Vüqar Əhmədin  H.Z.Tağıyevə həsr etdiyi monoqrafiyanın təqdimatı keçirilib
10.06.22

Vüqar Əhmədin  Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməsi” monoqrafiyasının təqdimatı keçirilib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Turanın Xalq Şairi Vüqar Əhmədin görkəmli şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar yazdığı “Xeyirxahlıq mücəssəməsi” monoqrafiyasının Mərdəkan Mədəniyyət Evində təqdimat mərasimi keçirilib.

Məlumdur ki, cənab Prezident İlham Əliyev ölkəmizdə və UNESKO-da Tağıyevin 200 illik yubileyinin qeyd edilməsi münasibətilə Sərəncam imzalayıb. Bu təqdimat yubiley münasibətilə keçirilən ilk tədbirdir. Monoqrafiya Tağıyevin çoxsahəli fəaliyyəti haqqında ilk elmi, fundamental tədqiqatdır.
Kitab təqdimatında tanınmış alimlərimizdən professorlar Lalə Əlizadə, Nəsiman Yaqublu, tədqiqatçı, kitabın “Ön söz”ünün müəllifi Ülkər Hüseynova, dosentlər Vüqar Qaradağlı, Əzizağa Nəcəfzadə, Mehman Həsənli və b. monoqrafiyanın elmi-bədii məziyyətləri, Tağıyev şəxsiyyətinin böyüklüyü haqqında çıxış ediblər.

Bədii hissədə Vüqar Əhmədin Tağıyevə həsr etdiyi şeirləri Mərdəkan məktəbliləri tərəfindən səsləndirilib, sevilən müğənnilər Almaxanım və Sədəf Budaqova isə şairin sözlərinə yazılmış mahnılar ifa ediblər. Tədbirdə Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən “H.Z.Tağıyev” Fondunun prezidenti Müzəffər Ağayev alimlərimizi Tağıyevin adına təsis olunmuş Fəxri Fərmanlarla təltif edib.

Sonda professor Vüqar Əhməd monoqrafiyanı Prezident İlham Əliyevin H.Z.Tağıyevin 200 illik yubileyi ilə bağlı Sərəncamından irəli gələrək qələmə aldığını bildirərək,  bu əsər  və tarixi şəxsiyyətlər haqqında yazdığı  monoqrafiya,  tarixi romanlar haqqında qısaca məlumat verib. Tədbirin keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirib. “Azərbaycan”  və “Şuşanın dağları başı Vüqarlı”  adlı şeirlərini oxuyub. Təqdimat sürəkli alqışlarla sona yetib.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.