Abdulla Aripov - Nəğmələr oxudu o yara sərxoş
02.06.22

Mart ayının 21-də XX əsr özbək ədəbiyyatının görkəmli nümayəndəsi, Özbəkistanın Xalq Şairi və Özbəkistan himninin müəllifi, tanınmış ictimai xadim Abdulla Aripovun anadan olmasından 80 il ötdü. Böyük şairi ehtiramla anır, bir neçə şeirini oxucularımızın diqqətinə çatdırırıq.



* * *
Nəğmələr oxudu o yara sərxoş,
Şeirlər söylədi sevgiyə dair.
Hamını güldürdü, o qız da xoş-xoş
Təbəssüm eylədi: “Eh, sən də şair..!”

Nəğmələr oxudu o yara sərxoş,
Ah dolu, vah dolu sevgiyə dair.
Ağlatdı hamını, o qız da xoş-xoş
Təbəssüm eylədi: “Eh, sən də şair..!”
Nəğmələr oxudu o yara sərxoş,
Nə güldü, nə bir damla göz yaşı tökdü.
Oxudu qürurla, qız isə naxoş
Başın yerə dikib yanından ötdü.



***
Bir məktub yazmadım,
Xəbər vermədim,
Halın soruşmadım onun mən nadan.
Görən halı necə indi anamın,
Bəlkə gözü yolda, durub nigaran.
Düşündü elə hey: “Oğlum yazdımı?”
Unudub özünü məni gözlədi.
Öz isti yerimdə mən nadan isə
Gələcək nəsilə  yazıram indi.




***
Deyir: məktub yazarmi oğlum?
O məni gözləyir özün unutib.
Narahat çekmədən, mən nadan isə
Nəsillərə yazıram məktub.




* * *
Yandım, alovlandım hər qəm gecəsi
Beləcə səssizcə yanıb qovruldum.
Çökəndə axşamın hüznü, qüssəsi
Munis baxaışların həyanım oldu.
 Hər dəfə baxışlar görüşdü səssiz,
 Mənsə söz deməyə qorxdum, çəkindim.
 Belə yaşamaq da ötüşdü vecsiz,
 O bir cüt qara göz xatirə indi.
 
Anama məktub
 Ana, geri qayıtmaq istəyirəm,
geri, sənin yanına.
Ürəyimdə saysız dərdlər,
bir də soyuq otağım, saatın çıq-çıqı.
 Çöldə xəzəlli bağlar,
Yağış astadan öz nəğməsini oxuyur.
Bilmirəm, niyə birdənbirə hər şeyi
eyni vaxtda xatırlayıram,
səni anıram,
geri ayıtmaq istəyirəm, ana,
sənin yanına.
 
Ürəyimi açımmı, danışımmı-
Az-çox elə öyrəndiyim budur.
Xoşbəxt günlərimdə səni heç xatırlamadım,
Yalnız indi, bu hüzünlü vaxtda
Səni görmək istədim.
Səninlə bölüşmək istədim
Xəyallarımı, kədərlərimi,
Ağayaraq-gülərək demək istədim,
Demək istədim ki, adamların qiymətini
Bərabər olanda bilə bilmirik.

Yalnız yıxılanda,
Yalnız bir qəlbi yaxanda
anlarıq.
İnsanın zatı beləymiş.
Hərçənd anlamıram bu həqiqəti.
Sən isə anasan axı.
Məktubuma hirslənmə,
İndi yalnız doğrunu yazıram sənə,
Bağışla, xoşbəxt vaxtlarımda
Sən düşmürsən yadıma.

Amma heç nə elə belə deyil,
Hər şeri zamanı gəlincə xatırlanır, heyhat!
Yəni heç vaxt anamız kimi
Başımızı sığallamaz həyat.

Tərcümə Rəhmət Babacanındır.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.