Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
06.04.22

2-3 aprel tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə ölkədə ilk dəfə “I Uşaq Kitab Festivalı” keçirilib.

... ANAİB-ə istinadən xəbər verir ki, “Passage-1901”də keçirilən festivala iki gün ərzində iyirmi mindən çox ziyarətçi qatılıb, o cümlədən yüz məktəbdən iki yüz iyirmidən çox sinif iştirak edib.

2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunan sərgidə on yeddi nəşriyyat, beş kitab mağazası, eləcə də ondan çox uşaq inkişaf mərkəzi və digər sahələri təmsil edən qurumlar iştirak edib.
Bundan başqa, uşaq bayramına “Hədəf Nəşrləri”nin dəvəti ilə Türkiyənin tanınmış uşaq yazıçısı Suat Turqut, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közxan Yazqan, türkoloq Bünyamin Ağsunqur da qatılıblar.

Festival çərçivəsində Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırılma mərasimi baş tutub.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib, bu qəbildən olan festivalların, müsabiqələrin vacibliyindən danışıb.

Sərgi ilə tanış olan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz fikirlərini bölüşüb, sərginin təşkilatçılarına təşəkkürünü çatdırıb. Komitə sədri qeyd edib ki, gələcəyimiz olan uşaqların kitabla, mütaliə ilə bağlılığını möhkəmləndirmək üçün bu kimi festivallar mütəmadi keçirilməlidir.

Onu da qeyd edək ki, iki gün davam edən festivalda hökumət və ictimaiyyət nümayəndələri, siyasətçilər, təhsil işçiləri, ədəbiyyat adamları, jurnalistlər, tələbələr, eləcə də bir çox kəsimdən olan şəxslər iştirak ediblər.

Festivalda təqdimatlar, imza mərasimləri, müxtəlif mövzuda masterklaslar, uşaqlar üçün əyləncəli proqramlar gerçəkləşdirilib.

ANAİB sədri Şəmil Sadiqin sözlərinə görə, bu kimi festivalların davamlı olacağı nəzərdə tutulur.

Yenililklər
25.06.22

Günay Əfəndiyeva: TÜRKPA ilə birgə keçiriləcək layihələrə dəstək verməyə hazırıq

23.06.22
Mübariz Örən - Qum adası
22.06.22
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb
22.06.22
Azad Qaradərəli - Federiko Qarsiya Lorka və Eldar Baxış
21.06.22
Günay Əfəndiyeva Qazax ədəbiyyatı kitabxanasının təqdimatında çıxış edib
21.06.22
“Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr” adlı elmi sessiya keçirilib
21.06.22
Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
17.06.22
Hədəf STEAM Liseyində EFMF-2022 keçirildi
17.06.22
Vaqif Osmanov - Azad Qaradərəlinin “Ucubuluq” roman-dastanı üzərində düşüncələr
17.06.22
Gülnar Səma -  Dəyanət Osmanlının lirikası
17.06.22
Sabir Mustafanın “Qayıdış” poeması
14.06.22
Zəki Bayram Yurdçunun “Səndən nə gizlədim...” kitabı nəşr olunub
13.06.22
Vyanada Ömər Seyfəddinin “Hekayələr” kitabı təqdim edilib
10.06.22
Vüqar Əhmədin  H.Z.Tağıyevə həsr etdiyi monoqrafiyanın təqdimatı keçirilib
10.06.22
Ədəbiyyat İnstitutunda Əhməd Cavad və Akif Ərsoyla bağlı konfrans keçirilib
08.06.22
Vyanada “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı çap olunub
07.06.22
Günay Əfəndiyeva Qazaxıstanın Bolqarıstandakı səfiri Temirtay İzbastin ilə müzakirələr aparıb
07.06.22
Gülnar Səma - Fərid Hüseyn “Təkrarın tənhalığı”nda
06.06.22
Azad Qaradərəlinin “Renessans həsrəti” kitabının 3-cü cildinin təqdimatı olacaq
03.06.22
Bolqarıstanda Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Min bir gecə” baleti səhnələşdirilib
03.06.22
"Ulduz" jurnalının may sayı işıq üzü görüb
02.06.22
Abdulla Aripov - Nəğmələr oxudu o yara sərxoş
02.06.22
Azad Qaradərəli - Ədəbiyat fahişələri
01.06.22
“Ustad”ın 38-ci sayı uşaqlara həsr olundu
01.06.22
“Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” mövzusunda seminar keçirilib
01.06.22
Fərid Hüseyn haqqında
31.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
30.05.22
Xəzər Universitetində beynəlxalq tələbə elmi konfransı keçirilib
26.05.22
Günay Əfəndiyeva “Dayanıqlı sülhün təməli - mədəni irs” adlı paneldə çıxış edib
26.05.22
Qırğız dilində çap olunan “Qarabağ hekayələri” kitabının təqdimatı olub
26.05.22
Azərbaycan ilə Türkiyə arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
26.05.22
“İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimatı olub
25.05.22
AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi fəaliyyətini uğurla davam etdirir
24.05.22
“Əlişir Nəvai. Əsərləri” kitabının təqdimat mərasimi keçirilib
23.05.22
Erməni terrorunun qurbanı olmuş uşaqlara həsr edilən  kitab çap olunub
23.05.22
Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi Sultan Rayevlə görüşüb
23.05.22
“Mədəni gənclik” layihəsi Musiqili Teatrda
21.05.22
Litva Respublikasının Birinci xanımı Diana Nausediene Günay Əfəndiyeva ilə görüşüb
20.05.22
Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
18.05.22
“Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı seminar keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.