Habil Yaşar - SMS
28.12.21

“SMS”
                                                                                                

        “Kitabevim” mağazasından Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” kitabını alıb pilləkənlərlə aşağı düşərkən telefonuma “SMS”gəldi. Öncə nömrənin Azərbaycana məxsus olmadığını dəqiqləşdirəndən sonra “Google” də həmin nömrənin-“+19825467123659871” kodunun hansı ölkəyə aid olduğunu aydınlaşdırmağa çalışdım. Dəhşətli dərəcədə qəribə olan o idi ki, kod heç bir ölkəyə məxsus olmamaqla yanaşı , həmçinin heç bir adiyyatı orqanlara da aid deyildi. Bir anlıq özümü fantastik filmlərin içərisindəki kimi hiss elədim. Daha sonra ismarıcı oxumağa başladım və daha bir müdhiş qəribəliyə şahid oldum.
                 
           “Hörmətli Ayxan bəy, sizi 23 noyabr 20:00 da Nizami 83 küçəsində yerləşən “Koloritkafe” restoranına dəvət edirəm.
                                                                     Hörmətlə Nizami Gəncəvi

  Bir neçə saniyə yerimdə donmuş vəziyyətdə qaldığımdan ətrafımdakıların gəlib-gedişinə maneçilik törətdiyimdən xəbərsizdim. Bir ağsaqqalın “Zəhmət olmasa, bir az kənara çəkilə bilərsinizmi?” sualı ilə ayıldım. “Buyurun” dedikdən sonra özüm də fikirli-fikirli addımlayaraq yoluma davam etməyə başladım. “SMS” isə sübut olaraq screen edərək saxladım.
  “Sirlər Xəzinəsi” kitabını oğluma hədiyyə etdikdən sonra “Koloritkafe” restoranına getmək üçün evdən çıxaraq yola düzəldim. Bu müəmmalı “SMS”  qarşısında düşüncələrimin olduqca dağınıq olduğunu nəzərə alaraq şəxsi avtomobillə deyil taksi ilə gedəsi oldum. Hər nə qədər özümü təmkinli göstərməyə çalışsam da evdə də bunu hiss etmiş, “sənə nə olub?” sualı qarşısında yolda baş vermiş, daha doğrusu baş verməmiş, avtomobil qəzasını bəhanə etmişdim. Həm də yolboyu ancaq və ancaq bu ismarıcın nə məna kəsb edə biləcəyini, kiminsə hansı məqsədlə yaza biləcəyini araşdırdım. Hətta bunun dostlarım tərəfindən zarafaytana edilə biləcəyini düşünsəm də naməlum nömrə bu fikrimi tamamilə alt-üst edirdi. Ürəyimə bir çox variantlar gəlsə də heç biri məni razı sala bilmədi. İstənilən məntiqi düşüncələr sirli “SMS” qarşısında öz acizliyini etiraf etməyə məruz qalırdı. Nəinki qohumlara, hətta ən yaxın sirdaşıma belə bu barədə məlumat vermədim. Çünki, onların da mənim kimi məəttəl qalacaqlarını bilirdim. Eyni zamanda, ən son ehtimal olaraq mənə qarşı edilə biləcək hər hansı bir sui-qəsddə kimsənin  başı ağrımasını istəmədim (bir də kim və nə üçün mənə sui-qəsd eləsin ki…).
   Saatlar 19:30 göstərərkən “Koloritkafe” restoranına yaxınlaşaraq orada Nizami Gəncəvini gözləməyə başladım. Keçən hər saniyə sanki ömrümdən bir il aparırdı. Çünki, olduqca həyəcanlı idim. Axı necə ola bilərdi? Necə ola bilərdi ki, Nizami Gəncəvi dünyaya yenidən zühur etmiş, nəinki ruhən, həmçinin cismən varlığını nümayiş etdirmişdi.
   Saatlar 19:59:59 göstərərkən o, qarşımda dayanaraq mülayim bir səslə “Salam, Ayxan bəy” deyə müraciət elədi. Eyni tərzdə məndə ona xitab elədim. Hər ikisi, nə şəkillərdəki, nə də təsəvvürümdəki Nizaminin heç biri real həyatdakı Nizami qədər nurani, gözəl, yaraşıqlı eyni zamanda əzəmətli deyildi. Nə dünyanın hər hansı bir lideri, nə də hər hansı bir məşhur hollivud aktyoru xarizmatiklikdə onunla rəqabətə girə bilməzdi. Digər yanıldığım məqam isə onun rəsmlərdəki kimi yox, XXI əsrin dəbi ilə geyinməsi idi. Bəli, o mükəmməl deyilə biləcək qədər cazibədar, eyni zamanda, son dərəcə müasir idi. Asta addımlarla restorana daxil olduqdan sonra o məni masalardan birinə əyləşməyə dəvət elədi, həmçinin təklifini qəbul etdiyim üçün dərin minnətdarlığını bildirdi (bu arada mənim də istəyimi soruşduqdan sonra ofisianta sifariş verdi). Hər nə qədər təəccübümü gizlətməyə çalışsam da o hər şeyi hiss edərək həddən artıq yumşaq dillə:
   -Bu qədər həyəcanlanmağınıza ehtiyac yoxdur, Ayxan bəy.  Daha sonra: “Son dərəcə təəccüblənməyinizi də normal qəbul edirəm. Bəli, mən Nizami Gəncəviyəm”.
   Bu an hər nə qədər yuxudaymış kimi olsam da kəkələyərək:
 XII əsrdə yaşayan, nəinki Azərbaycanın, eyni zamanda bütün bəşəriyyətin tanıdığı o, Şeyx Nizami Gəncəvi?
  O, da cavabında:
  Bəli, özüdür ki, var. Mən oyam. Başdan-ayağa kimi, bütün ruhumla Nizami Gəncəviyəm.
 Onun etirafından sonra mən cəsarətlənərək, həm də kəkələməyimi azacıq düzəldərək:
  Bəs necə olur ki, siz yenidən bu dünyaya qayıtmış,  zühur etmişsinizdir?
  O, tamamilə soyuqqanlı şəkildə:
  Şairlərin ölməz olduğunu bilmirsinizmi? Onlar hər iki dünyada sağ və salamatdırlar. Digər insanlar onları görmək və hiss etmək qabiliyyətinə malik deyillər.
  Mən məyus şəkildə “Əlbəttə, əlbəttə, şairlər ölməzdir” deyib udqundum. Və daha sonra məni maraqlandıran növbəti sualı verməyə başladım.
  Bəs siz necə olur ki, yer üzərində heç bir dövlətə və ya adiyyatı qurumlara məxsus olmayan nömrə və kod vasitəsi ilə mənə ismarıc göndərmişsinizdir?
  O, bir daha təəccübsüz-filansız:
  Allah şairlərə nəinki xəyal gücünün bütün dərinliklərindən istifadə etməyə imkan yaratmış, həmçinin xəyallarını reallaşdırmaq üçün qabiliyyət də vermişdir. Və mən də Allahın sonsuz lütflərindən yararlanaraq sizlə əlaqə yaratmağa çalışdım.
   Elə bu məqamda sonda verəcəyim sualın müəyyən qədərini özü açıqlamışdı ki, məni ən çox təəccübləndirən şeyi tamamilə bilmək üçün  Nizamiyə müraciətlə:
  Azərbaycanda 10 milyon, yer üzərində isə 8 milyarda yaxın insan olduğu halda nədən məhz məni seçdiniz? Axı mən bu şərəfə nail ola bilmək üçün həddən artıq sıradan biri deyiləmmi? Axı mən sizin tərəfinizdən seçilə biləcəyimi xəyallarımda belə təsəvvür edə bilməzdim.
  Azacıq sükutdan sonra o, böyük ehtiramla sadəcə üç sözdən ibarət “Siz buna layiqsiniz” deməklə kifayətləndi.
  Bu sözləri eşidərkən hiss etdiklərimi hansı sözlərlə ifadə edəcəyimi yazmaqda acizəm. Sadəcə onu deyə bilərəm ki, sanki, damarlarımda qanım donmuş, ruhumun ən dərin qatlarında belə yazıb-yaratmaq eşqimin alovlandığını duyurdum. Əllərim titrəmiş, ürək döyüntülərimin səsinin onun tərəfindən də eşidilə biləcəyini güman edirdim.
   Bu məqamda o, “artıq mənim getmək zamanım gəlmişdir” dedikdən sonra:
 Oğlum, bu dünya zamanı ilə mənim 880 yaşım tamam olur. Gün o gün olsun ki, sizin də 880 yaşınız qeyd edilsin və bunun belə olacağını da zənn edirəm. Başqa bir aləmdə yenidən görüşmək ümidi ilə Allaha əmanət olasınız Ayxan bəy.
  Gedişindən bir neçə saniyə keçməsinə baxmayaraq yerimdə donub qalmış, baxışlarımı o gedən istiqamətə zilləmişdim. Cismən yeriməsinə baxmayaraq yolun sonuna yaxın heç kəsin olmadığı  bir yerdə anidən buxarlanaraq qeybə çəkildi.
   Nə qəribədir ki, “SMS” və screen şəkil də silinmişdi.
   Nizami alicənablılığının, ululuğunun qarşısında heyrətimi gizlədə bilməyərək göz yaşlarıma sahib olmağı bacarmayaraq ağlamışdım.

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.