Günay Əfəndiyeva Qazaxıstanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
08.05.23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana işgüzar səfəri çərçivəsində  “TÜRKSOY-un 30-cu ildönümü: Nəticələr və perspektivlər” mövzusunda Qazaxıstan Respublikasının Birinci Prezidentinin Kitabxanasında keçirilən tədbirdə iştirak edib.

Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qazaxıstan Respublikasının Birinci Prezidenti Kitabxanasının direktoru Bakıtjan Temirbolat, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Nurqisa Daueşov, Qazaxıstanın Xarici İşlər nazirinin müavini Kanat Tumış, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu, “Otandastar” Fondunun prezidenti Abzal Saparbekulı və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Fondun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un türk dövlətlərinin müstəqillikləri qazandıqdan sonra bir-biri ilə əlaqələrinin gücləndirilməsi məqsədilə qurulmuş ilk təşkilat olmasından söz açıb. Günay Əfəndiyeva TÜRKSOY-u 30 illiyi münasibətilə təbrik edərək, bu müddət ərzində təşkilatın həyata keçirdiyi böyük sayda tədbirlərin ümumtürk mədəniyyətinin dünya səviyyəsində tanıdılmasında önəmli rol oynadığını bildirib. O, Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun TÜRKSOY-la qarşılıqlı fəaliyyətlərindən bəhs edərək, bu iki beynəlxaq türk təşkilatının hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.
Günay Əfəndiyeva TÜRKSOY tərəfindən aparılan digər işlərlə yanaşı, təşkilatın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsinin müstəsna əhəmiyyətinə diqqəti çəkib. O, 2023-cü il üzrə Şuşa şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıması ilə bağlı Fond tərəfindən böyük “Şuşa Günləri” layihəsinin başladılmasını və artıq müxtəlif şəhərlərdə təşkil olunmasını xatırladıb. Fondun prezidenti işğaldan azad edilməsi ilə bütün Türk Dünyasında qürurun rəmzinə çevrilmiş Şuşanın  tarixi-mədəni irsinin rəhbərlik etdiyi təşkilat tərəfindən Bursada və Daşkənddə silsilə tədbirlərlə tanıdıldığını qeyd edib. Günay Əfəndiyeva “Şuşa günləri”nin Türk Dünyasının şəhərlərində təntənəli şəkildə keçirilməsini Fond ilə TÜRKSOY arasındakı əməkdaşlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirib.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya və türk dövlətlərinin bir sıra dövlət, mədəniyyət xadimlərinə TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən “TÜRKSOY-un 30-cu ildönümü”  yubiley medalı təqdim olunub.

Yenililklər
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.