Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib. Festival  Alanya Bələdiyyəsinin təşkilatçılığı ilə “Türkiyə Respublikasının 100 illiyində Türk Respublikaları” mövzusunda keçirilib.
Festivalın açılışı çərçivəsində rəsmi şəxslərin iştirakları ilə Alanyadakı Atatürk abidəsinin önündən başlayan təntənəli yürüş türk xalqlarının folklorunu, milli geyimlərini və musiqi mədəniyyətini əks etdirən bədii proqramın müşayiəti ilə gerçəkləşib.  
Festivalın açılış mərasimində Alanya Bələdiyyəsinin sədri Adem Murat Yücel, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbər və nümayəndələri, Türk dövlətlərini təmsil edən rəsmilər və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.
Açılış tədbirində çıxış edən Fondun prezidenti Günay Əfəndiyeva hər il Alanyada xüsusi mövzu altında keçirilən Beynəlxalq Turizm və İncəsənət Festivalının bölgənin mühüm turizm və mədəniyyət mərkəzi olduğunu bir daha sübut etdiyini, dünyaya bəşəri sülh mesajını çatdırdığını vurğulayıb.
Günay Əfəndiyeva 2023-cü ilin Türk Dünyasında əlamətdar il olmasından bəhs edib. Fondun prezidenti bu il Türkiyədə Cumhuriyyətin qurulmasının 100 illiyinin, Azərbaycanda müasir Azərbaycan Respublikasının banisi və memarı, dahi lider Heydər Əliyevin 100 illiyinin, Qazaxıstanda böyük şair və mütəfəkkir Xoca Əhməd Yasəvinin 930 illiyinin, Qırğızıstanda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 95 illiyinin həmçinin, bütün Türk Dünyasında təntənəli qeyd olunduğunu vurğulayıb. Günay Əfəndiyeva bildirib ki, ötən il Bursadan sonra, Qarabağın göz bəbəyi Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı ünvanını daşıması türk xalqlarının ən böyük coşğuyla qarşıladığı hadisələrdəndir.
Eyni zamanda  Günay Əfəndiyeva bu il Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın demokratik seçkilərdəki qələbəsinin ölkə ilə yanaşı, bütün Türk Dünyası  üçün mühüm əhəmiyyətini vurğulayaraq, bildirib: “Rəcəb Tayyib Ərdoğanın Türk birliyini hər zaman dəstəkləyən fəaliyyətlərinə bütün Türk Dünyası dərin rəğbət və minnətdarlıq duyğuları bəsləyir. Heç şübhəsiz, qarşıdakı yeni dövrdə Türk xalqlarının həyatın bütün sahələrini əhatə edən inteqrasiya prosesi daha da sürətlənəcəkdir”.
Fondun prezidenti müasir dövrdə beynəlxalq aləmdə sürətlə yüksələn, türk dövlətlərinin tarixi qardaşlığının uğurla davam etdirilməsindən bəhs edərək, bildirib: “3 il öncə Azərbaycanın Qarabağ uğurundakı savaşında, bu ilin əvvəlində Türkiyədə baş verən ağır zəlzələ fəlakətində Türk Dünyasının qəlbi bir bədəndə döyündü. Biz Türk Respublikalarının tək ürək, yeri gəldikdə tək yumruq olmağının şahidi olduq. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə ölkədə keçirilən genişmiqyaslı tədbirlərin bu mövzuya həsr olunması türk həmrəyliyinə verilən önəmin bariz göstəricisidir”.
Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun əsas missiyasının ümumtürk mədəni irsinin mühafizəsi və tanıdılması vasitəsilə Türk xalqlarının birlik və həmrəyliyinin gücləndirilməsi olduğunu vurğulayıb.
Mərasimin sonunda tədbir iştirakçıları fotoşəkil sərgisini, müxtəlif türk xalqlarının milli geyimlərinin və mətbəxinin nümayiş olunduğu çadırları ziyarət ediblər.
3 gün davam edən Festivalda Türk Dünyasının milli mədəniyyətini, musiqisini, rəqslərini əks etdirən rəngarəng tədbirlər keçirilib.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.