Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
25.10.23

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın keçirilməsində başlıca məqsədin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin XX əsrdə Azərbaycan elminin təşəkkülündəki rolunu qiymətləndirmək, araşdırmaçılar tərəfindən tədqiq olunmayan istiqamətlərini gündəmə gətirməklə yenidən tədqiqata cəlb etmək və çoxşaxəli fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi olduğunu bildirib. Qeyd edib ki, 1923-cü il noyabr ayının 2-də təsis edilmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycan elminin təşkilatmasında və dövrün ziyalılarının bir qurum altında toplanması istiqamətində ölkəmizin yaranmış ilk ali elmi təşkilatıdır. 

Cəmiyyətin qısa bir müddət ərzində fəaliyyəti ilə öz dövrünü qabaqladığını, bütün elm sahələri üzrə təşkilatlandığını, Azərbaycanı, onun dilini, tarixini, folklorunu, adət-ənənələrini, təbiətini, geologiyasını öyrəndiyini deyən akademik İsa Həbibbəyli həmin dövr ərzində görülmüş işləri yüksək qiymətləndirib, atılmış bu addımların sonrakı illərdə Akademiyanın yaranması üçün münbit zəmin formalaşdırdığını söyləyib.

AMEA prezidenti Cəmiyyətin yaranması ilə həm də elmi potensialın üzə çıxması və qorunması kimi mühüm bir vəzifəni yerinə yetirdiyini, Naxçıvan və digər rayonlarda bölmələrinin formalaşması ilə regionlarda da elmin inkişafına öz töhfəsini verdiyini bildirib. Vurğulayıb ki, AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Cəmiyyətin Naxçıvandakı fəaliyyətini kitab halında çap etdirərək geniş ictimaiyyətə təqdim edib.

Akademik İsa Həbibbəyli bugünkü tədbirin başlıca məruzəçiləri professor Asif Rüstəmli və filologiya elmləri doktoru Həmidə Əliyevanın ölkəmizdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsas tədqiqatçıları olduqlarını, sözügedən alimlərin həmmüəllifliyi ilə Cəmiyyətin fəaliyyətinin bütün sahələrini əks etdirən kitabın ərsəyə gətirilməsini təklif edib və nəşrin çapı üçün zəruri dəstəyi verəcəyini söyləyib. Qeyd edib ki, hazırlanacaq bu kitab, eyni zamanda AMEA-nın 2025-ci ildə keçiriləcək 80 illiyinə başlıca hədiyyə olacaq.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Cəmiyyətin 100 illiyinin Akademiya və respublika səviyyəsində qeyd olunduğunu, bununla əlaqədar AMEA-nın Rəyasət Heyəti tərəfindən Tədbirlər planının təsdiqləndiyini diqqətə çatdırıb.

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli isə “Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri” adlı məruzəsində qeyd edib ki, Cəmiyyətin təsis tarixi müxtəlif elmi araşdırmalarda 1923-cü il noyabr ayının 2-si göstərilsə də, yeni üzə çıxarılmış faktlar iddia olunan tarixdən fərqlidir: “Mövcud arxiv sənədlərinə əsasən qeyd etməliyik ki, həmin ilin oktyabr ayında təsis üçün Təşkilat komissiyası yaradılmış, “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyev Komissiyanın sədri, V.A.Ryumin isə katib seçilmişdir. Təşkilat komissiyasının 26 oktyabr 1923-cü ildə keçirilən iclasında Xalq Maarif Komissarının müavini Tağı Şahbazi və Başpeşətəhsilin müdir müavini Əhməd Pepinov Komissiyaya üzv qəbul olunmuş, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (öncədən 44 nəfərlik tərkibi nəzərdə tutulsa da) 29 nəfərlik təsisçilərinin ilk siyahısı təsdiqlənmişdir. Həmin iclasda Cəmiyyətin müvəqqəti fəaliyyət göstərəcəyi ünvan və məkan da müəyyən edilmiş, yeni qurum indiki Əbdülkərim Əlizadə və Tərlan Əliyarbəyov küçələrinin kəsişdiyi tində yerləşən 5 saylı binada, mülki mühəndislərdən A.Kalgin və Q.Termikelovun layihəsi əsasında 1901-ci ildə tikilmiş, sovet dönəminə qədər “Tiflis Ticarət Bankı” kimi tanınan, Maarif Evində (sonralar bu bina Bilik Cəmiyyətinə də verilib) fəaliyyətə başlamışdır”.

Azərbaycan Dillər Universitetinin əməkdaşı, filologiya elmləri doktoru Həmidə Əliyeva isə “Azərbaycanda Tədqiq və Tətəbbö Cəmiyyətinin öyrənilmə tarixi” adlı məruzəsində 90-cı illərin ortalarından etibarən bu istiqamətdə tədqiqatlar apardığını, 1999-cu ildə monoqrafiya çap etdirdiyini söyləyib.

Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya elmləri doktorları Gülər Abdullabəyova, Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Ülkər Hüseynova çıxış edərək Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin hansı tarixi zərurətdən yarandığını və Azərbaycan elminin inkişafındakı tarixi xidmətlərinə toxunublar.

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.