AMEA-da Pakistana aid nəşrlərin təqdimatı olub
18.07.22

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılışı, Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatı” dərgisinin Pakistan sayı, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbalın həyatı və yaradıcılığı” kitablarının təqdimatı keçirilib.
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin nümayəndələrindən Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı və Seyfəddin Hüseynli də iştirak ediblər.
TəqdimatAzərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylininaçılış nitqi ilə başlayıb. Akademik qeyd edib ki, “Dünya ədəbiyyatının başdan-başa Pakistana həsr olunmuş xüsusi bir sayını təqdim edirik. AYB-nin katibi Səlim Babullaoğlunun rəhbərliyi ilə, jurnalın baş redaktoru Seyfəddin Hüseynlinin böyük zəhməti ilə dərginin Pakistan sayı meydana gəlib. Kitabda 44 Pakistan şair və yazıçısının əsəri yer almış, haqqında məlumat verilmişdir. Jurnalın bu sayına Ədəbiyyat İnstitunun direktoru və Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti müqəddimə yazıb. Hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyin nəşr etdiyi “Dünya ədəbiyyatı” jurnalının Pakistan sayı Azərbaycanda qardaş Pakistan ədəbiyyatını öyrənmək baxımından ən sanballı mənbədir. Dərin minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, dəvətimizi qəbul edib Yazıçılar Birliyin heyəti də burada iştirak edir. Fəlsəfə İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Könül Bünyadzadə Ədəbiyyat İnstitutu ilə bərabər İqbalın irsindəki fəlsəfi tərəfləri öyrənir. Dünən Pakistan heyəti Gəncə şəhərində Xəlil Yusiflinin söhbətlərini dinləyib. Həmçinin, qonaqları yüksək səviyyədə qəbul etdiklərinə görə AMEA-nın Gəncə bölməsinə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi haqqında Nizamişünaslıq şöbəsinin hazırladığı kitabı qonaqlara təqdim edəcəyik. 
Çox zəngin Pakistan ədəbiyyatı ongünlüyü keçirilir. Bu, Pakistan-Azərbaycan ədəbi əlaqələrində ciddi dəyişiklikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanla əlaqələrin bütün tərəflərinə çox böyük əhəmiyyət verir. Biz Pakistan Azərbaycan əlaqələrinin tamamilə yeni mərhələsinə başlayırıq. Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti ilə olan görüşə qədər əlaqələr tanışlıq mərhələsində idi. Bu münasibətlərin yeni mərhələsinə verdiyi töhfələrə görə AYB-nin sədri, xalq yazıçısı Anara da minnətdarlıq edirik. Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olaraq Pakistanda Azərbaycan ədəbiyyatı antologiyası və Nizami Gəncəvi haqqında Lahor Dövlət Kollec Universitetində kitab çap olunacaq”.
Tədbirdə şair,kitabın tərcümə edəni və şərhlərin müəllifi, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəriElxan Zal Qaraxanlı Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin, AYB Bədii Tərcümə və ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu isə Pakistan ədəbiyyatı xüsusi sayının necə yaranması haqqında məlumat veriblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından Bəsirə Əzizəliyeva və Şəhla Qurbanova da çıxış ediblər.
Lahor Dövlət Kollec Universitetinin Urdu Dili Kafedrasının müdiri, professor Saima İram çıxışında Quba Soyqırımı Memorial Kompleksinə, Gəncə şəhərinə, Nizami Gəncəvinin məqbərəsinə, bir sıra muzeylərə səfərlərindən məmnun qaldıqlarını bildirib. Mərkəzi Elmi Kitabxanaya Pakistan ədəbiyyatı nümunələrini təqdim etməyi və onların təqdimatının keçirlməsini istədiyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycan ədəbiyyatı nümunələrinin urdu dilinə çevrilməsi və orada yayılmasına dəstək olacaqlarını bildirib. “Siz Məhəmməd İqbalı sevdiyiniz kimi, biz də Nizami Gəncəvini sevirik” – deyib. 
Lahor Dövlət Kollec UniversitetininFars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi, AMEA-nın müxbir üzvüKönül Bünyadzadə, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynlidə çıxış edərək gələcək ədəbi-elmi əlaqələrə böyük töhfə olan bu tədbir haqqında fikirlərini bölüşüblər. Tədbirin sonunda bir sıra azərbaycanlı ziyalılara sertifikatlar təqdim edilib. 

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.