Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
18.01.22

(kiçik esse)

Ölkəmiz müstəqilliyə qovuşandan qazandıqlarımızla yanaşı xeyli itkilərə də məruz qaldıq. Xüsusilə, bu dövrdən başlayaraq mənəviyyatımızda çox qorxulu bir kabus dolaşmağa başladı – həyasızlıq kabusu... Bəşər yaranışından ən gözəl insani keyfiyyətlərdən biri, deyərdim ki, birincisi sayılan həya hissinə sanki, səlib yürüşü, “ölüm” elan edildi. Aşkarlıq - açıq-saçıqlıq, “lütlənmək” kimi başa düşüldü. Həya hissi olanları qorxaq, bacarıqsız, zəif, əfəl sayıldılar. Həyasızlıq az qala yüksək insani keyfiyyət normasına qaldırıldı. Həyasızsansa demək inamlı, qətiyyətli, cəsarətli, qabiliyyətlisən. Yeri gəldi, ya gəlmədən özünü tərifləmək, dürtülmək, gözə soxmaq, adi hala çevrildi. Ardınca məqsədli, sərfəli yalanlar uydurub qırmızı-qırmızı, gözünü qırpmadan  danışmaq bacarığı – artıq bunun vərdişə dönməsi, belə insanlarda həyasızlığın çiçəklənməsindən xəbər verir.

Ağlımız kəsəndən hamımızın bildiyi bir doğru atalar sözü var: utanmasan oynamağa nə var... Həqiqətən utanmayandan sonra insan abırdan kənar hər əməli etməyə qadirdir. Sözümün məğzini çatdırmaq üçün həya haqqında Əli əleyhissalamın gözəl bir hədisini yada salım: “Həya bütün yaxşılıqların açarıdır.” Bu nöqteyi-nəzərdən həyasızlığı da bütün pisliklərin açarı adlandırmaq olar.

Həyasızlığın əmələ gətirdiyi pis əməllərdən biri də acgözlükdür - nəfsin, tamahın çəkən hər şeyin acgözü olmaq. Müqəddəs peğəmbərimiz Məhəmməd əleyhissalam isə nəsihətlərində bildirmişdir ki, “tamahkar adamın şərəfi olmur”. Fikrimizi dəqiqləşdirsək görərik ki, həyasızlıq şərəfsizliyə aparan yolun başlanğıcı, əsas şərtidir..

Göz görə-görə həqiqəti danmaq, çirkab içində ola-ola özünü təmiz, haqlı, lider saymaq, ar etmədən yalanları döğru kimi cəmiyyətə təqdim etmək həyasızlığın aşırı dərəcəsidir. Nə qədər gönüqalın olasan ki, hamının gördüyü, bildiyi olaya sırtıqcasına “həqiqət deyil” deyib üzə durasan... Cəmiyyətimizdə belələri on minlərlədir və bu cür "elit" əxlaqla, tüpürülmüş mənəviyyat heç vaxt düzəlməyəcək.

Mədəniyyət və müasirlik adı altında təbliğ edilən həyasızlıq siyasətdən başlamış şou aləminədək əksər sahələrdə durmadan inkişafdadır. Mənəvi əxlaqsızlıq –saxtakarlıq, haqsızlıq, rüşvətə-korrupsiyaya alışmaq, qanunçuluğu, ictimai rəyi vecinə almamaq, cəmiyyətə saymazlıq – güclü, fərasətli, səlahiyyətli anlamına gətirilir.

Simasız yollarla, haramla, talançılıqla varlanıb, rüşvətxor, korrupsiyaçı ola-ola, adını biznesmen, oliqark qoyub, özünü elitar ziyalı hesab edənlər yəqin ki, utanmağı həmişəlik unudublar.

 Cinsi əxlaqsızlıq - azad seks, yarımçılpaq geyim, bədən əzalarının nümayişi yüksək zövqlülük, mədəniyyət, müasirlik kimi təqdim olunur. İsmət, bakirəlik, adət-ənənələr “avropalaşmışlar” tərəfindən ələ salınır. Diqqətlə nəzər salsaq  bu mövzuda təbliğat aparanlar əsasən “qərb” təsirinə düşən subay və yaşlaşmağa başlamış normal sevgisi, ailəsi olmayan adamlardır. Daxili dünyasının boşluğu üzündən yerini tapmayan, daim “darıxan”, qeyri-standart ömür sürən bu sayaq “istedadlılar” öz aləmlərində guya ehkamlara, köhnəliyə qarşı çıxıb yeni təfəkkür uğrunda mübarizə aparırlar.

 Belə düşüncə və yaşayış tərzinə, istər mənəvi, istərsə də cinsi əxlaqsızlığa rəvac verən “ziyanlılar”, ən azından ailələrinin - ana-bacılarının, sevdiklərinin, övladlarının, nəvələrinin həyadan kənar gələcəyini düşünürlərmi?..

Kim ailə üzvünün bakirə olmaması, sırtıqlığı, seksuallığı, rüşvət, xərac, sələm almağı ilə öyünmək, fəxr etmək istəyirsə, bunun bir rahat yolu var: müsəlman inamından, milli dəyərlərinə mənsub olmaqdan imtina etmək. Sonra, lap bir çox canlılar kimi cəmiyyətdən uzaq, azad və çəkinmədən, həyaya, ara ehtiyac duymadan yaşasınlar. Təki əməlləri ilə başqalarının da mənəviyyatını korlamaq, dünya görüşünə nüfuz etmək yolunu tutmasınlar. Əks halda ətrafımızda xərçəng kimi hər tərəfə yayılan, sıralarımızda boy atan həyasızlıq kabusu bizi məhv edəcək...

Sonda Əli əleyhissalamdan daha bir hədis xatırlatmaq istəyirəm: “Həya və utanma namus və abırla iç-içədir”...

12.2021

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.