Azərbaycan ilə Türkiyə arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

26.05.22

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanla görüşüb.

Elnur Əliyev qonağa Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr haqqında məlumat verib.

44 günlük Vətən müharibəsi haqqında söz açan nazirin birinci müavini bildirib ki, şanlı Ordumuz 30 illik işğala son qoyaraq torpaqlarımızı işğaldan azad edib: “Bu gün azad olunmuş torpaqlara mədəniyyətin qaytarılması və bu qədim bölgəmizin mədəni irsinin təbliği istiqamətində ardıcıl iş aparılır. Vətən müharibəsində olduğu kimi, Qarabağın mədəni quruculuğunda da qardaş Türkiyəni yanımızda görmək istəyirik”.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan səmimi qəbula görə Elnur Əliyevə təşəkkürünü bildirib. O, Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu və bundan sonra da bu dəstəyin davam edəcəyini vurğulayıb. Bildirib ki, son 30 ildə iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub. Mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün daha böyük imkanlar var. Bunun üçün müvafiq mütəxəssislər arasında təcrübə mübadiləsi əhəmiyyətli olar.

Azərbaycan rəqslərinin özünəməxsusluğu haqqında fikirlərini bölüşən Nadir Alpaslan bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün yeni layihələr haqqında düşündüklərini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda hər rəqsin öz libası, öz elementləri var və xalq bu rəqsləri çox sevir, yüksək dəyərləndirir.

Azərbaycanın qədim Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsini məmnunluqla qarşıladıqlarını bildirən Nadir Alpaslan bununla bağlı yeni konsepsiyanın hazırlanıb təqdim ediləcəyini vurğulayıb. O, iki ölkə arasında müştərək filmin hazırlandığını da bildirib.

Nadir Alpaslan 30 illik işğal zamanı Ermənistan tərəfindən dağıdılmış tarix-mədəniyyət abidələrinin tanıdılması istiqamətində bundan sonra da dəstək göstərəcəklərini diqqətə çatdırıb.

Türkiyəli qonaq mədəniyyətin bir sıra sahələrində yeni layihələrinin hazırlanmasını düşündüklərini bildirən Nadir Alpaslan, bu sahədə müştərək layihələrin davam edəcəyini söyləyib.

Ermənilərin Azərbaycan musiqi və rəqslərini öz adlarına çıxdıqlarını, beynəlxalq aləmdə bunun təbliğatını apardıqlarını diqqətə çatdıran Elnur Əliyev bu problemin qarşısının alınmasında təbliğatın mühüm rol oynadığını deyib. Qeyd edib ki, bəzən məlumatsızlıq səbəbindən hətta qardaş Türkiyədə belə musiqi və rəqslərimiz Qafqaz və ya “anonim” adı ilə təqdim olunur. Buna görə də iki ölkənin bu sahədə də daha yaxın əməkdaşlığına ehtiyac var.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /Azərtac/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.