Vaxtın çölündə qəza - Kənan Hacı
16.02.22

Qapını açıb dəhlizə keçdi. Gözü divar saatına sataşdı. Bir anlıq fikirləşdi ki, görən, zaman dayanıb ya saat yorulub yatıb? Bu evdə vaxtın ayağından sanki daş asılmışdı; günlər ağır keçirdi. Qapıdan içəri keçən kimi sanki sükut tunelinə girirdi, tunel də uzandıqca uzanırdı. Bir Allah bəndəsi rəhmə gəlib qapının zəngini basmırdı. Qocadan savayı. Heç cür hekayəmizin qəhrəmanına çevrilə bilməyən bu qoca haqqında bir azdan danışacam. Azca səbrli olun.

Mobil telefonu da gün boyu bağlı olurdu. Telefon zəngləri nədənsə onu diksindirirdi, səbəbsiz yerə həyəcanlanırdı. Baş verməmiş və çox güman ki, heç vaxt baş verməyəcək şeylərə görə aramsız narahatlıq hissi keçirirdi. Onu qarabaqara izləyən təlaş hissi dincliyini əlindən almışdı.

Psixoloq yanına getdi, doktor onu diqqətlə dinlədikdən sonra belə dedi:

- Sizi özünüzdən başqa heç kəs xilas edə bilməz. Dərman yaza bilərəm, amma dərmanlar aldadıcıdır. Siz xəstə deyilsiniz, dostum. Dərmanı xəstəyə yazırlar. Sadəcə, beyninizdə bir az səliqə-sahman yaratmalısınız.

Bu sözlər ona qəribə göründü. Necə yəni beyində səliqə-sahman yaratmalısan?

- Doktor, bunu necə edə bilərəm? - deyə soruşdu.

Psixiatr gülümsədi:

- Çox sadə. Bütün pis düşüncələri beyninizdən silib atırsınız. Keçmiş haqda düşünməyi özünüzə qadağan edirsiniz. Nəfəs gimnastikası ilə mütləq məşğul olun, yəni nəfəs alıb-verməni tənzimləyin. Səhərlər qaçın, qida rejiminizi qaydasına salın, tez yatıb erkən oyanın. Zərrəli vərdişləri bir kənara qoymalısınız. Bu da sizə pulsuz müalicə.

Pəncərə qırağında dayanıb küçəni seyr edir. Təkəm-seyrək maşınlar gözə dəyir. Bulvar adda-budda dirəklərə asılmış fanarların işığında uzanıb gedir. Evdə tək olsa da darıxmır. Neçə vaxtdır qoca haqqında hekayə yazmaq istəyir, lakin heç cür fikirlərini bir yerə toplaya bilmir.

Çevrilib yatmış saata baxdı. Bu inamsızlıq əsrində yalnız vaxta inanmaq olardı. Vaxt insanı heç vaxt aldatmır. Bu evdə isə saat öz vəzifəsini unutmuşdu. O, özünü bu evdə zamanın soyuducusunda hiss edirdi. Donmuş vaxt onu da həyatdan geri qoymuşdu. Lakin vaxt onun sinəsində, ürəyinin döyüntülərində əks-səda verirdi.

Qoca görünmürdü. Həmişə bu vaxtlar nərdtaxta qoltuğunda qapının zəngini oyadırdı. Onun gəlişilə sükut pərən-pərən düşürdü. Ev yiyəsi siqaret çəkməsə də qocanın külqabısı həmişə masanın üstündə olurdu. Ağlına gəlməzdi ki, qocadan hekayə yazmaq bu qədər çətin olacaq.

Qoca da qəribə tip idi. Hərdən oyunun qızğın vaxtında zərləri ovcunda oynada-oynada gözlərini qıyıb sağa-sola boylanaraq pıçıltıyla anlaşılmaz sözlər deyirdi. Sanki kənardan kiminsə onun dediklərini eşidəcəyindən ehtiyat edirdi.

- Sən heç quyruqlu ulduz görmüsən?

Bu hardan çıxdı? Ev yiyəsi duruxdu.

- Yoox, nədi ki?

- Onu görmək adama ancaq bir dəfə nəsib olur. Xoşbəxtlik də quyruqlu ulduz kimidir, insanın həyatında ancaq bir dəfə gözə görünür.

Qocanın atdığı zər şeş-qoşa düşdü.

- Bəxtin gətirdi, qonşu, - ev yiyəsi əlini oyundan üzdü.

Qoca dünyada bütün işlərini görüb qurtarmış adam kimi dərindən köks ötürdü və kürəyini stula söykədi. Ev yiyəsi fikirləşdi ki, görəsən, qoca özü quyruqlu ulduzu görüb? Qonşusu onun sualını gözlərindən oxudu.

- Həri, görmüşəm. Onda mənim beş-altı yaşım olardı. Bacım evə qaçıb anamı çağırdı ki, ay mama, tez gəl, göydə quyruqlu ulduz gördüm. Anam da, mən də tələsik dama dırmaşdıq. Göyün üzündə əcaib bir ulduz parlayırdı. Onda mən ulduzun nə olduğunu bilmirdim. Anam heyrətlə göyə baxıb dedi:

- Bir gör necə quyruğu var? Oğlum, sən də onu görürsən?

- Hə, görürəm, - dedim.

Quyruqlu ulduzu görənlər çox yaşayır, deyirlər. Amma nolsun, çox yaşamaq da bir şey deyil e. Budey, bu da mənim axırım.

Qoca dişsiz ağzını marçıldadıb doluxsundu. Gözlərində sanki quyruqlu ulduz parlayıb tez də söndü.

Qocanı yola salandan sonra pəncərədən çölə, yağan qara baxmaq həvəsi də canından çəkildi. Hekayəni hardan, necə başlamağı bilmirdi, bu da onun rahatlığını əlindən alırdı. Yazmaq – özünü depressiyadan bu yolla çıxarmağa çalışırdı. Tərslikdən, qoca hekayəyə yaxın düşmürdü.

Yerinə uzandı, yuxusu ərşə çəkilmişdi. Maşın təkərlərinin tükürpədici xırçıltısına və küt tappıltı səsinə yerindən dik atıldı. Küçədə kimisə maşın vurmuşdu. Həmişə yağış, qar yağanda bu küçədə maşın qəzası baş verirdi. Yəqin yenə kimlərsə bədbəxt oldu.

Bayaqdan kimsəsiz görünən küçədə qəfil hardansa peyda olan adamlar qarışqa kimi qaynaşırdı. Ona elə gəldi ki, yerdə uzanan bədənsiz kölgədir. Yuxarıdan bu qaraltı qətiyyən adama oxşamırdı. Gözlərini yumub dodaqaltı mızıldandı:

- Yazıq…

Qar dənəcikləri “kölgə”nin üstünə düşürdü. Çevrilib masanın üstünə qoyduğu ağ vərəqləri xışmaladı, cırıb tikə-tikə etdi. Kağız qırıntıları ağ göyərçin təki göydən yerə enirdi. Fənərlərin işığında bir dəstə qara qarğa yerə yapışmış “kölgə”nin başı üstündə fır-fır fırlanırdı. Gecənin heç bir rəngə bənzəməyən boyası bütün cizgiləri örtməyə çalışırdı. “Kölgə” hələ də yerində bozara-bozara qalmışdı.

Gözü yenə saata sataşdı. Saat işləyirdi. Mat-məəttəl qaldı.

Qapının zəngi özünü yeyib-tökürdü. Özünü dəhlizə atdı. Mühafizəçi oğlan rəngi ağarmış halda dilləndi:

- Əmi, qocanı maşın vurdu. Siqaret almağa çıxıbmış. Yolu keçəndə…

Heç bilmədi ki, ağzından bu sözlər nə vaxt çıxdı:

- Sən heç ömründə quyruqlu ulduz görmüsən?..

15 fevral, 2022-ci il
/Reyting.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.