Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23

İnsan yaşamının sosyal-iqtisadiyyat, elm, mədəniyyət sahələrində və mədəniyyətin ədəbiyyat, sənət qollarında simvol şəxsiyyətlər toplumun ümumi həcmində sayıca az olsalar da daim var olmuşlar. Bunların bəziləri  adlarını çəkdiyimiz sahələrin bir nüçəsini  öz  çalışmalarında birləşdirərək bu birləşmənin simvoluna çevrilə bilirlər. Özəlliklə ,elm və ədəbiyyat, incəsənət sahəsində çalışmalarını, fəallıqlarını qovuşdurub elm, ədəbiyyat və sənət birliyinin  simvoluna çevrilən şəxsiyyətlər istər mənsubu olduğu  millətin, xalqın, istərsə də bütün insanlığın tarixində sayğılı, şərəfli yer aldıqları, həyatın irəliləyişinə dəyərli töhfələr verdikləri bilinən bir gerçəkdir. Bu şəxsiyyətlər həm öz  xalqının, öz ölkəsinin həm də başqa xalq və ölkələrin gözəl  yaşayışını, rifahını hədəfləyən  əməllərinə görə daim minnətdarlıqla anılmağa layiq olurlar.

Belə şəxsiyyətlərdən biri də Xudu Məmmədov - Xudu  müəllimdir.
Xudu Məmmədovun geniş elmi-ədəbi, ideoloji fəaliyyətlərini, vətənsevərliyini, Türksevərliiyni araşdırmaq, az da olsa işıqlandırmaq sunduğumuz bu kiçik  yazının məqsədi və imkanı xaricindədir. Mən burada dərin elmi biliklə, alimliklə gerçək ziyalılığı,vətənsevərliyi özündə birləşdirən Xudu  müəllimlə bağlı kiçik bir xatirədən danışmaq istəyirəm.

...Sovet rejiminin hələ at oynatdığı bir dövrdə, 1972-ci ilin fevral günlərinin birində o zamankı Bakı Soveti, indiki İçərişəhər metro stansiyasının önündə Xudu müəllimin  yaxın qohumu Akif Məmmədovla  qarşılaşdım. Akif Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində, yanılmıramsa, üçüncü kursda oxuyurdu. Yataqxanada Akifin səliqəli,  maqnitofonlu  (o zaman maqnitafon dəbdə idi, ancaq hər kəsdən olmurdu) bir otağı vardı. Akif axşam üstülərində onun otağına gəlməyimi bir söhbətləri olacağını söylədi. Akifin dediyi vaxtda da gəldim. Otaqda Akifdən başqa tanımadığım bir nəfər də vardı. Qapı pəncərəni adyalla örtdülər. Doğrusu, buna  biz az da təəccübləndim. Akif stolun üstünə  kiçik ölçülü, olduqca kiçik şriftlə nəşr edilmiş  bir kitab qoydu: Ziya Gökalp Türkçülüğünün  Esasları. İstanbul. 1961. “Örtünmə”nin səbəbi  indi aydın oldu. KQB-nin gözləri bağlı qapı-pəncərələrin arxasını  da ələk-vələk  eləməyə çalışır və eləyirdi də. Bu  kitabı KQB-nin iti gözlərindən çəkinməyərək Xudu  Məmmədov vermişdi. Akif  vasitəsiylə oxuyub, o vaxt ki gəncliyin beyni qudalansın, gözləri işıqlansın deyə. Bilənlər bilir, Sovet rejiminin  mənəm-mənəm dediyi o  dövrdə Ziya Gökalpın və kitabının adını çəkmək, söyləmək belə təhlükəliydi.

Adını duyduğum, ancaq üzünü görə bilmədiyim, rejimin amansız yasaqları nəticəsində ”üzü görünməz ” olan bu kitabı indi görərkən sanki  möcüzəylə qarşılaşmışdım. Hər cümləsində minbir sir görməyə çalışırdım. Vətən  əsirliyi  dövrünün gənclik ehtirası...

Bir neçə saat kitabın bir hissəsini səhifə səhifə oxuyub müzakirə etdikdən sonra sağollaşıb getdim. Qərara gəlmişdik ki, kitabın sonuna qədər hər axşam toplaşaq (üçlük olaraq). Üçüncü axşamı Akifin  kədərli duruşuyla qarşılaşdım: Akif kitabın oğurlandığını söylədi. Mənim nə günə düşdüyüm indiki kimi yadımdadır. İman bir yerə güman min yerə. Şübhə  mənim üzərimə də yönələ bilərdi. Akif səmimiliklə, ürəkdən belə bir “şübhə”nin  mümkün  olmayacağını  bildirib  mənə təskinlik verməyə, sakitləşdirməyə çalışdı. Kitabın  KQB tərəfindən oğurlandığını  düşündük. Hətt da çox illər sonra, mənə deyilənə görə, Əbülfəz Elçibəy bir intervüsündə həmin kitabın KQB tərəfindən oğurladıldığına dair fikir  söyləyib.

O hadisədən iki il sonra mən əsgərliyə getdim və iki ildən sonra da əsgərlikdən döndüm. Dönüşümün ilk günlərimin  birində həmin kitabı Akiflə münasibəti heç də pis olmayan bir nəfər mənə verdi: Şübhələrimi bildirəndə and–aman  elədi ki, bu işdə KQB-nin “əli” yoxdur. Nə isə burada ayrıntılara yer vermək istəmirəm. Bu “gəlib çıxma” ilə  sonraları Akifin də məlumatı oldu. Kitabın mənə  verilməsindən sevindiyimə görə mən özüm də dərinə  varmadım. O zamandan, 1976-cı ilin sonlarından  kitabın Azərbaycan  Türkçəsində hazırlamağa başladım. Hətta  makinədə bir neçə nüsxə  yazdırıb tələbə gənclər arasında yaymaq da istədim. Ancaq bunun makinəçi qadın  üçün də təhlükəli olacağını bildikdən sonra fikrimdən daşındım və kitabın adını  çəkməkdən  içindəkilərdən yeri gəldikcə müəyyən yerlərdə söhbətlər açırdım...

Beləcə illər gəlib keçdi. Sovetlər Birliyində rejim çarxlarının artıq işləməz olmağa başladığı dövr gəldi. 1989-cu ildən başlayaraq “Türkçülüyün Əsasları”nı  Azərbaycan Türkcəsində  kitablaşdırmağa  çalışdım. Əlimdə  makinədə yazılmış iki nüsxə vardı. Kömək üçün bir neçə yerə (sözsüz ki şəxslərə) müraciət etsəm də müsbət bir nəticə əldə edə bilmədim. Bu “müsbət nəticə” 1991-ci ildə, Sovetlərin son günlərində Zabil Bayramlının (indiki BDU Tarix fakultəsinin professoru) vasitəsiylə gerçəkləşdi. Əlimdənki son nüsxəni onunla birlikdə Maarif Nəşriyyatına verdik. Kitab nəşr oldu. Zabil Bayramlı  Xudu müəllimlə  eyni kənddən və onun yaxınlarından idi. Deməli Xudu Məmmədovun iştirakı yenə də ortada idi. Kitabın Azərbaycan Türkcəsində işıq üzü görməsində nəşriyyatın əməkdaşı İsmayıl  Allahverdiyevin əməyi az olmadı.

Xudu Məmmədovla bağlı bir xatırlatmaya da burada yer vermək  istəyirəm. Sovetlərin bir varlıq olaraq artıq son nəfəsini verməkdə olduğu günlərdə Azərbaycan və Türkiyə arasında yollar üzərindəki yasaqlar bir birinin ardınca qalxmaq üzrəydi. Belə günlərin  birində yaxınları ilə bir söhbət əsnasında soruşurlar ki, ay Xudu müəllim sən Türkiyəyə ziyarətə  niyə getmirsən?

Cavabında deyir: İllər boyunca mən içimdə bir Türkiyə obrazı yaratmışam və bu obrazla yaşamışam. Qorxuram, gedərəm birdən başqa şey görərəm, bu obraza ziyanı dəyər... Türkiyə  sevərliyin izaha ehtiyacı  olmayan  ifadəsi!

Xudu Məmmədov  oktyabr ayının 15-də (1988-ci il) Ziya Gökalp isə oktyabrın 25-də (1924-cü il) , yəni  hər ikisi də eyni ayda, on gün fərqlə dünyalarını dəyişiblər. İşıqlar içində yatsınlar!

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.