında təsvir olunur. Lakin bütün hallarda yalnız həvarisi Yəhya İsanın yanında əyləşir. XX, XXI əsr anlayışı ilə baxsaq, Yəhya soft və femen bir gənc təsiri bağışlayır. Leonardonun əsərində həmçinin saqqalı olmayan və feminist kimi görünən başqa bir gənci görürük. Amma orta əsrlərdən fərqli olaraq, bu gün bizim kişi və qadına aid etdiyimiz bir sıra şeylər XV əsr dəbi ilə eyni deyil. O qadın və kişi də ola bilərdi”. Səxavət Sahilin "Məhəbbət"i isə tam reallığa uyğunlaşmış obrazdır. Kurt Vonnegut demişkən yazıçı gərək qəhrəmanına qarşı sadist olsun. Onu ən çətin vəziyyətlərə salsın və yalnız belə olan halda çirkab içindən çıxanda necə davranacağı maraq doğuracaq.

 Kitabı birnəfəsə oxudum. Baxmayaraq ki, acı, kədərli səhnələr çox idi. Son illər Azərbaycan ədəbiyyatından oxuduğum romanlar içində maraq oyada bilən tək-tük əsərlərdən biri oldu. Müəllifin yazı dilində nə sünilik gördüm, nə də obrazlarının ideallaşdırılmasını. Amma sonluq uğursuz alınıb. İntihar edən Məhəbbət Mariya Maqdalena kimi İsanın səmaya “qalxmasını” görməyəcək. Bəlkə də uğurlu sonluq sayıla bilərdi, əgər Hidayət onun sönmüş bəxtini oyatmağa cəhd etməsəydi. /Edebiyyat.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.