Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Molla Pənah Vaqifə həsr olunub
12.07.23

2023-cü ilin Şuşa şəhərinin Türk Dünyasının Mədəniyyət paytaxtı elan olunması, eləcə də Türk Dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi irsinin təbliği məqsədi ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycanın böyük şairi Molla Pənah Vaqif haqqında “Özü vəzir, sözü şah” adlı yeni kitab nəşr edilib.

Kitabda Molla Pənah Vaqifə həsr olunmuş Azərbaycan və əcnəbi şairlərin şeirləri, onun əsərlərinə yazılan nəzirələr, ədibin həyat və yaradıcılığı barədə Azərbaycan və dünya qələm adamlarının fikirləri toplanıb. Həmçinin nəşrdə “Vaqif” dastanı və Səməd Vurğunun eyni adlı məşhur dram əsəri və Vaqifin Molla Vəli Vidadi ilə deyişməsi yer alır. Topluda tanınmış Azərbaycan rəssamlarının çəkdiyi və şairin təsviri sənətdəki obrazını canlandıran əsərlər, eyni zamanda müxtəlif illərdə Azərbaycan teatrlarında səhnələşdirilən “Vaqif” tamaşalarından çəkilmiş fotolar da əks olunub.

Kitab, layihənin rəhbəri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Molla Pənah Vaqif və bu kitab haqqında bir neçə söz” adlı Ön sözü ilə açılır. Yazıda Günay Əfəndiyeva Molla Pənah Vaqifin ədəbi fəaliyyətinin Türk Dünyası üçün kəsb etdiyi önəmdən bəhs edib: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq, Türk dünyasının qiymətli söz və fikir adamlarının yaradıcı irsi, onlar haqqında qələmə alınan əsərlər bizim üçün çox böyük əhəmiyyətə malikdir. “Özü vəzir, sözü şah” kitabı da bu yöndə Fondun fəaliyyətinin növbəti nümunəsidir. Kitabda şairin şəxsiyyətinə və ədəbi irsinə həsr olunan poetik əsərlər, təsviri sənət inciləri bir daha göstərir ki, Vaqif yaşayır və daim Türk xalqları ilə bir yerdədir”.

Qeyd edilməlidir ki, “Zərdabi” nəşriyyatında çap olunan kitabın tərtibçisi və redaktoru şair Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, məsləhətçisi Əməkdar Mədəniyyət işçisi Barat Vüsal, izahların müəllifi tərcüməçi Məhəmməd Nuridir.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.