Azad Qaradərli - Dekadansmı, renessansmı?

30.07.23

 (Renessans həsrəti silsiləsindən)

            Yeni naturalizm ədəbi cərəyanını bir ədəbiyyat adamı kimi elan edəndə qələm adamları tərəfindən elə də ilgi çəkmədi. Bilirsiniz niyə? Ondan ki, bizim toplum düşüncə adamlarının deyil, vəzifə sahiblərinin yanında olmağı, onların dediyini eşitməyi, qaldırdığı məsələləri (məsələ olmasa da olar, adi bir şüarı, yaxud çəkisi olmayan kəlməni, deyimi və s.) diqqətdə saxlamağı sevər. Mənim kimi adi bir qələm adamının sözünə isə ən yaxşı halda başını yelləməklə cavab verər.

            Başlığa fikir verdinizmi? XIX əsrin sonlarının qoxusu gəlir, eləmi? Hətta bir az da geri gedə bilərik. Renessansa doğru – geriyə. Qəribədir, deyilmi? Bəşəriyyət renessans axtarırsa, geriyə boylanacaq... İrəlidə tərəqqi var, zira bu dağıtmağa, məhv etməyə, bəşəriyyətçün özü boyda bir məzar qazmağa xidmət edir... Hə, hə! Bu gün Türk dünyasının lideri Türkiyə özünüqoruma instinkti ilə güclü silahlanmaya rəvac verib. (Həm də özünün istehsal etdiyi silahlarla!) Və... Və... Yalnız bundan sonra dünya onunla hesablaşmağa başlayıb...

            Dahi Eynşteyn zəncirvari reaksiyanı kəşf edəndə necə sevinməmişdisə, indiki alimlər də hərbi-texnoloji uğurlarına görə sevinə bilmirlər. Çünki hər bir mənada renessansın meyvələri dekadansa xidmət etmiş olur...

            Başlığa çıxardığımız sual bu mənada çox amansız görünür: dekadnsmı, renessansmı?! Tənəzzülmü, intibahmı? Şöküşmü, qalxınmamı?

            Latıncası da, ərəbcəsi də, türkcəsi də eyni qorxunc anlamı daşımaqda...

            Fərqindəsinizmi?

 
                                   ***

            Nə yazıqlar ki, ədəbiyyatda da vəziyyət eynidir.

            Çox sevdiyim şair Bayron bir türk düşmanı idi. Yunanlarla türklərin savaşında açıqca Yunanıstanı müdafiə edirdi. Amma bu mənə onun billur kimi parlaq, günəş kimi hərarətli misralarını sevməyə mane olmaz ki!

 

            Gözəllik, mənalısan, bu gün də, dünən də sən,
            İlahi gözəlliyin vəsfində, tərifində
            Sözün acizliyindən kim şikayət etməmiş,
            Kim sənə heyran qalıb, başını yellətməmiş?!

          
            Yaxud Əkrəm Əylisli...

            Günümüzün böyük ədibi “Daş yuxular” adlı antitürk bir mətn yazaraq hamımızı pərişan etdi. Zira bu xoşagəlməz addım bizim onun “Mənim nəğməkar bibim”, “Ürək yaman şeydir”, “Adamlar və ağaclar”, “Kür qırağının meşələri” kimi əsərləri sevməyimizə mane olmaz.

            Bu misalları niyə çəkdim?

            Yazıçılar var ki, onların varlığı elə renessansdır. Məsələn, ustad Sabir Əhmədli. O kişinin həm şəxsiyyəti, həm romanları bir renessans əsintisi idi. Və bizim bu gün sinədolusu ədəbiyyat havası udmağımızın bir səbəbi də elə ustadın romanlarıdır. “Dünyanın arşını”, “Yasaq edilmiş oyun”, “Toğana”...

            “Yasaq edilmiş oyun” Sabir müəllimin şah əsəridir və elə bilirəm ki, öz qiymətini almayan ustadın bütün yaradıcılığı kimi bu əsəri də dünya səviyyəli əsər kimi dünya oxucusuna çəkinmədən təqdim etmək olar...

                                               ***

            20-ci yüzilin ən böyük ədəbi cərəyanlarından biri olan futurizm keçmişin üstündən xətt çəkməyə, yalnız yeni, şəhərləşmiş, sənayeləşmiş urbanizasiya ədəbiyyatı və incəsənəti nümunələri yaratmağa hesablanmışdı ki, bunun ən bariz nümunələri İtalyada meydana gəldi. Ardıncan faşizmə qucaq açan İtalya heç biməzdi ki, özülsüz, köksüz futuristlər gün gələcək faşizmə, hətta kommunizmə mədhiyyə oxuyacaqlar!?

            Futurizmin manifestini yazan F.T.Marinetti bir gün faşizmin qatı təbliğatçısına çevrilmədimi?!.

            Ən gülməlisi bilirsiniz nə idi? Rus futuristləri Yelena Quro, Xlebnikov və ən ümdəsi Mayakovski az sonra kommunist ideallarına könül verdilər.

            Bu misralarda isə hələ Vladimir Vladimiroviç futiristdir:
 

            Polad yarışının tanrısı,
             kosmik sərxoş avtomobil,
             o əzabkeş dik dişlərdəki əyləclə
             ey möhtəşəm yapon döymə gözlü canavar...
 

            Bizim “futiristlər” isə heç futurizmin “f”ni bilmədən birbaşa proletkultçu-narsistə çevrildilər və ilk atəşi də bağrından qopduqları ata-analarına, babalarına açdılar:

            Oxuma, tar, oxuma, tar,
            Səni sevmir proletar!

-yazan S.Rüstəm, əslində Müşfiqin “Tar” şeirinə qarşı yazdığı bu qırmancla şairi vurur və ağzını açıb qurban gözləyən repressiya maşınının ağzına itələdiyinin fərqində deyildi...

            Az sonra bir-birini didəcək faşizmlə kommunizm futurizmin azğın tələbələri kimi dünyanı məhvə aparmaqda idi. Nə yaxşı ki, şəxsi düşmənçilikləri və dünya ağalığı iddiası, üstəgəl qana hərislik bu iki qanlı “izm”in bir-birini məhv etməsi ilə nəticələndi və dünya futurizmin zəhərli meyvələri olan faşizmlə kommunizmin çəngindən xilas oldu.

            Ədəbiyyat bütün sənətlərin fövqündə olsa da, həm Sovet əsarətində, həm faşizm zamanında bu iki müdhiş quruluşu mədh etməkdən çəkinmədi və kütlənin psixoz halından yararlanaraq daha amansız yol tutdu:“Bəşərin vicdanı, eşqi, ürəyi, zehni, düşüncəsi, fikri, diləyi, bütün yer üzünün xoş gələcəyi...” kommunist partiyasıdır deyən bir şairə xalq necə inanmasın ki, onun adı Səməd Vurğundur və özünün “ideyasız” şeirləri ilə qəlblərə yol tapmışkən indi də belə qatı faşist-kommunist şeiri ilə beyinləri yumağa məhkumdur... Məhz məhkumdur... Məhkum... “Məhkum Şərqə” müəllifinin isə zəhərlənmiş beyinlərə üz tutaraq yazdığı bu misralar ucubatından gənc yaşında ürəyini partladacaqlar:
 

            Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,
             Aləm səni bölməklə səadət bölüşürkən,
             Övladın əsarətdə, yazıq, can çəkişirkən,
             Hala da sükut etmədəsən, ey evi bərbad!
             Kimdən, əcaba, ummadasan dərdinə imdad?         

            Düz yetmiş il DEKADANS üstümüzdə hökmran oldu. RENESSANS isə zülmət içində yox olmadaydı. Məhz yox olmamışdı, olmadaydı... Əgər onun adı renessansdırsa, o yox ola bilməz, müvəqqəti geri çəkilər ki, varlığını gizlində də olsa qoruya bilsin. Bir də ürəklərdə qalmışdı o. Məhz onun yeri ürəklər idi ki, müstəqilliyimizin ilk illərindəcə öz toxumlarını səpdi...

            Amma... Toxumu səpməklə iş bitməz ki. Onu sulamadın, vəhşilərdən qorumadın, boyunu sevmədin, əsla bar verməz...

            Hə, RENESSANS bizdə də bitib göyərmədə... Zira ya bar verməz, ya da qotur meyvələri çor vurmuş üzüm kimi könül bulandırar...

            Bir vaxtlar komsomol-futurist şairin yazdığı misralar ürək bulandıran kimi:

            Minmişəm velsobetə,
            Sürmüşəm selsovetə...

            Dünya özü də başı hayındadır. Orada da vəziyyət xoş deyil. Pul futbolda, marixuanada, bir də silahlanmada ikən ədəbiyyat və incəsənət nə edə bilər?!

            Vahid bir zamanlar lap onluğa vurmuşdu:          

            Fərz edək, əsrimizin həzrəti-Musası mənəm,
            Bu soxhasoxda nə icad edə billməm?!


            Doğru. Vəziyyət bizdə də, sizdə və onlarda da eynidir. Amma bizdə həmişə olduğu kimi daha pisdir. Nəzərə alsaq ki, “pis” “daha pis”dən (DEKEDANSDAN) öndədir, gəlin bir az yaxşıya çalan “pis”ə tərəf meyl edək ki, oradan “yaxşı”ya, oradan da RENESSASA yol daha yaxındır...

            Renessans amanatı!

 

                                                                                                                                 iyul - 2023

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.