Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyi keçirildi
18.11.22

16 noyabr 2022-ci il tarixində Kürdəmir rayon  Heydər Əliyev Mərkəzində  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Kürdəmir rayon Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyevin 100 illik yubileyi münasibətilə tədbir keçirdi.

Tədbiri giriş sözü ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Şirvan aşıq mühitinin patriarxı Aşıq Bilalın ən layiqli davamçısı Aşıq Şakir Hacıyevin isminin bu gün də dillər əzbəri olmasından, sənətinə olan məhəbbətin milyonların qəlbini fəth etməsindən danışdı. O, eyni zamanda qeyd etdi ki,  Aşıq Şakir Şirvan aşığı olsa da, onun sənətinə olan məhəbbətin coğrafi məkanı nəinki bütün Azərbaycan, hətta Qafqaz, Dağıstan, Orta Asiya, İranı əhatə edir. O,  məlahətli səsi, zənguləsi ilə ifa etdiyi aşıq havalarından  “Şirvan şikəstəsi”, “Kərəmi”, “Zarıncı”, “Səhər-səhər”, “Nə bağ bildi, nə də bağban”, “Boylana-boylana”, “Bala Nərgiz”, “Bakı” və onlarla belə təkarolunmaz sənət incilərinə öz möhürünü  vurdu.

Sonra Aşıq Şakirin ifasında lent yazısı – “Nə bağ bildi, nə də bağban” aşıq havası səsləndirildi.
Filologiya elmləri doktoru, professor, Dövət Mükafatı laureatı, Əməkdar Elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək bildirdi  ki, Aşıq Şakir dövrünün, zəmanəsinin ritmi ilə yaşayan, yazıb-yaradan sənətkar olmuşdur. Mədəniyyət kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin bir neçə  buraxılışı bütünlüklə Aşıq Şakir Hacıyevə həsr olunmuşdur.

Natiq çıxışında Respublikanın ən mötəbər tədbirlərinin,  səhnələrinin bəzəyi olan sənətkarın el şənliklərinin, toy mağarlarının ən əziz, ən arzulanan qonağı sayıldığını, keçirdiyi məclislərin söz-söhbətinin aylarla dillərdə dolaşdığını,istər lirik sevgi qoşmaları, istər ibrətamiz qoşmaları, istərsə də, əmək qəhrəmanlarından bəhs edən mahnılarının eyni həvəslə dinlənilməsini, söylədiyi dastanların, nağılların şirinliyi ilə də dinləyicisinin yaddaşına əbədi həkk olunmasını vurğuladı.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı  bu möhtəşəm  saz-söz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, Aşıq Şakir xanəndə kimi də çox sevilmiş, onun ifa etdiyi havalarda muğam gəzişmələri, xırda boğazlar, zəngulələr aşıq havalarına yeni üslub, zənginlik, şirinlik gətirmiş və  xanəndələrimiz, müğənnilərimiz onun repertuarından çox şey öyrənmişlər. 

Tədbirdə jurnalist Tofiq Abdullayev çıxış edərək uzun müddətdən bəri Aşıq Şakir haqqında görkəmli şəxslərdən, ziyalılardan, sənət adamlarından ustad sənətkar haqqında topladığı xatirələrdən və bu xatirələrin toplusu olan 3 kitab ərsəyə gətirməsindən bəhs etdi. T. Abdullayev  ustad sənətkarın 100 illiyi münasibətilə çapdan çıxardığı sonuncu “Aşıq Şakiri ürəklərdə axtarın” adlı kitabını tədbir iştirakçılarına təqdim etdi.

Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli  tədbirə təşrif gətirmiş qonaqları salamlayaraq bildirdi ki, hələ XXI əsrin əvvəlində ulu öndərimiz H.Əliyev milli-mənəvi dəyərlərimizin ayrılmaz parçası olan folklorumuz, aşıq sənəti haqqında demişdi: “Yeni əsrə, yeni minilliyə biz Qorqud irsinin bayrağı altında, Qorqud mənəviyyatını yaşadan insanlar kimi qədəm qoyuruq.” Ulu öndərin bu dahi kəlamı onun layiqli varisi İlham Əliyev, mədəni, mənəvi, humanist layihələrin layiqli təmsilçisi, H.Əliyev fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin devizinə çevrilmişdir. Saz-söz sənətçiləri, aşıqlarımız da mənəviyyatımızın, mədəniyyətimizin keşiyində duranlar, bayrağımızı daha uca zirvələrdə dalğalandıranlar sırasındadır. Natiq çıxışının sonunda Aşıq Şakir sənətinin davamçılarına uğurlar arzuladı.

Məclisin sonunda Aşıq Şakirin nəvəsi Nəsimi adına Dilçilik institutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirdirərək  qeyd etdi ki, Şirvan aşıqlarının çoxundan fərqli olaraq Aşıq Şakir çox gözəl saz çalmış, aşıq yaradıcılığının digər qollarına məxsus olan havaları və muğamlarımızı  öyrənib  məharətlə ifa etmişdir. Qətibə Mahmudova babasının xatirəsinə həsr etdiyi yenicə çapdan çıxmış “Yolun düşsə bu dünyaya  bir də gəl!” adlı kitabını tədbir iştirakçılarına təqdim etdi.

Yubiley məclisinin bədii hissəsində məclisin sazlı-sözlü qonaqlarından Şirvan Aşıqlar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, tanınmış xanəndə-aşıq Əvəzxan Xankişiyev, Səfalı Əliyev, aşıq Elman Talıstanlı, gənc aşıqlar  Qəlbinur İbrahimli, Elçin Rəşidoğlu aşıq Şakirin repertuarından Şirvan aşıq havalarını ifa etdilər.

Məclisin sonunda Aşıq Şakirin nəvəsi Aşıq Babək Şakirli ustad sənətkarın hər zaman sevə-sevə ifa etdiyi, yaddaşlarda kök salan “Şirvan Şikəstəsi”ni ifa etdi.

Tədbirdə son olaraq ustad sənətkarın lent yazısı səsləndirildi. /525.az/


 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.