Tıxaclarda qalıbdı şad xəbərlər… - YENİ İMZA - Səbuhidən şeirlər
10.11.22

Qısa tərcümeyi-hal

İmanov Səbuhi Qurban oğlu 1973-cü ilin 14 mayında Biləsuvar rayonunun Amankənd kəndində doğulub Azərbaycanda BİB institunun nəzdində psixologiya üzrə təhsil alıb. Həmçinin, Ukraynada “Amerika hipnoz və hipnoterapiya” məktəbini bitirib. Uşaq yaşlarından ədəbiyyata marağı onu şeir yazmağa sövq edib. Ədəbiyyatda Səbuhi imzası ilə şeirləri dərc oluncaq.






Əllərim dəcəl qalıb

Əllərimdə üzünün sığalı darıxır,
Ta hansı iş görülər günahkar əllərimə.
Səni qoyub getdiyim günlər üzümə durur,
cəzası qovuşmaqdı söyləyirlər hakimə.

Bunca haraya getdin, daha yolda qurtarıb
Getməyə uzun oldu, qayıtmağa yol güdə.
Uşaq kövrəklik məni körpəliyə aparıb
İndi nə cavab verim, anadan əmdiyim südə…

Daha yol yox getməyə, küçə məəttəl qalıb
Üzünü çək, altında bir günahkar əl qalıb
Bağışla, uşaqlıqdan əllərim dəcəl qalıb
Səni buraxmamaqçün aparıram həkimə.

Tüpür üzümə çıxım təmiz üzlə qarşına,
Səni tərk etməməkçün, məni çöldən qarşıla…
Bir az soyuqluğu üçün havanı da bağışla
Vaxt olmadı özünü istiqanlı böyüdə…



Səni and verirəm

səni and verirəm, məni tərk edəndə tələsik minmək istədiyin sərnişin avtobusunun
sürətini əylədiyi vaxt təkərlərindən çıxan tüstüyə,
səni and verirəm, ilk görüşümüzdə sənə gül almaq üçün itirdiyim zamana,
səni and verirəm, bütün inanmadığın insanların həqiqətlərinə,
səni and verirəm, isti təndirə çörək yapan nənələrin hərarətdən dolan gözlərinə,
səni and verirəm, məni unutduracaq adamın ürəyinə,
səni and verirəm, unudulan anaların südünə,
səni and verirəm, anasız böyüyən uşaqların ana sədasını eşidəndə keçirdiyi hissə,
səni and verirəm, ölümə gedən əsgərin
eşitmək istədiyi sevgi musiqisinə,
səni and verirəm, çörək oğurlayan insanın yaşamaq istəyinə,
səni and verirəm, ölməmiş basdırılan ümidə,
səni and verirəm, insan qulağı eşitməyən sözlərə,
səni and verirəm, mənə qədər tanıdığın hər şeyə
səni and verirəm, uşaq doğa bilməyən qadınların abort elətdirdiyi əxlaqa,
səni and verirəm, soyuducuda mədə gözləyən ərzaqlara,
səni and verirəm, doğulmayanların hamısına,
səni and verirəm andıma, inanma verdiyim andlara…



Payızın yaza söylədikləri

Sübh gələndə susar qara paltarlı gecələr,
axşamlar xəbərsizlikdən həyəcan gətirər.
İnsanlar toxluğun faciəsini qeyd edər,
boşanmış sülh sevdiyi ürəkdə qan gətirər.

torpağı uçuqlamış yaya abunə olan
ölkələrin həyatında göz yaşı qənimətdi
diktator problemlər dərddən istefa edir
biləndə bu dünyada ağlamaq da sənətdi.

getməyə yeri yoxdu, qışın üstü-başı palçıqdı
növbəsini gözləməyib keçib payızdan qabağa
sular kimin heybətindən donur, şaxta günahkar.
tərbiyəsiz fəsillərə insanlar qoymur qadağa.

hara baxır bu ölkənin istilik ölçən cihazı
binokullar ulduzları güdməkdən utanmır?
niyə qoyursuz çox yağa normasından yağışlar,
niyə axı buludlar öz hirsini udammır?!

yağmaq vəsiqəsini alın bu yağışlardan
niyə payız hər fəsil şütüyür bu şəhərdə
işıqforlar ölkəni qarışdırmaq istəyir
bax odur tıxaclarda qalıbdı şad xəbərlər.

əsl istəyi nədir baharın insanlara
dərdirib soldurmaqda  sevdiyi çiçəkləri.
niyə qoymur tikanlar bata ayağımıza
əngəlləyə qarşıdan gələn acgöz dərdləri.


Leninə çatmayan məktub

Qalx ayağa şəkillərin edam olur ölkədə,
Qalx ayağa taleyinə payız yarpaq ağlayır.
Hər asılan şəkildə bir insan ölür ölkədə,
Rusiyanı vətən bilib dağılmaq qucaqlayır.

Qalx ayağa! heykəllər ayaq tutub yerisin,
Qalx ayağa! qəbir qazdır daşlaşmış liderlərə,
Bu dünyanı yanıq şəkillərin qoxusu bürüyüb
kağızlardan cəsəd iyi axışır küçələrə…

Qalx ayağa! ruhun səni salamlayır torpağa,
Qalx ayağa! adını sil qaranlıq küçələrdən.
İndi hər ev divarında bir xatirə öldürür
Sənin qara fikirlərin ağ çıxır gecələrdən.

Qalx ayağa! inqlabın yetim qalıb Rusiyada,
Qalx ayağa! azad ölkələrin qandalın gətir.
Müharibədə ən sonuncu kölgəni öldürdülər
Bu yaralı ümidlərə köçürməyə qan gətir.

Qalx ayağa! gərək sənin səbr kasan dolaydı,
Boşalanda Rusiyada azadlığın kasası,
Qalx ayağa! əynindəki ölü paltarı çıxar,
Qalx ayağa! xalqından al cəsədinin qisasın.

Qalx ayağa! tap torpaqla aranı vuranları,
Qalx ayağa! iki metrə torpaq səni axtarır.
Movzaleydə cəsədinə farağat duranları
Ukrayna qara paketlərdə geri qaytarır.

Qalx ayağa! daha bəsdi oyan döyüş zənginə
Həyatını itirmisən geri qaytar adını.
İmperiya fikrindən azad edə bilmədin
Həyatından azad edir müharibə xalqını.


Çörək yaddaşı

Vaqif Bayatlı Ödərə…

Solar bir gün günəş, göz işığının düşdüyü səmada,
Səni axtararıq, düşüncələrinin arxasıyla düşüb,
ən birinci əlin görünər havada
yerə əl elədiyin zaman
bütün işıqlar qırmızı yanar,
deyirəm axi, niyə ürəyimiz dayanır.

O qalın kürkündə gecələyirdi qış,
daha üşümürdü şaxta, sən həyata can yandırandan.
Bəxtini tapmağa səma ulduzları gecəyə düzürdü,
ocağını yandırmağa göy üzündən yerə ulduz süzürdü.

Yerdə gördüyün çörək daha qalxmırdı
başından yuxarı,
əllərin başından buraxmırdı çörək yaddaşını.
Axı susuz ölkələrdə təbiət yaşıl rəngi unutmuşdu,
insanlar doymaq istəyilə yatmamışdan qabaq,
ürəklərində çörək niyyətini tutmuşdu.

Qiblə üzünü bütlərin qarşısındakı çörəyə çevirmişdi,  
əllərini tək Tanrıya tutanlar hamıdan imdad diləyirdi.
Heyvanlar parlament qələbəsinə qırmızı bantlarla gətirilirdi,
İlanlar artıq susuzluqdan deyil, qoyunların səsinin kəsildiyi yerdən mələyirdi.

Sən niyə belə sevmişdinsə, eləcə sevgi hamilə qalmışdı,
Doğuş ağrıları özünü xəstəliklərdə sınayırdı.
Allah ömür verərkən, insanlar nəyi götürdüklərini unutmuşdular,
İndi hamı bir-birini ölməkdə qınayırdı.

Sənin sevgindən kim hamilə qalmışdısa günəş doğurdu,
Daha çəkə bilmirik, üzündəki sevinc dünyanın dərdindən ağırdı.
Hələ gözlərini yumma, qaranlığı gətirmə yerüzünə,
Görürsən ki, hələ gözlərinin işığından Yer gələ bilmir özünə.


Çexiyanın ərəb sakinlərinə

Bir gün boz səhralar duman içində
köçər ərəb torpaqlarından.
Neçə vaxtdır balıqlar insandan qaçmaq üçün dişlərilə yapışıb yosun yarpaqlarından.
Küçələr adamlara öyrədə bilməyiblər
meydanlara çıxmağı.
Dünya dəyişməyib ki, adətlər fahişədi
odur sevir axmağı.

Üstünə çıxılacaq dağ da qalmayıb,
baxılası nə varsa gözləri ələ salır.
Zaman qocaltmır bizi, biz zamanın içində cavan qala bilmirik.
Başqasının həyatı qatıbdır başımızı,
istədiyimiz kimi qocala da bilmirik.
Bir gün gözün açılır,
görürsən bu dünyadan, yaşadığından
sənə ac-susuz ölüm qalır.

Uzandığın döşəklər bəlkə də düşünürlər
onu zorladığını,
Əynindəki paltarlar atıldığı yerlərə
gün gələr
söyləyərlər o yaraşıqlı səndən hamilə qaldığını,
Axşamlar həzin-həzin dinlədiyin mahnılar
sevirlər səni bəlkə,
İnsanları əlləyir faşihə xarakterlər,
axı kimin qoynuna sığınıb sizin ölkə?!

Yenililklər
27.01.23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı

27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
19.12.22
“Sonuncu korifey” – Ədəbiyyatımızın “Don Kixot”u
17.12.22
Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib
16.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əlaqələri Avropa məkanında daha da genişlənir
16.12.22
AMEA-da “Akademiyanın Şuşanaməsi” ədəbi-tarixi ənənə və gələcəyə baxış” adlı konfrans keçirilib
16.12.22
Təranə Vahid - Dəfn nəğmələri
15.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Uludağ Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.