Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib
22.02.22

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Abdulla Şaiq adına 54 nömrəli məktəbin 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbiri keçirilib.
Məktəbdə keçirilən tədbiri Abdulla Şaiq adına 54 nömrəli məktəbin direktoru Sahibə Abbasova açaraq Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli və institutun digər əməkdaşlarını salamlayıb. Bildirib ki, “bu gün münasibətilə bütün xalqımızı təbrik edirəm. Təşəkkür edirəm ki, bu günü bizim şagirdlərinmizlə birgə keçirməyə gəlmisiniz, biz buna çox sevinirik”.
Sonra AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çıxış edib: “Hamınızı akademiyanın və Ədəbiyyat İnstitutunun adından salamlayır, təhsildə və elmdə uğurlar arzulayıram. Mənim atam 51 il müəllim vəzifəsində çalışıb. Mən 40 il müəllimlik kimi müqəddəs bir işlə məşğul olmuşam. Mənim üçün məktəbə gəlməkdən, məktəbin inkişaf etdiyini görməkdən böyük şey yoxdur. Bu gün bura gələrkən öyrəndim ki, 54 nömrəli məktəb Naxçıvan Dövlət Universitetinin məzununun rəhbərliyi ilə fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə, təhsilinə və elminə çox yüksək qiymət verirdi, bu fikirdə idi ki, “təhsil millətin gələcəyidir”.
Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin və möhtəşəm dildir. Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə mükəmməl dil siyasəti həyata keçirilir. Parlamentdə dil haqqında qanun qəbul edilib. Dövlət Dil Komissiyası fəaliyyət göstərir ki, ona Prezidentimiz İlham Əliyev rəhbərlik edir. Dövlət Dil Komissiyasına ölkənin Prezidentinin sədrlik etməyi müstəqil Azərbaycan dövlətinin ana dilinə dövlət səviyyəsində bəslədiyi münasibəti aydın şəkildə ifadə edir. Dil müstəqil dövlətin bayrağı, himni, gerbi kimi əsas atributlarından biridir.
Bu gün Nəsimi rayonundakı 54 nömrəli məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə iştirak edərək, gənclərin, məktəblilərin, yeni nəslin dilə olan sevgisini əyani şəkildə görmək, bu işdə sizə kömək etmək üçün sizinlə birlikdəyik.
Azərbaycan dili xalqın dili olduğu kimi, ədəbiyyatımızın da dilidir. Ədəbiyyatımız dilimizi yaşadan, zənginləşdirən, inkişaf etdirən əsas mənbələrdən və hərəkətverici qüvvələrdən biridir. Ona görə də, biz bu gün sizə ədəbiyyat tarixinə aid kitablar gətirmişik. Ədəbiyyat İnstitutunda on cilddə ədəbiyyat tarixi çap olunur. Çap olunmuş dörd cildi və digər kitablarımızı sizə hədiyyə edirik”.
Ardınca məktəbin məzunu, gənc xanəndə Yusif Cəfərbəyli “Şirin dil” mahnısını ifa edib.
Ədəbiyyat İnstitutunun əməkdaşlarından Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə akimova da çıxış edib. Digər əməkdaşlardan Fəridə Hicran, İbrahim Yusifoğlu, Mərziyyə Nəcəfova,  Zəkulla Bayramlı məktəb və dil haqqında şeirlərini səsləndiriblər.
Tədbirdə Abdulla Şaiq adına 54 nömrəli məktəbin nəzdindəki Kiçik Akademiyanın nümayəndələrinin təqdimatında səhnəciklər, bədii qiraət və musiqi nümunələri də təqdim olunub.

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.