Nemət Mətin: “Çalışırıq ki, həvəsdən düşmüş gənc Azərbaycan yazıçılarını həvəsləndirək.”
07.02.22

Ədəbiyyat dərgisi “Yazı”nın baş redaktoru Nemət Mətin suallarımızı cavablandırdı.


– Nemət müəllim, bir müddət bundan əvvəl Con Qrişemin “Kamino adası” romanını oxuyurdum. Romanda söhbət müəllifin təxəyyülünün məhsulu olan bir olayın çözülməsindən gedir. Guya məşhur Frensis Skott Fitsceraldın əlyazmaları Prinston Universitetinin kitabxanasından oğurlanıb. Xüsusi xidmət orqanlarının əməkdaşları da, belə deyək, fərdi xəfiyyələr də bu əlyazmaları axtarırlar. Nəhayətdə, əlyazmalar tapılır. Hətta Amerika üçün də çox böyük məbləğ, 20 milyon dollar müqabilində əlyazmalar qaytarılır universitetə… Diqqətimi çəkən o oldu ki, əsərdə kitab nəşri ilə, kitab mağazası, özü də əyalət şəhərində fəaliyyət göstərən kitab mağazası işlətməklə böyük pullar qazanmaq imkanları vurğulanır… Maraqli kitabdır. Naşirlərimiz, yazarlarımız üçün xüsusilə maraqlıdır. Nəyə görə bu kitab barədə danışdım… Bizdə bunların heç biri yoxdur. Nə vaxt olacağı da məlum deyil. Amma “Yazı” dərgisi var. Yəqin ki, sizin kimi insanların fədakarlığı sayəsində mövcuddur bu dərgi. Elə deyilmi?


– Azərbaycanda dərgi çıxarmaq çox çətindir. “Yazı” kimi dərgini çıxarmaq üçün maddiyyatı arxa plana keçirmək lazımdır. Ədəbiyyat naminə çıxarılmalıdır belə bir dərgi. Reallıq belədir. Biz də belə işləyirik. Çalışırıq ki, həvəsdən düşmüş gənc Azərbaycan yazıçılarını həvəsləndirək. Deyim ki, dərgimiz neçə ildən bəri çıxır. 20-dən çox sayı işıq üzü görüb. Təsisçi və ilk baş redaktor Azad Qaradərəli olub. Azad müəllim yenə təsisçi olaraq qalır. Baş redaktorluğu mənə həvalə edib. Gəncliyə inandığı üçün. Mən tək deyiləm. Beş-altı nəfərik. Amil Namazlı Türkiyədə təhsil alır. Oradan yazılar göndərir. Özü də yazır. Tərcümələr də edir. Günel Rəcəb də tərcümə edir. Elvin Rizvangil də yazılar toplayır, müsahibələr alır. Mübariz Örən də məsul redaktordur.


– İcazənizlə bir sual verim. “Yazı”nın redaksiyası, işçilərinin maaşı və s. varmı? Yoxsa bu ictimai əsaslarla olan işdir?


– Yoxdur. Könüllülük əsasında işləyirik. Xərcləri atışıb ödəyirik. Növbəti sayı abunələr hesabına çıxaracağıq. İnkişafı görürük. Bir qonorar da verdik. Olmayan büdcədən. Heç yerdə tanınmayan yazarları tapmağa çalışırıq. Tələbat var. Çoxu deyirdi ki, internetdə varsa jurnal nəyə lazımdır?


– Abunə neçəyədir?


– İllik abunə 30 manatdır. Dərginin “ayaq”da qalması abunəçilərdən, oxuculardan asılıdır.


– Yazıçılar Birliyi ilə təmaslarınız varmı? Dəstək göstəribmi Birlik “Yazı”ya?


– Əlaqə yoxdur. Ümumiyyətlə düşünürəm ki, gənc yazıçıların, şairlərin kitablarını məhz AYB, Mədəniyyət nazirliyi dünya ölkələrində çap etdirməlidir. Müəllif özü sponsor və ya pul tapıb bunu edəcəksə, AYB nəyə lazımdır?


– “Yazı”nın planlardan danışaq. Dövriliyi artırmaq fikriniz varmı?


– Hələlik yox. Planlarımız abunəçilərin sayını artırmağa köklənib. Abunəçi nə qədər çox olacaqsa, dərgi də bir o qədər çox yaşayacaq. Yazda dərginin səhifə sayını azaltmaq və içini daha rəngarəng etməyi düşünürük.


– Sizin yazar kimi hədəfləriniz barədə danışaq. Səhv etmirəmsə, xarici ölkələrdən birində kitabınız çapa hazırlanır.


– “Sonuncu uçuş” adlı kitabım türk və ingilis dilinə tərcümə olunub. Sadəcə nə vaxt çap olunacağını dəqiq bilmirəm. Amma faydası nədir? Xarici ölkələrdə kitabı çap olunanları görürük. Bu işlə, bayaq qeyd etdiyim kimi, Mədəniyyət nazirliyi, AYB məşğul olmalıdır. Yerli nəşriyyatların yerli müəllifləri xarici ölkələrdə tanıtmağa marağı olmalıdır. Bundan əlavə təbliğat və reklam işləri görülməlidir. Hər il ən azı on müəllifin kitabı müxtəlif dillərdə həmin ölkələrdə oxucuların ixtiyarına verilməlidir. Azərbaycan yazıçısı bilmir roman yazsın, yoxsa kitabını çapa hazırlasın, kitab mağazaları ilə danışsın, reklamı ilə məşğul olsun və s. Bir-iki istisnanı nəzərə almasaq, müəlliflərlə müqavilə bağlanmır. Ədəbiyyat müsabiqələri keçirilmir.


– Və sonda. Bizim yazıçıların dünya miqyasına çıxmasını əngəlləyən amillər sırasında Azərbaycan dilində yazmaları hansı yer tutur?


– Nabokov dörd dil bilirdi, Umberto lap qədim kitabları oxumaq üçün dil öyrənirdi. Bu siyahını çox uzatmaq olar. Bizdə vəziyyət acınacaqlıdır. Kitablardan pul qazana bilməyən Azərbaycan yazıçısı başqa dilləri yox, evə çörək aparmağı fikirləşir. Buna məcburdur. Bir yazıçımızı dünya tanısa, sabah yazıçı Azərbaycanı dünyaya tanıda bilər. Ən azı lazım olanda maraqlarını müdafiə edə bilər. Bunlar hamısı sistemli şəkildə işlənməlidir.


Fuad Babayev, 1905.az

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.