Bolqarıstanda Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Min bir gecə” baleti səhnələşdirilib
03.06.22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Sofiya Opera və Balet Teatrında Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Min bir gecə” baleti uğurla səhnələşdirilib. Baletin qala gecəsi Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilib.

Qalada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş Katibi Mehmet Süreyya Er, Bolqarıstan rəsmiləri, diplomatik korpusun nümayəndələri, çoxsaylı qonaqlar iştirak ediblər.

Gecənin açılışında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti olduğunu bildirib. Nazir çıxışında 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın, üç onillik ərzində böyük inkişaf yolu keçdiyini qeyd edib. Ceyhun Bayramov, Azərbaycanın multikulturalizm ənənələrinə hər zaman sadiq olduğunu vurğulayaraq, Fİkrət Əmirovun “Min bir gecə” baletinin Bolqarıstanda səhnələşidirilməsini də bunun bir nümunəsi kimi qiymətləndirib.

Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska Azərbaycanı Müstəqillik Günü və diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik edib. Nazir balet qala gecəsinin təşkilini mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına verilən önəmli töhfə kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, bu il 100 illik yubileyi qeyd olunan Fikrət Əmirovun yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının dahi bəstəkarı olduğunu vurğulayıb. Fondun prezidenti “Min Bir Gecə” baletinin nümayişi ilə eyni zamanda Türk Dünyası, ərəb və Avropa mədəniyyətlərinin qovuşduğunu, musiqinin diliylə birləşdiyini qeyd edib. Günay Əfəndiyeva Bolqarıstanda digər layihələrə imza atan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədinin Türk Dünyasının zəngin mədəni irsini beynəlxalq miqyasda təbliğ etmək və müxtəlif sivilzasiyaları bir araya gətirmək olduğunu bildirib.

Qeyd edilməlidir ki, Fİkrət Əmirovun “Min bir gecə” baleti Bolqarıstanda səhnəyə qoyularaq, Sofiya Opera və Balet Teatrının repertuarına daxil edilib. Baletin musiqi rəhbəri və dirijoru Azərbaycanın əməkdar artisti Eyyub Quliyev, xoreoqrafiya quruluşunu verən dünyaca məşhur baletmeyster Eldar Əliyevdir. Tar partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov ifa edib. 5 gün ərzində böyük uğurla keçən tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Yenililklər
04.08.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müxtəlif mədəniyyətləri bir araya gətirməyə davam edir
02.08.22
“Ulduz” jurnalının iyul sayı çap olundu
01.08.22
Bədirxan Əhmədli - Gəncə üsyanı ədəbi-bədii düşüncədə
01.08.22
Günel Natiqin "Siz səfehsiniz?" kitabı çap ounub
01.08.22
Azərbaycanlı olmaq asanmı?
01.08.22
Azad Qaradərəli - Camalın ağ kitabı
27.07.22
Günay Əfəndiyeva: Reza Deqatinin fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyur
25.07.22
Gülnar Səma -  Əkbər Qoşalının şeirləri
21.07.22
ANAİB media nümayəndələri ilə görüş keçirdi 
20.07.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanla əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
20.07.22
Azərbaycanda ilk dəfə “Urdu-Azərbaycan poeziya və mədəniyyət gecəsi” keçirilib
18.07.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti Avropada geniş yayılmağa davam edir
18.07.22
AMEA-da Pakistana aid nəşrlərin təqdimatı olub
15.07.22
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilir
15.07.22
İsveç səfiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

06.07.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
04.07.22
"Ulduz" jurnalının yeni sayı işıq üzü görüb.
04.07.22
Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib
29.06.22
Əlirza Zihəq - Bakıya səfər
29.06.22
Azad Qaradərəli - Federiko Qarsiya Lorka və Eldar Baxış II
25.06.22

Günay Əfəndiyeva: TÜRKPA ilə birgə keçiriləcək layihələrə dəstək verməyə hazırıq

23.06.22
Mübariz Örən - Qum adası
22.06.22
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb
22.06.22
Azad Qaradərəli - Federiko Qarsiya Lorka və Eldar Baxış
21.06.22
Günay Əfəndiyeva Qazax ədəbiyyatı kitabxanasının təqdimatında çıxış edib
21.06.22
“Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr” adlı elmi sessiya keçirilib
21.06.22
Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
17.06.22
Hədəf STEAM Liseyində EFMF-2022 keçirildi
17.06.22
Vaqif Osmanov - Azad Qaradərəlinin “Ucubuluq” roman-dastanı üzərində düşüncələr
17.06.22
Gülnar Səma -  Dəyanət Osmanlının lirikası
17.06.22
Sabir Mustafanın “Qayıdış” poeması
14.06.22
Zəki Bayram Yurdçunun “Səndən nə gizlədim...” kitabı nəşr olunub
13.06.22
Vyanada Ömər Seyfəddinin “Hekayələr” kitabı təqdim edilib
10.06.22
Vüqar Əhmədin  H.Z.Tağıyevə həsr etdiyi monoqrafiyanın təqdimatı keçirilib
10.06.22
Ədəbiyyat İnstitutunda Əhməd Cavad və Akif Ərsoyla bağlı konfrans keçirilib
08.06.22
Vyanada “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı çap olunub
07.06.22
Günay Əfəndiyeva Qazaxıstanın Bolqarıstandakı səfiri Temirtay İzbastin ilə müzakirələr aparıb
07.06.22
Gülnar Səma - Fərid Hüseyn “Təkrarın tənhalığı”nda
06.06.22
Azad Qaradərəlinin “Renessans həsrəti” kitabının 3-cü cildinin təqdimatı olacaq
03.06.22
Bolqarıstanda Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Min bir gecə” baleti səhnələşdirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.