Aleks de Val - Aclıq və feminizm
19.12.22

İngilis araşdırmaçısı Aleks de Valın "Kütləvi aclıq - aclığın tarixi və gələcəyi" kitabından bir hissə.

Milanda 2015-ci il Qlobal Aclıq İndeksinin təqdimat mərasimində aclığa kişilərin səbəb olduğunu iddia etdim və gender termininin qəsdən meydana gəldiyini – “qadınlar tərəfindən yaradılmadığını” əlavə etdim, çünki mən hələ bir qadın tərəfindən qəsdən və ya başqa şəkildə edilən belə bir hala rast gəlməmişəm. Bu şərh çoxlu tvitlərə səbəb oldu. Bu doğrudur. Aclığa kişilər səbəb olur. Bu mühüm bir fikirdir. Ancaq bundan sonra məsələ bir az da mürəkkəbləşir.
 Ümumiyyətlə, fəlakətlər kişilərdən daha çox qadınlara zərər verir. Görünür, bu, birbaşa gender ayrı-seçkiliyinin, sıxıntı dövründə (və sıxıntı nə qədər böyükdürsə, bir o qədər də artır) bu ayrı-seçkiliyin güclənməsinin və qadınların, ümumiyyətlə, kişilərdən daha yoxsul və daha az təhsilli olmasının nəticəsidir ki, qurban rolunda sosial-iqtisadi fərqlər genderə əsaslanır. Lakin məsələ bir az qəlizdir. Aclığın demoqrafik tədqiqatlarının ən gözlənilməz nəticələrindən biri də odur ki, bir çox hallarda qadınlar kişilərdən daha çox yaşayır. Bu, müstəmləkəçi Hindistanda ölüm statistikası tərtib edilərkən qeyd edildi, Asiya və Afrikada dinc dövrdə baş verən son aclıq dönəmlərində müşahidə olundu. Demək olar ki, hər bir xalqda qadınların orta ömür müddəti kişilərə nisbətən daha yüksəkdir və bu diferensial aclıq zamanı azaldılmaq əvəzinə, çox vaxt şişirdilir.
Bu paradoksun izahı mürəkkəbdir. Bir tərəfdən qadınları dəstəkləyən bioloji , digər tərəfdən isə adətən kişilərə üstünlük verən sosial-iqtisadi amillər var. Təkamül məntiqi qadınların tərəfindədir: bir qrup insanın həyatda qalması kişilərdən daha çox qadınların sağ qalmasından asılıdır, çünki qadınların doğum nisbəti ovçu-yığıcılar kimi kiçik toplumların çoxalmasına gətirib çıxaran amildir. Lakin qadınların çoxluq təşkil etdiyi cinsiyyətə görə diferensiallaşdırılmış ölümün mürəkkəb cəmiyyətlərdə davam etməsi faktı daha ciddi problemdir. Xüsusilə ona görə ki, Hindistanın şimalı kimi normal dövrlərdə kişi ölümlərinin çoxluq təşkil etdiyi bir sıra cəmiyyətlərdə bu üstünlük aclıq zamanı bəzən aradan qalxır . Bunun əsaslı bioloji səbəbi var: qadınlar fiziki cəhətdən daha sağlamdırlar, aclığa və xəstəliklərə kişilərdən daha yaxşı müqavimət göstərirlər. Oxşar qidalanma və xəstəlik mühitini nəzərə alsaq, qadınlar kişilərdən daha çox ömür sürür. Yoluxucu xəstəliklərin əsas ölüm səbəbi olduğu  yerlərdə qadınların şansları daha da  yüksəkdir. Qadınlar hamiləlik və ya laktasiya dönəmində çox həssas olurlar və qida çatışmazlığının səbəb olduğu stress zamanı doğum nisbətinin aşağı düşməsi bu həsasslığı azaldır.
Sosial-iqtisadi amillər daha çox qadınların və  qızların əleyhinədir. Lakin aclıq zamanı bilik və əmək bölgüsündə gender amili rolunda bəzən onlara üstünlük verilməsinin məntiqi səbəbləri var. Məsələn, qadınlar adətən hansı yabanı qidaları toplamaq və onları necə hazırlamaq lazım olduğunu bilirlər. Bu bacarıqlar nənədən nəvələrə ötürülmüşdür. Bir çox kənd təsərrüfatı cəmiyyətində ənənəvi olaraq ev işləri və ya təsərrüfat işləri qarşılığında qadınlara ərzaq, kişilərə isə  pul verilir. Bu vəziyyət bolluq zamanı  kişilərə, qıtlıq olduqda isə qadınlara sərf edir. Son olaraq, kişilərin aclığa qarşı reaksiyası çox vaxt ya iş tapmaq, ya da heyvanların (köçəri cəmiyyətlərdə) sağ qalması üçün köç etmək idi. Həyat yoldaşlarından, bacılarından və analarından ayrı qalan bu kişilər özlərini qida ilə təmin etməkdə çətinlik çəkə bilər. 1980-ci ildə aclıqla bağlı Darfurda apardığım araşdırmada, kişilər arasındakı bu vaxta qədərki ölüm hallarının əksəriyyətinin uzaq məsafələrə qoyun və dəvələrlə səyahət edənlər arasında rast gəlindiyi ortaya çıxdı.
Bütün qeyri-bioloji elementlər şəraitdən asılı olaraq dəyişəcək: digər hallarda qadınlara nisbətən kişilər daha yaxşı gəlirə, sağlam mühitə sahib ola və süd kimi qida məhsullarını daha rahat əldə edə bilərlər. Bir çox  böhranlarda, o cümlədən aclıq zamanı, qadınların ölüm sayı daha yüksəkdir , məsələn, ərzaq qıtlığı olduqda körpə qız uşaqlarının qidalanmasına qarşı ayrı-seçkiliyin artması buna nümunədir. Üstəlik, məcburi kütləvi aclıq hallarından kişilər, xüsusən hərbi əsirlər əziyyət çəksə də, silahlı münaqişənin daha böyük təsirləri kişilər qədər qadınlar üçün də faciəvidir. Bütün əhali üzrə vətəndaş müharibələrinin qadınlara dolayı təsirləri orta ömür müddəti ilə ölçülür və kişilərə olan təsirləri müntəzəm olaraq üstələyir.
Ölüm riski əzabın yeganə göstəricisi deyil. Aclıq: Uzunmüddətli perspektivdə yoxsulluq və icma əlaqələrin kəsilməsi daha da əhəmiyyətli ola bilər. Bu baxımdan qadınlar və kişilər aclıq dönəmini fərqli şəkildə keçirir.
Qıtlıq və aclıq prespektivləri
Vaughan, 1940-cı illərdə müstəmləkə Nyasalandda (indiki Malavi) az tanınan “Qıtlıq haqqında anlayış” kitabında yazır: Aclıq haqqında soruşarkən qadınlar ailədən, evlilikdən, boşanmadan, uşaqlardan danışırlar. Zümzümə etdikləri mahnılarında (qarğıdalı döyərkən oxunurdu) ərlərin aclıqdakı rolunu oxuyurlar – ya onları yaxşı davranışlarına görə tərifləyir, ya da (çox vaxt) səhlənkarlığa görə danlayırdılar.
Qıtlıqla bağlı qadınların təcrübəsinin mərkəzində öz kişiləri tərəfindən tərk edilməsi, uşaqlara qulluq etməsi və hökumətin ərzaq təchizatı sxemlərinin qeyri-müəyyən mərhəmətinə məruz qalması dayanırdı. Təbii ki, biz, aclığın təsirləri və təcrübələrinin müxtəlif vaxtlarda ölkədən ölkəyə dəyişəcəyini, hər bir halda həmin cəmiyyətin güc münasibətləri, strukturları və normalarının təsir edəcəyini gözləyərdik.
Aclığın səbəb olduğu stress
Qadınların müharibə təcrübələrinə dair ədəbiyyat son iyirmi il ərzində çoxalaraq qadınların inkişafı, gender və inkişafının daha köklü sahələrini genişləndirdi. Bu təhlillər qıtlığın gender təcrübəsindən və müharibələr kimi qıtlığın da yüksək cinsi güc strukturları tərəfindən yaradıldığına dair suallara cavab verir. Paralel olaraq, feminist elm və gender obyektivi bütün sosial mürəkkəbliyi ilə bəşəriyyətin qıtlıq təcrübəsinin “qıtlıq” dedikdə nəzərdə tutduqlarımızın mərkəzində olmasını tələb etməlidir. Bu, qıtlıq haqqında düşüncələrə uzun müddət hakim olan depersonallaşdırılmış, reduksionist siyasi iqtisadi ənənənin əksidir. Qurbanı günahlandırmamaq da gündəmdə olan məsələlərin əsas hissəsidir.
Əslində, iki əsr ərzində  “qıtlıq” anlayışının əsas məqsədi Maltusun yanlış düşüncəsinin zəhərli mirasını ortaya çıxarmaq cəhdi olmuşdur. Bir çox cəhətdən biz indi “qıtlıq” termini yaranmazdan əvvəl olduğumuz yerə qayıtmışıq, burada qıtlığı həyat tərzini təhdid edən, güclülərin yaratdığı, təsirlənənlərin müqavimət göstərdiyi və insan fəaliyyəti, ictimai strukturların vasitəçiliyi ilə baş verən aclıq və digər ağır həyat şəraiti formaları da daxil olmaqla ciddi sosial böhranlar kimi başa düşürük.

Reduksionizm - hadisələrin və ya faktların onları təşkil edən daha sadə faktları təhlil etməklə başa düşülə biləcəyini iddia edən fəlsəfi fikir axını.
Depersonallaşdırılmış - emosiyalara və davranışlara təsir edən psixiatrik xəstəlikdir. Bu, təsirlənmiş fərdin özünü hiss etmə tərzində dəyişiklik ilə xarakterizə olunur. İnsanın öz reallığı ilə bağlı adi hissi müvəqqəti olaraq itir və ya dəyişdirilir.

Tərcümə etdi: Azərbaycan Dillər Universiteti “Tərcümə fakültəsi”nin 441B qrupu

Mənbə:  Alex de Wall “Mass starvation” (The history and future of famine)

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.