“Ustad”ın 38-ci sayı uşaqlara həsr olundu
01.06.22

“Hədəf Nəşrləri”nin təsis etdiyi ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 38-ci sayı işıq üzü görüb.

Dərginin bu sayı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.Dərgi ədəbiyyatşünas Mətanət Vahidin mərhum yazıçı Tofiq Mahmuddan bəhs etdiyi “Balacaların dünyasına açılan pəncərə” yazısı ilə başlayır.

Jurnalist Nuranə Abbasova “Kinopasport” rubrikasındakı “Fəlsəfənin adı: “Hakuna Matata” yazısı ilə məşhur “Kral Şir” animasiya filmindən söz açır.

Yazıçı Xəyalə Murad “İkibaşlı” köşəsində “Böyüklər üçün yazılan uşaq kitabı”ndan – “Alisa möcüzələr diyarında”dan bəhs edir.

Balaca müxbirimiz, “Hədəf” Liseyinin 4-cü sinif şagirdi Zeynəb Zeynallının müsahibi isə uşaq yazıçısı Elgüseldir.

“Poeziya” bölməsinin qonağı Cənubi Azərbaycandan olan şair Nurəddin Müqəddəmdir.
Sevinc Elsevər “Bu kino ki var...” rubrikasında “Şəkillər necə canlandı?” yazısı ilə animasiya filmlərinin tarixinə işıq salır.

“Ustadyana” rubrikasında “Ağıllı bala” nəşriyyatının direktoru Fatimə Alxaz müxbirimiz Humay Hüseynli ilə söhbətləşir.

Yazıçı Nizami Hüseynov “Dəyirman daşı” rubrikasında absurd dil qaydalarını tənqid edir, “Məna növlərindən mənasızlığa” uzanan yoldan danışır.

Yazıçı Ceylan Mumoğlu “Psixotrap” rubrikasında “Uşaq yazıçılarının psixoanalizi”ni aparır. Kinoşünas Hacı Səfərov “Bir il, bir kino” rubrikasında “Fokusda uşaqlardır: 2011” yazısı ilə çıxış edir.  Yazıçı Xan Abdulla “Kitab rəfi” rubrikasında “Uşaq tərbiyəsində “rəqəmsal konfet”dən söz açır.

Şair Rasim Qaraca oğlu, daun sindromlu rəssam Təbriz Nəsirovun “Sürreal dünya” sərgisindən danışır.

Balaca müəlliflərimiz Maya Mikayıl və Sevinc İbrahimli Sevinc İbrahimlinin hekayələri yazıçı Sevinc Elsevərin təqdim etdiyi “Gəl uşaq olaq!” rubrikasında yer alır.

“Yerli hekayə” rubrikasının budəfəki qonaqları “Balaca qaya”, “Kolba”, “Qığılcım və buz qəsrin şahzadəsi” hekayələri ilə yazıçılar Əfsanə Laçın və Cəmilə Məmmədlidir.

Dərgi bir qayda olaraq Mirzə Bartlbinin “Sözbaz” rubrikası ilə bitir. Mirzə ”Dördbucaqlı səyahət” resenziyasında Elgüselin “Dil hökmdarlığına səyahət” kitabını tənqid edir.

Qeyd edək ki, “Ustad”ın bu sayındakı rəsmləri uşaq rəssamlar çəkiblər.

Dərginin qiyməti 7 manatdır.

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.