Qucaq-qucaq ışıqdır
Denizə qonaq `
Gəmilər köç salıb
Xəzəre gecə.
Bəyazlıq nur saçır
Savrılır göyə
Ne gözəlsen bakım nə gözəl!
Qızların bəxtəvər` guluş qaynağı
İnsanlar saf zulal bulur çeşməsi
Cavanlar daşıyır eşqin yukunu
Səadet carlayır
Hər bir sevinc` bayrağın.
Şeirin sənətin vardır hurməti
Ne fikirlər yasaqdır ne de duyğular
Musiqin can verir yorquna`xesteye aşiqə
Canımsan ` gözumsen sevimli bakim.
Dalğalar dəryani titrədən kimi
Görub qucmağin
Titrədirdi məni
Arazdan keçərkən and içdim inan
Bir ovuc torpağıni
Sayrışan parlayan ulduzlar sayaq
Borc edib qebrmə
Savrularaq
Bahar gəlib
Mənim sevgim gul aça.
Gəzib dolaşsamda çox bir diyari
Görmədim sən tek gözəl ay bakı!
Yedim dostların duzun əkmeyin
Daddım suyunu gördum uzunu
Simanda səma da butun varınan
Səsləyirdi yaşa can azərbaycan.
Azadlıq vurğunu mən tek insana
Yaşayış ahəng olub
Seadətim tam
Doğma dildə sevgilisin səsləyən
Öpüşlər verən adaxlı qızlar
Ğiməndə oynayan ğonçali gül tək
ətirlər saçırdi həyata inan
Saçlar dalğa- dalğa küləyə qonaq
Ne şadliq yasaq nə gulmək bakı!
Nəsibim olmadi gəncə nən qazax
həsrətim yaşadi ötən illər sayaq
gələbilləm mi yenə görəm onlari ?
qorxuram yaşlanam ayaq gəlmeyə
ayaq gəlsədə ömür yetməyə
nisgillər çülqaya urəyi canı.
Sumqayıt ama bir cənnət təkin
Bağrımın başında bir xatirə qoydu
İnceyurd oldü hər baği çiçəyi
Döyünən çırpınan ürəyimlə mən
ilyas peyğəmbərin padişahlığın
Xəzərin sahilində bir günəş gördum
nece ki bir ıncə rəngli pərvanə
sehirli vuqarli varlığınan
məni öz yurduna qonaq eylədi `
unutmaram xatirəni sumqayıt.
Dönərkən təbrizə xoya
Dağların kəmərli ətəklərində
Bir ağkəmər görüb vurğunu oldüm
Yada saldım
Bakıni `nizamini bulvari
İçəri şəhərdəkən darışlıq kuçələri
O nar kimin elin goyçəyin
Qızqalasıda
bir xatirə oldu.
Min ulduz gördum bir məzarda mən
Öpdüm hər birin bir səcdəgah tək
Sulemanrüstəmi üzeyir bəyi
şeirlər oxurkən nəğməli gördum
Rəşidbehbudofun o böyuk insanın
Mahnısıni bir pərçəm kimi
Dünyanın hər dağında asılı gördüm.
Helelik dostlarim hələlik!
Bizimdə burda şəhriyarımız var səhədimiz var
Ğeyrət məkani təbrizimiz var zənganımız var
Vurğunun adaşi behrəngimiz var
Çaylarımızda oqyanusa yol döyən
Bir balaca qara balıq
Kitablarca nağılımız var
Çörəyin hörməti
Azərbaycanın şöhreti
Türk dilinin
Ad sanı var !
min xatire oldu bir xatirə
hələlik dostlar`
dua edin elə obaya
burda külək yaman əsiri.
Xoy - 2022