Azad Qaradərəli - Yazıçı Məqsəd Nurun rəssamlığı
01.05.23

(Yazıçının yeni kitabının çapdan çıxması münasibəti ilə prozası üzərinə gəzişmələr)


Kimi yazını olduğu kimi hərfbəhərf yazır. Məsələn,quşun göydə uçmasını ikicə söznən verir, yəni belə: QUŞ UÇDU.
Kimi yazının şəklini çəkir bir fotoqraf sayaq: QUŞ QANADLARINI AÇMIŞ VƏZİYYƏTDƏ HAVADADIR.
Kimi də quşun uçmuş halının rəsmini çəkir: QUŞUN QANADLARININ RƏNGİ, DİMDİYİNİN SƏRTLİYİ, KİÇİK GÖZLƏRİNİN İTİLİYİ, KƏKİLİNİN UZUN GÖDƏKLİYİ (bununla onun fərikliyini, xoruzluğunu də bilmək olour), CAYNAQLARININ İLGİNCLİYİ, HƏLƏ QUŞUN İÇİNDƏN KEÇƏNLƏR, O BİRİ QUŞLARIN DAHA UZAĞA UÇMASINI QISQANMASI və sairə və ilaxır təsvir olunur bir rəssam sayaq...

Birincidə yazıçı daha çox xəbərçidir, yəni yazıçıdan çox repartyor-jurnalistdir. Nə yazıq ki, bizdə bunların sayı daha çoxdur.
İkincidə yazıçı daha çox fotoqrafdır, fotoqraf-repartyordur... Belələri də yetərincədir.
Üçüncüdə yazıçı daha çox rəssam olsa da, əsl yazıçı odur. Çünki onun rəssamlığı boyalarla deyil, hərflərlə, yaxud heroqliflərlədir. Bizdə belələri nadirən də olsa, var.
Məncə, Məqsəd Nur üçüncülərdəndir.
Niyə bu qənaətdəyəm? Məqsəd Nurla şəxsi tanışlığımız çox ötəri səviyyədə olsa da (əslində mənim tanıdığım bir çox yazıçılarla şəxsi tanışlığım elə bu səviyyədədir; məsələn, mətnlərinə çox dəyər verdiyim şair və nasirlər var ki, özləri ilə təmasımız sıfır səviyyəsindədir...), əsərlərini və imzasını daim izləmişəm. 

Özü də təkcə bədii nəsri ilə deyil, dostum Tehran Əlişanoğlu ilə yaratdıqları ilk Azərbaycan saytı yenisi.az, habelə təkrarsız qəzet nümunəsi “press-Fakt”, Məqsədin bədii yaradıcılığına bacardığı qədər mane olan televiziyanın məmur jurnalistikası... (Həmin sahədə, konkret radioda 15 illik iş təcrübəsi olan birisi kimi deyirəm bunu. Tele-radio işçilərinin məşhur bir deyimi vardı: bura bir gələn sevinər, bir qaçıb canını qurtaran...)
Məqsəd bəyin hər hekayəsi bir bədii naxışdır. O hekayələrdə yazıçı şəriştəsi ilə insan psixikası elə çuğlaşıb ki, kimin öndə olduğunu söyləmək müşkül məsələ. 
Tərs kimi, Məqsəd həm də kənddən gələn və şəhərə tez bağlanıb, şəhərliləşib yazıçılaşan yazıçıdır. Təbir caizsə, Məqsədin şəhər hekayələrinin içində hündür bir dağ boy verir. Bilmirsən bu göydələn binadır, yoxsa, elə onun enib gəldiyi dağların nostalgiyası?!
Tərs kimi...

       Hə... Məqsəd Nurun ömürlüyündə, yazıçı taleyində bu tərs kimilərin ölçü vahidi  hətta bəzən tragediya həddinəcən qalxıb... Onu yazıçı edən də bu tərs kimilərdir desəm, yanılmaram.
Məqsədin bu adda bir hekayəsi də var. Hətta ilk və son hekayələr kitabının da adı belədir... “Tərs kimi”...
Məqsəd bəyin hekayələrində birinci cümlə söhbəti də marağımı çəkdi. Yazıçı ən adi bir sözlə - söz cümlə ilə də başlayar yazısını, bütün mətni ehtiva edən ağır bir cümlə ilə də. Ağır deyəndə uzun, vergüllü, qoşa nöqtəli, hətta nöqtəli vergüllü yarım səhifəlik cümləni qəsd etmirəm. Belə, sadəcə bir cümlə, amma içində nə qədər ağırlığın gizləndiyi cümlə:
“Bu erkək tut ağacının altında ölüb-qalmaq xəcalətdi... “

        Mən bu cümləni xırdalayar, hətta tək bu cümlədən bir esse də yazardım. Zira buna ehtiyac görmürəm, hədəfimiz tək bu cümlə deyil. (Yadıma ustadım Sabir Əhmədlidən bir kiçik xatirə düşdü, “Əhləd daşı” adlı hekayə yazmışdım. Üstündən qalın bir xətt çəkdi başlığın və dedi: “Bunu qəhrəmanın adı ilə adlandıraq. Ad heyifdir. Bu adda bir roman yazarsan.”)
      “Bu erkək tut ağacının altında ölüb-qalmaq xəcalətdir...”
       Yazıçının hekayə boyu izləyəcəyi letmotiv də bu cümlədə gizlənib. Erkək tut barsız olur...
        Demişdim axı, Məqsəd rəssam-yazıçıdır. Təsvirdə hələm-hələm rəssama uduzmaz. Baxın hələ:
     “...Hamısı da üst-başına maya qoyub gəlmişdi. Saçlarını düzəltdirib parıldatmışdılar, üzləri həmişəki kimi tüklü deyildi. Elə birinci adam ayağını taksidən çölə qoyanda paltosunun ətəyindən gördüm: talkuçka malı geymişdi...”
Yaxud belə:
“...müxənnət müharibə olamseydi indi onlar da belə müxənnət şəhərdə pərən-pərən gəzməz, Qaragüneyin talasında  - iri armudun altında, bax bu gün erkək tutun altında oturduqları kimi - əllərindəki gərməşoy çubuğu yaşıl cəmənliyə çırpa-çırpa qoyun qırağında günlərini keçirər, nə oğurluq edər, nə nəşə çəkər, nə də bir-birlərinə qarşı bu qədər müxənnət olmazdılar...”
     Mən lap bu yaxınlarda bilmişəm Məqsədlə məni birləşdirən nöqtəni: bir mövzunu, yaxud mövzuda gizlənmiş hekayənin, yaxud romanın tumunu ikimiz də çırtlamağa cəhd etmişik. Mənim, təxminən 25 il əvvəl mifiə batırıb yazdığım mətnin (“Aprel havası”) başqa versiyasını Məqsəd lap bu günlərdə özünəxas tərzdə yazıb və məni də heyrətləndirib. (“Qoz ağacının göyə baxan gözləri”) Özünə də demişəm bu barədə. 
Çox qəribədir ki, daha bir mövzunu – loru dildə desək, oliqarxın lotuluğunu da ayrı-ayrı baxış bucağından ikimiz də işləmişik: mən yalnız “Yazı” dərgisində işıq üzü görən “Şüşə ev” romanında, o isə “Arxac” hekayəsində. (Hekayəni oxuyub bitirəndə hiss elədim ki, yazıçının sözü ağzında qalıb, nədən, ondan ki, bu mövzu bir kiçik hekayəyə sığacaq şey deyildi!)
Məqsəd Nurun yaradıcılığı indən sonra başlayır. Bu yaşacan Məqsəd Nur yazıçılıqla televiziya məmurluğunun arasında qalmışdı, indi isə rəssamlığına, yazıçılığına qayıdır. Qayıdışın qutlu olsun deyək!

27.04.2023.

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.