![]() 24.01.23
Antonis van Deykin Amerikada fermaların birində yerləşən yardımçı otaqda tapılmış etüdü hərraca çıxarılacaq. Ekspertlər etüdü 3 milyon dollar dəyərləndiriblər.
Rəsm əsəri 2002-ci ildə ev quşlarının saxlandığı hində tapılıb. Kolleksiyaçı Albeort B. Roberts onu fermerlərdən 600 dollara əldə edib. Eskizin orijinallığı 2019-cu ildə sənətşünas Syuzan Barns tərəfindən təsdiqlənib. Van Deyk bu eskizi özünün yaradıcılıq yolunun başlanğıcında çəkib. Əsərdə üzü kölgə ilə örtülmüş beli bükük kişi təsvir olunub. |