“Ozan” elm və sənət toplusunun beşinci buraxılışı işıq üzü görüb
16.02.22

Azərbaycan Aşıqlar Birliyinin illik nəşri olan “Ozan” elm və sənət toplusunun beşinci buraxılışı işıq üzü görüb.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anadan olmasının 60 illik yubileyinə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təbrik məktubu ilə açılan topluda Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il və “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” 30 noyabr 2021-ci il tarixli sərəncamları, aşıq sənətinin inkişafına, ustad aşıqların yubileylərinin qeyd olunmasına göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına Azərbaycan Aşıqlar Birliyi adından təşəkkür məktubu, eləcə də, 2021-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına (İbad Allahverdiyev və Bəhmən Kazımov) və digər mükafatlara layiq görülmüş ustad sənətkarlara təbriklər də yer alıb.

Toplunun bu nömrəsində 2021-ci ildə 200 illik yubileyi respublikamızda böyük təntənə ilə qeyd olunmuş Aşıq Ələsgər haqqında elmi-publisistik məqalələrə geniş yer verilib. Xalq şairi Zəlimxan Yaqubun “Dahilik, müdriklik, sadəlik”, M.Qasımlı və M.Allahmanlının “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər”, F.İmranoğlunun “Ələsgərəm, gözəllərdi əzbərim” və S.Əliyevanın “Dastanlaşan Dədə Ələsgər” adlın məqalələri bu baxımdan xüsusilə diqqət çəkir.

Bu nömrədə oxucular eləcə də M.Qasımlı və M.Allahmanlının “Aşıq məclisinin açılışında və qapanışında oxunan poetik mətnlər” və M.Qasımlının ustad aşıq Hüseyn Şəmkirliyə həsr etdiyi “Qüdrətli saz-söz ustadı” adlı məqalələri ilə də tanış ola bilərlər.

Topluda ilk dəfə olaraq dastanlarımıza da geniş yer ayrılıb – “Aşıq Hüseynlə Reyhan xanım dastanı” və Nizami Gəncəvinin eyniadlı məsnəvisi əsasında hazırlanaraq 2021-ci ilin dekabr ayında Bakıda Heydər Əliyev Sarayında tamaşaçılara təqdim olunan “Leyli və Məcnun” dastan-tamaşası oxuculara təqdim olunur.

Topluda həmçinin 2021-ci ildə Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər və nəşrləri haqqında da ayrıca xəbər xronikası yer alıb.

Xatırladaq ki, 2017-ci ildən nəşr olunan və redaksiya heyətində respublikamızın və bir sıra xarici ölkələrin tanınmış elm və sənət adamlarının təmsil olunduğu toplunun baş redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. /Azərtac/

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.