Azad Qaradərəli - Onun sarı bənizi
14.03.22

Bir ukraynalı uşaq Ukraynadan təxliyə olunanlara qoşularaq ağlaya-ağlaya  Polşaya gəlib çıxmışdı...

İnternet xəbərlərindən

Yol bitmir ki. Atasız yol belə uzun olurmuş. Anasız lap uzun. Qabaqda gedən qadın uşağının ayağını ovxalayanda mənim də ayağım ana əli istədi. Özüm ovxaladı, olmadı. Ana əli istəyirmiş. Hardan alım ananı? Putinin faşistləri öldürdülər. Atam da anamı dəfn edəndən sonra məni şəhərdən çıxan adamlara qoşub, özü döyüşməyə getdi. Qəhr olsun uşağlığı. Mən axı niyə uşaq oldum?! Böyük olsaydım, çıxardımmı ölkəmdən?! Bu adamların üzünə necə baxacam?! Polyak uşaları mənə güləcək. Vətənini qoyub, bizə sığınmağa gəlib deyəcəklər!..

Əslində, elə buna görə ağlayıram. Anamın ölməyindən çox, evimizin yanmağından çox, atamdan ayrılmağımdan çox, Vətəni tək qoyub gəlməyim yandırır məni. Mən burda tək qalıb ağladığım kimi, o da orda ağlayır... Şəhərimizin küçələrində ölmüş adamların yaralarından axan qan deyil ki! Qan deyil. Bizim Ukraynanın adamının qanı çıxmaz indi. O küçələrdə axan Ukraynanın göz yaşlarıdır...

Bizim qanımız qırmızı ola bilməz. Bizim qanımız sarıdır... Mənim bənizim kimi. Olyanın saçlarının rəngi kimi. Bayrağımızdakı sarı kimi...

Olya... Sən indi hardasan? Sənin də bənizin saralıbmı? Məktəbimizi vurdular, Olya. Xadimə həyətdə yıxılmışdı. Qanı axmırdı, Olya. Atamdan soruşdum, dedi faşistlərin acığına bizim qanımız axmayacaq. Qanımız axsa, ölərik axı. Amma ölmürük. Atam dedi ki, gündüz ölənlərin hamısı gecə dirilib, Kiyevi qorumağa gəlirlər. İnanırsan, Olya?! Ölülər də vuruşur orda...

Olya, demə ki, Kiyevdə qalıb Molotov kokteyli düzəldənlərə yardım edirsən... Ürəyim partlayar axı, Olya. Atam məni aldatdı. Dedi ki, sən əgər təxliyə olunanlara qoşulub Polşaya getsən, anan da dirilib Kiyevin müdafiəsinə gələcək...

Ona görə gəldim bura, Olya...

Demə ki, barrikadadasan, demə ki Molotov kokteyli düzəldirsən... Nolar demə...

-Niyə ağlayırsan, oğlan? Qorxursan? Acsan? Bəs atan-anan hardadır?

-Mən ağlamıram! Ukraynalılar ağlamaz! Biz... Biz... Mən gəlməzdim, əgər anam dirilib Kiyevin müdafiəsinə getməsəydi... Üüüüü-ühü.... Üüüüüüü...

-Ağlama, nə olar, ağlama... Gəl səni qaçqınlar şöbəsinə təqdim edim...

-Mən qaçqın deyiləm!.. Mən bura müvəqqəti gəlmişəm... Ordumuz Kiyevdən rus faşistlərini qovan kimi geri dönəcəyəm...

-Çantan ağırdır? Nə var içində? Ver, kömək edim...

-Olmaz. Orada bizim ailənin sənədləri var. Mənim dərs kitablarım var... Bir də... Bir də Üüüüü-ühü..... Üüüüüüüü...

-Bənizin də sapsarı olub... Yəqin acsan... Qorxma...

-Yox! Qorxmuram! Ukraynalı qorxmaz!... Bənizimin saralmağı bizim bayrağın yarı rəngidir... Yarısı da göylərdədir... bax, ora – göylər... gömgöy... Çantamda bir də bilirsən nə var?! Ukrayna bayrağı!

O çantasını açdı, sarılı-göylü bayrağı çıxardıb köksünə sıxdı və daha bərkdən ağlamağa başladı. Sərhəddəki bütün insanlar ona qoşulub ağlayırdılar.

Az sonra o dikəldi. Bayrağı yuxarı tutub qəhərli-qəhərli oxumağa başladı:

Ще не вмерла України і слава, і воля,
Ще нам, браття молодії, усміхнеться доля...*

 
Ukrayna-Polşa sərhəd keçid  məntəqəsindəki minlərlə adam bir ağızdan oğlanın dediklərini avazla  təkrarlayırdı...

Danışırdılar ki, balaca qəhrəmanımızın sinif yoldaşı Olya oğlanın anasını gecə, həqiqətən  Kiyevin müdafiəçiləri arasında görübmüş.

 
07.03.2022
 

 
 

---------------------------
*Ukraynanın himninin sözləridir. Mənası: Ukrayna hələ məhv olmayıb, hünərli və iradəliyik,
                                                             Gənc qardaşlar, biz  həm taleyin gülüşünü bölüşəcəyik...  



Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.