Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23

Bakı Atatürk Mərkəzində tanınmış türkoloq alimlərin iştirakı ilə “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirildi. Seminarda ilk olaraq filologiya elmləri doktoru,  professor Tofiq Məliklinin məruzəsi dinlənildi. Seminarın moderatoru filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva qeyd etdi ki, Tofiq Məlikli uzun illərdir ki, Türkologiya elminin müxtəlif problemləri ilə bağlı araşdırmalar aparmış və xeyli sayda kitab ərsəyə gətirmişdir.  Onun “60-cı və 70-ci illərin əvvəllərində türk poeziyası”(Moskva: 1980), “Nazim Hikmət və yeni Türkiyə şeiri” (Moskva: 1987), “Yeni türk şeiri: təşəkkülü və inkişafı” (Bakı: 1993), “Türkiyə ədəbiyyatı: köklər və budaqlar” (Moskva: 1990), “Türkoloji problemler” (Bakı: 2008), “Türkiyə ədəbiyyatı tarixi” (Moskva: 2010), “Dahinin tənhalığı. Fazil Hüsnü Dağlarca” (Мoskva: 2014), “Türkiyə şairləri” (Bakı: 2017), “Türkoloji və filoloji problemlər” (Bakı: 2017) və s. bu kimi tədqiqatları həm ali məktəblərin müəllim və tələbələri, həm də elmi ictimaiyyət üçün əhəmiyyətlidir.

Daha sonra Türkologiya elminin bugünkü durumu, aktual problemləri ilə bağlı respublikanın tanınmış alimləri çıxış etdilər.

Filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü Gövhər Baxşəliyeva, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli,  filologiya elmləri doktoru, BDU-nun Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri Mayıl Əskərov, filologiya elmləri doktoru Abid Tahirli,  filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədrxan Əhmədov, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türkologiya şöbəsinin müdiri İsmayıl Kazımov, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent,  İ.M. Seçenov adına Moskva Dövlət Tibb universiteti  Bakı filialının Bioloji Humanitar və İctimai Elmlər şöbəsinin müdiri Dürdanə Rəhimzadə, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universiteti Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Elçin İbrahimov, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva Təkləli, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dlçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi Aysel Qəribli, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin baş müəllimi Zəminə Rüstəmbəyli, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti  Elmira Məmmədova Kekeç, İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Namik Muradov, filologiya üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Zəminə Ziyayeva və gənc araşdırmaçı-türkoloq Sərxan Bəşirov elmi seminarın mövzusu ilə bağlı müxtəlif aspektli nəzəri və praktik sahədəki problemlər haqqında ətraflı çıxışlar etdilər və əhəmiyyətli müzakirələr apardılar.

Tədbirin sonunda sadalanan məsələlərlə bağlı konseptual və daha genişmiqyaslı işlər görmək, Türkologiya elminin inkişafı və Azərbaycan Türkologiyasının dünya Türkologiya elmi tarixində əhəmiyyətli yer tutması üçün layihələr hazırlanması və o istiqamətdə konkret işlər görülməsi planlaşdırıldı. Tədbir iştirakçıları, tanınmış alimlər bu yolda bütün imkanlarını səfərbərliyə alacaqlarını qeyd etdilər. Nəticə olaraq türkoloji tədqiqatların əlaqələndirilməsi üçün Türkoloji Mərkəzin yaradılması qərara alındı.

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.